Netanyahu: İranın nüvə proqramına zərbə vurduq!

İsrailin ötən ay İrana hücumu onun müdafiə və raket istehsal imkanlarını sarsıdıb və nüvə proqramının bəzi hissələrinə zərbə vurub. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu Knessetdəki çıxışı zamanı bildirib. "Onların (İranın - red.) nüvə proqramının bu hücum nəticəsində zədələnmiş xüsusi bir komponenti var. Bu, heç kimə sirr deyil”, – baş nazir vurğulayıb. Eyni zamanda o əlavə edib ki, İranın nüvə silahına gedən yolu bağlanmayıb. Qeyd edək ki, İsrail İrana 26 oktyabrda hava hücumu həyata keçirib.

"Raketlər özləri öz sözlərini deyəcək"

Raketlər özləri öz sözlərini deyəcəklər. Bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski ABŞ, Böyük Britaniya və Fransanın Rusiya ərazisini uzaqmənzilli raketlərdən istifadə etməklə vurmaqla bağlı icazəsini şərh edərkən deyib. "Ukraynaya dair "Qələbə planım"da əsas məqam ordumuzu uzaqmənzilli silahlarla təmin etmək idi. Bu gün mətbuat bizim o raketlərdən istifadəyə icazə aldığımızı yazıb. Amma zərbələri sözlə vurmurlar, belə şeylər elan olunmur. Raketlər özləri öz sözlərini deyəcəklər. Mütləq!", - deyə o bildirib.

Birinci xanım Maskı təhqir etdi: Rədd ol!

Braziliyanın birinci xanımı Rozangela da Silva amerikalı milyarder İlon Maskı təhqir edib. Sozcu.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb. Portalın məlumatına görə, birinci xanım Rio-de-Janeyroda G20 sammiti ərəfəsində keçirilən tədbirdə sosial şəbəkələrin tənzimlənməsinin zəruriliyini müdafiə edən çıxış edərkən kənardan gəmi fitinə oxşayan səsə təəccüblənib: “Fikrimcə bu, Maskdır. Mən hətta səndən qorxmuram. Rədd ol İlon Mask”. Mask isə özünün X səhifəsində birinci xanımın çıxışına LOL smayliki ilə cavab verib.

Sabah Tiflisdə etiraz aksiyası olacaq

Gürcüstan müxalifəti noyabrın 17-də, bazar günü axşam saatlarında Tiflisdə parlament binası yaxınlığında etiraz aksiyası keçirməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, müvafiq bəyanatla “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili çıxış edib. Bu gün səhər saatlarında isə müxalifət və tərəfdarları Tsereteli prospektinə yürüş ediblər. Gürcüstan Daxili İşlər Nazirliyi 3 vətəndaşın saxlandığını bildirir.

İranda əsgər polkovniki güllələdi

İranın Kirman əyalətinin Rəfsəncan şəhərində SEPAH polkovniki Məhəmmədrza Bəyazipur həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Rəsmi məlumatlarda polkovnikin atış poliqonunda hadisə nəticəsində öldüyü bildirilib. Qeyri-rəsmi məlumatlarda isə Bəyazipurun sıravi əsgər tərəfindən güllələndiyi qeyd olunub.

Yaponiya XİN başçısı Ukraynaya səfər edir

Yaponiyanın xarici işlər naziri Takeşi İvaya bu gün Ukraynaya səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. İvayanın ukraynalı həmkarı Andrey Sibiqa ilə geniş spektrli məsələləri müzakirə etməsi planlaşdırılır. “Xarici işlər naziri Ukraynaya səfəri zamanı şəxsən Yaponiyanın Ukraynanı dəstəkləməkdə və Rusiyaya qarşı sərt sanksiyaları təşviq etməkdə qətiyyətini çatdıracaq”, - nazirliyin bəyanatında deyilir.

Zelenskidən kanslerə: Putinə zəng etmə, ona fasilə lazımdır!

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şoltsdan Rusiya lideri Vladimir Putinə zəng etməməyi xahiş edib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters”ə Ukrayna prezident ofisindəki mənbə məlumat verib. Bildirilib ki, Şolts Zelenskiyə Putinlə danışmaq planları barədə əvvəlcədən məlumat verib. "Kansler bizim prezidentə Putinlə danışacağını bildirib. Prezident deyib ki, bu, Putinə təcridini azaltmağa kömək edəcək. Putin real sülh istəmir, fasilə istəyir", - mənbə bildirib. Qeyd edək ki, kanslerlə Putin arasında telefon danışığı baş tutub.

Trampdan İlon Mask zarafatı: “Onu qova bilmərəm”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Floridada yerələşən iqamətgahında keçirilən mərasimdə dünyanın ən zəngin adamı İlon Mask haqqında maraqlı açıqlamalar verib.  Sozcu.az xəbər verir ki, Tramp Maskın yüksək intellekrini və nailiyyətlərini tərifləyib, onun “həqiqətən də yaxşı oğlan” olduğunu bildirib. “Burada çox yüksək IQ-ya malik bir adam var. Mən yüksək IQ-ya inanan adamam... O, buranı bəyənir. Mən onu buradan qova bilmərəm,” – Tramp zarafatla qeyd edib. Qeyd edək ki, Maskın Trampın iqamətgahına tez-tez gəlməsi müzakirələrə səbəb olub.

İsrail ordusu Hizbullahın qalasına hücum etdi

İsrail qırıcıları Hizbullahın qalası sayılan Dahiyanın rayonlarından biri olan Əl-Gbeyridəki hədəflərə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Məlumata görə, hücumdan əvvəl İsrail ordusunun sözçüsü polkovnik Avihaem Edrai ərəb dilində təxliyə xəbərdarlığı edib.

Tramp Putinə “başkəsən” deyən senatoru dövlət katibi edir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatından senator Marko Rubionun Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Trampın keçid komandası məlumat yayıb. “Marko xalqımızın güclü müdafiəçisi, tərəfdaşlarımıza sadiq müttəfiq və heç vaxt düşmənlərimizə boyun əyməyən cəsur döyüşçü olacaq”, - bəyanatda deyilir. Rubio özü də göstərilən etimada görə minnətdarlığını bildirərək təyinatını təsdiqləyib. Qeyd edək ki, Rubio 2014 və 2022-ci illərdə Rusiyanı SWİFT sistemindən ayırmaqda israrlı olan senatorlar arasında olub. O, həmçinin Vladimir Putini “başkəsən” və “quldur” adlandırıb. Rubio Kiyevə apreldə qəbul edilmiş 61 milyard dollarlıq hərbi yardım paketinin əleyhinə səs verən 15 respublikaçıdan biridir. Sentyabrda Ukraynadakı müharibənin gedişatını şərh edərkən qeyd edib ki, o, Rusiyanı dəstəkləmir, lakin hərbi əməliyyatların danışıqlarla yekunlaşacağını güman edir. Rubio HƏMAS-ı terrorçu kimi tanıyır və İsrailin onları sonadək məhv etməsinin, İran, Şimali Koreya və Suriyaya sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır. O, erməni diasporu ilə “yaxşı əlaqələri” olan senator sayılır.

Qəzzada ölənlərin sayı 43 mini keçdi

İsrailin Qəzzaya 404 gündür davam edən hücumlar nəticəsində ölənlərin sayı 43 min 712-ə çatıb. Sozcu.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində həyata keçirilən 7 hücumda 47 fələstinli həyatını itirib, 182 fələstinli isə yaralanıb. 7 oktyabr 2023-cü ildə İsrailin Qəzza zolağına hücumlara başladığı gündən etibarən isə ümumilikdə 43 712 nəfər həlak olub, 103 258nəfər yaralanıb.

Avropa təhlükədədir, ABŞ-dan asılı ola bilmərik - Borrell

Avropa ölkələri müdafiəni təmin etmək üçün məsuliyyəti öz üzərinə götürməli və ABŞ seçkilərinin nəticələrindən asılı olmamalıdır. Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyi diplomatiyasının rəhbəri Jozep Borrell deyib. “Avropa təhlükədədir və avropalılar məsuliyyəti öz üzərinə götürməlidirlər. Biz dörd ildən bir ABŞ seçkilərinin əhval-ruhiyyəsindən asılı ola bilmərik”, - Borrell bildirib.