Niderlandda kütləvi aksiyalar: 30 nəfər saxlanıldı

Niderlandın Haaqa şəhərində miqrasiya əleyhinə kütləvi etiraz aksiyaları keçirilib.

Sozcu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, etirazçılar şəhərin əsas avtomobil yolunu bağlayıblar. Aksiya zamanı polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Toqquşmalar zamanı 30 nəfər saxlanılıb, 2 polis əməkdaşı xəsarət alıb.

Hadisə zamanı bir polis avtomobili yandırılıb.

Bildirilib ki, etiraz aksiyalarını sağçı fəallar təşkil edib və aksiyada sərt miqrasiya siyasəti tələb olunub.

Share on Facebook