Ukrayna Rusiya zavodlarını darmadağın etdi

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Başqırdıstan və Volqoqrad vilayətində bir neçə mühüm obyektə zərbə endirildiyini təsdiqləyib.

Sozcu.az xəbər verir ki, “Qazprom Neftexim-Salavat”a endirilən zərbə nəticəsində əsas neft emalı qurğusu zədələnib. Zavodda yanğın qeydə alınıb.

Volqoqrad vilayətində isə Rusiya işğalçı qüvvələrinin təchizatı ilə məşğul olan obyektlərə zərbə vurulub. Konkret olaraq, “Kuzmiçi-1” neft nasos stansiyası və “Zenzevatka” neft nasos stansiyası sıradan çıxarılıb.

Share on Facebook