Bu ölkədə NATO-nun təlimi keçiriləcək

Rumıniyada mayın 5-dən 24-dək NATO-nun “Swift Response 24” hava-desant təlimi keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb. Ümumilikdə manevrlərə NATO-nun 7 ölkəsindən və onların tərəfdaşlarından 5 min hərbi qulluqçu və 320 hərbi texnika cəlb olunacaq. “Təlim çərçivəsində Almaniya, İspaniya, Niderland, Rumıniya, ABŞ və Fransadan 2 minə yaxın paraşütçünün iştirakı ilə İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük hava-desant əməliyyatlarından biri həyata keçiriləcək”, - məlumatda bildirilib.

796-cı gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 796-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 467 470 hərbçi, 7 285 ədəd tank, 14 007 ədəd zirehli döyüş maşını, 11 985 ədəd artilleriya sistemi, 1 051 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 778 hava hücumundan müdafiə sistemi, 348 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 16 109 ədəd avtomobil texnikası, 9 528 ədəd PUA, 2 124 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 974 xüsusi avadanlıq itirib.

Qəzzada ölənlərin sayı açıqlandı

Ötən ilin oktyabrın 7-dən indiyədək hərbi əməliyyatlar zamanı Qəzza zolağında ölənlərin ümumi sayı 34 454-ə yüksəlib. Sozcu.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi bildirib. Nazirlikdən bildirilib ki, bu müddətdə Qəzza zolağında 77 575 nəfər yaralanıb.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. Sozcu.az xəbər verir ki, bu barədə “Reuters” vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, “Tesla”nın baş direktorunun “elektromobil istehsalçısı üçün ikinci ən böyük bazara” səfəri öncədən planlaşdırılmamışdı. Mask ölkəyə tam avtonom avtomobillər üçün proqram təminatının təqdim edilməsini nəzərdən keçirmək məqsədilə yüksək səviyyəli Çin rəsmiləri ilə görüşməyi planlaşdırır. Bundan başqa, iş adamı Çində toplanmış verilənlərin xaricə ötürülməsi üçün icazə almağı gözdən keçirir. Bu, avtonom sürücülük alqoritmlərini öyrətmək üçün lazımdır.

Ermənistan XİN Türkiyə ilə sərhədə dair məlumat yaydı

Ermənistan tezliklə Türkiyəyə Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Sozcu.az Sputnik-Armenia-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib, hazırda yekunlaşmaq üzrədir və yaxın vaxtlarda Türkiyə tərəfinə təhvil veriləcək”, - deyə XİN vurğulayıb. Marqara-Əlican keçid məntəqəsinə gəlincə, orada təmir işləri yekunlaşıb. Sərhəd məntəqəsi istismara hazırdır.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 794-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 465 054 hərbçi, 7 268 ədəd tank, 13 971 ədəd zirehli döyüş maşını, 11 905 ədəd artilleriya sistemi, 1 049 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 775 hava hücumundan müdafiə sistemi, 348 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 16 019 ədəd avtomobil texnikası, 9 485 ədəd PUA, 2 124 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 968 xüsusi avadanlıq itirib.

ABŞ Ukrayna üçün 6 milyardlıq silah sifariş edir

ABŞ Ukraynaya 6 milyard dollar dəyərində hərbi yardım paketini tamamlayıb və bu gün elan edə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” ABŞ dövlət qurumlarındakı mənbələrə istinadən məlumat yayıb. “Paket Ukrayna üçün yeni silah və sursatların istehsalı üçün Amerika şirkətləri ilə müqavilələri əks etdirir. Bu baxımdan sözügedən yardım partiyaları gecikə, hətta proses bir neçə il çəkə bilər. Vaşinqton Kiyev üçün “Patriot” raketləri, PUA-lar, dronlarla mübarizə vasitələri, eləcə də Ukrayna təyyarələri üçün “hava-hava” tipli raketlər sifariş edir. Sifarişlərə ödəniləcək 6 milyard dollar Ukrayna üçün təsdiqlənmiş 61 milyard dollarlıq yardım paketindən götürüləcək. Sadalanan silah və sursat növləri ilə yanaşı, Ukrayna üçün əks-akkumulyator radarları, artilleriya, taktiki maşınlar və dəqiq idarə olunan sursatlar sifariş ediləcək”, - mənbə bildirib.

Rusiya NATO ilə müharibəni uduzacaq - Sikorski

Rusiya NATO üzvü olan hər hansı dövlətə hücum edərsə, mütləq məğlub olacaq. Sozcu.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib. "Alyans Rusiyadan üç dəfə çox hərbi personala, üç dəfə çox hava resursuna və dörd dəfə çox gəmiyə malikdir. Birinci səfərbərlik dalğasından sonra Rusiyada 1 milyon 300 mindən bir qədər çox hərbi qulluqçu oldu. NATO-nun hərbi personalı əlavə səfərbərlik olmadan 3,5 milyondan çoxdur. NATO və AB ölkələrinin nominal ÜDM-i 45 trilyon dollardan çoxdur. Rusiya və Belarusun ümumi ÜDM-i cəmi 2,2 trilyon ABŞ dolları, yəni 20 dəfə azdır”, - o bildirib.

Bayden Ukraynaya hərbi yardımı təsdiqlədi

ABŞ Prezidenti Co Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb. Qeyd edək ki, qanun layihəsi aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.

ABŞ-dən Rusiyaya ZƏRBƏ: mayın 9-dək...

ABŞ mayın 9-dək ayrılmış yeni paketdən Ukraynaya yardımın bir hissəsini çatdırmağa çalışır. Sozcu.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Məlumata görə, Amerika səlahiyyətliləri ABŞ-dən vəd edilən silahların hamısının bu vaxta qədər çatdırılmasını çətin hesab edir. İlk növbədə, Vaşinqton Amerikanın HIMARS reaktiv yaylım atəş sistemi üçün mərmilər də daxil olmaqla, sursatları ötürmək niyyətindədir. Qeyd olunur ki, onların sayı çox olmadığı üçün olduqca tez göndərilə bilər. 155 mm-lik artilleriyanın cəbhə xəttinə çatdırılması daha çox vaxt aparacaq.

Polşada nüvə başlıqlarını yerləşdirməyə hazırıq – Duda

Polşa hakimiyyəti dəfələrlə ABŞ-la NATO-nun nüvə bölgüsü proqramı çərçivəsində öz nüvə silahlarının ölkədə yerləşdirilməsi imkanlarını müzakirə edib və lazım gələrsə, buna hazır olduqlarını bildirib. Sozcu.az xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib. “Bu, artıq bir müddətdir ki, Polşa-ABŞ danışıqlarının mövzusudur. Mən artıq bir neçə dəfə (Amerikalı tərəfdaşları ilə-red.) bu mövzu haqqında danışmışam. Onlar mənə Polşada nüvə başlıqlarının yerləşdirilməsi haqqında sual verəndə buna hazır olduğumuzu bildirdim”, - Duda bildirib.

Ukrayna Rusiyanın ən qədim gəmisinə zərbə endirdi

Ukrayna SQ-nin Hərbi Dəniz Qüvvələrinin Sevastopolda fəaliyyəti nəticəsində Rusiyanın “Kommuna” gəmisi yanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk məlumat yayıb. “Bu hadisə Ukrayna Hərbi Dəniz Qüvvələrinin birbaşa iştirakı ilə baş verib. Gəmiyə dəyən zərər dəqiqləşdirilir, lakin ilkin məlumata görə, gəmi artıq tapşırıqları yerinə yetirməyə qadir deyil”, - deyə o bildirib. Pletençukun sözlərinə görə, gəmi hərbi təyinatlı deyil və Rusiya donanmasının ən qədim gəmisi sayılır. Qeyd edək ki, sözügedən gəmi dünyada xidmətdə olan və döyüş tapşırıqlarını icra edən ən qədim gəmidir.