ABŞ kəşfiyyatı qəzanın səbəbini açıqladı

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter bədbəxt hadisə nəticəsində qəzaya uğrayıb. Bunu ABŞ Senatındakı Demokratlar Partiyasının rəhbəri Çak Şumer deyib. O, ABŞ kəşfiyyatının qəzaya dair başqa dəlil tapmadığını deyib: "Dumanlı hava olub. Belə görünür ki, bu, bədbəxt hadisədir"./metbuat.az

İran Prezidenti və heyəti helikopter qəzasında həlak olub - Təcili

İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti helikopter qəzasında həyatını itirib. Sozcu.az-ın məlumatına görə, bu barədə İranın Mehr Agentliyi xəbər verib. Prezident Rəisi bazar günü helikopterlə İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib. İran dövlət televiziyası qəzanın Rəisiyə məxsus helikopterin bölgədən qayıdarkən sərt eniş etməsi nəticəsində baş verdiyini bildirib. Helikopterdə prezidentlə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Ayətullah Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub. Axtarış-xilasetmə qrupları əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinliklə davam etdirib. Daha sonra Türkiyənin AKINCI pilotsuz uçuş aparatı axtarışlara cəlb edilib. Qəzaya uğramış helikopterin qalıqları yanmış vəziyyətdə aşkarlanıb. Artıq İranın rəsmi media orqanları öz loqolarını matəm əlaməti olaraq qara rəngə boyayıblar.

Xilasedicilər hadisə yerində: Helikopter yoxdur

Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter Şərqi Azərbaycan əyalətində qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, xilasedicilər helikopterin qəzaya uğradığı ehtimal edilən ərazidən görüntülər paylaşıb. Ərazidə qatı duman müşahidə olunur. Qəza ilə bağlı hər hansı izə rastlanmayıb.

Rusiyanın mina gəmisi məhv edildi

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiya Qara dəniz donanmasına məxsus “Kovrovets” mina gəmisini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna daha bir Su-25-i məhv etdi

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus Su-25 hücum təyyarəsini vurub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Məlumata görə, Su-25 Donetsk vilayətində məhv edilib.

Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb

Polşa Türkiyədən sifariş verdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının hamısını əldə edib. Sozcu.az xəbər verir ki, bu barədə Şərqi Avropa ölkəsinin müdafiə nazirinin müavini Pavel Beyda sosial şəbəkədə bildirib. “Bu, Türkiyənin “Bayraktar TB2” dronlarının əvvəllər sifariş edilmiş tədarüklərinin sonuncu partiyasıdır – müqavilə Polşa Hərbi Hava Qüvvələrini gücləndirəcək dörd dəst pilotsuz uçuş aparatının alınmasını nəzərdə tuturdu. Beləliklə, Polşa Qoşunları (Polşa Silahlı Qüvvələrinin qeyri-rəsmi adı – red.) dünyanın bir çox ordularının istismar etdiyi müasir texnika ilə zənginləşir”, – Beyda yazıb. Xatırladaq ki, Polşa 2021-ci ilin mayında Türkiyədən 24 ədəd “Bayraktar TB2” PUA-sı sifariş etmişdi.

Krıma zərbə: S-400 və iki MiQ-31 məhv edildi

Mayın 14-dən 15-nə keçən gecə Krıma endirilən raket zərbələri nəticəsində Rusiyanın S-400 “Triumf” zenit-raket kompleksi, 2 ədəd MiQ-31 təyyarəsi və yanacaq-sürtkü materialları anbarı məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində 2 rus hərbçisi ölüb, 13 nəfər isə yaralanıb.

Gürcüstanda keçirilən aksiyaya Avropalı diplomatlar da qoşuldu

Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanuna etiraz aksiyası davam edir. Sozcu.az Publika.az-a istinadən  xəbər verir ki, əksəriyyəti gənclər və universitet tələbələri olan etirazçılar Vake parkından Qəhrəmanlar meydanına doğru yürüş təşkil ediblər. Aksiyanın iştirakçıları Tbilisinin əsas nəqliyyat mərkəzlərindən biri olan Qəhrəmanlar meydanını bağlayıblar. Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri də etiraz aksiyasına qoşulublar. Avropalı siyasətçilərin Rustaveli prospektində görünməsi vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.

Rusiya 24 saatda Ukraynada 1510 hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1510 hərbçisini itirib.  Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 486 940 nəfərə çatıb.  Həmçinin son sutka ərzində Rusiyaya məxsus 14 tank, 48 zirehli döyüş maşını, 23 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.  Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 

BMT-dən Tiflisə çağırış: Vəziyyətdən narahatıq!

Gürcüstandakı vəziyyətdən narahatıq. Sozcu.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş deyib. O, Gürcüstan hakimiyyəti və cəmiyyətini dialoqa çağırıb. Qeyd edək ki, Gürcüstan parlamenti hakim Gürcü Arzusu Partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Bundan dolayı paytaxt Tiflisdə parlament binası qarşısında etiraz aksiyası keçirilir. Aksiyaçılar arasında saxlanılanlar da var.

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını AÇIQLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfərinin niyə baş tutmamasını izah edib. “Bizim ABŞ-yə səfərimiz iki tərəfin uyğun olmayan qrafikləri səbəbindən təxirə salındı. Bildiyiniz kimi, tezliklə ABŞ-də seçki keçiriləcək və cənab Baydenin qrafiki daha da gərginləşib. Belə səfərlər hər iki tərəf üçün əlverişli vaxtda baş verir”, - Türkiyə Prezidenti Ərdoğan Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində bildirib. Qeyd edək ki, Ərdoğanın Vaşinqtona səfəri mayın 9-na planlaşdırılmışdı. Aprelin 26-da “Haber Global” telekanalı ABŞ-li rəsmiyə istinadən Türkiyə liderinin iş qrafikindəki dəyişikliklərlə əlaqədar səfərin ləğv edildiyini bildirib.

Tiflisdə izdihamlı aksiya - Video

2024.05.11 - 21:37 Gürcüstanın paytaxtı Tiflisdə növbəti etiraz aksiyası keçirilir. Sozcu.az xəbər verir ki, minlərlə etirazçı paytaxtın Avropa meydanına doğru yürüş edir. Aksiyaçılar “Rusiya qanununa yox” şüarı səsləndirirlər. Qeyd edək ki, aksiyaçılar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edirlər. *** Tiflisdə Avropa meydanında on minlərlə insanın iştirak etdiyi nümayiş başa çatıb. Təşkilatçılar nümayişçiləri bu gün saat 22:00-da parlament önünə gəlməyə çağırıb.