Tramp: Hamı Tehranı tərk etməlidir!

Hamı Tehranı dərhal tərk etməlidir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb. “İran onlara dediyim “sövdələşməni” imzalamalı idi. Necə də biabırçılıq və insan həyatının boş yerə itməsidir. Sadə dillə desək, İran nüvə silahına sahib ola bilməz. Mən bunu dəfələrlə demişəm!” - o bildirib.

İran MOSSAD-ın binasını raketlə vurdu

İran MOSSAD-ın binasını raketlə vurub. Sozcu.az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

İsrailin HHM sistemləri bir-birinə atəş açmağa məcbur edildi

SEPAH İsrail ərazisinə raket zərbələrinin növbəti dalğası zamanı yeni üsullardan istifadə edərək İsrailin hava hücumundan müdafiə sistemlərini bir-birinə hücum etməyə məcbur edib. Sozcu.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatına istinadən "Tasnim" agentliyi məlumat yayıb. “Bu əməliyyat zamanı kəşfiyyat və texniki sahələrdə yeni metod və imkanlardan istifadə sayəsində düşmən – İsrail rejiminin çoxpilləli komanda və idarəetmə sistemləri sıradan çıxarılıb və onlar bir-birinə hücum etməyə başlayıb”, - deyə bəyanatda bildirilir. Bundan əlavə, SEPAH Negev bölgəsində yerləşən Navatim aviabazasına hücum etdiyini bəyan edib. İran mediasının məlumatına görə, Hayfada elektrik stansiyası və neft emalı zavoduna zərbələr endirilib. Partlayış səsləri Təl-Əvivin şərqində, Ben Qurion hava limanı ərazisində və Qüdsün qərbində eşidilib. Səhər saatlarında İsrail xilasediciləri İran raketlərinin düşdüyü ərazilərdə dağıntılar altında qalanları axtarmağa başlayıblar. İsrail mediasının məlumatına görə, İranın son raket hücumları nəticəsində 4 nəfər həlak olub, 67 nəfər isə xəstəxanaya yerləşdirilib. Eyni zamanda İsrail ordusu SEPAH-ın tərkibində olan "Qüds" qüvvələrinə məxsus İran ərazisindəki komanda mərkəzlərinə zərbələr endirdiyini bildirib.

İran Netanyahunun evini vurdu

İranın İsrailə raket zərbələri zamanı Baş naziri Benyamin Netanyahunun evi dağılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

Tramp İrana xəbərdarlıq etdi: ABŞ-a hücum etsəniz...

İran ABŞ-a hücum edərsə, ordumuzun bütün gücünü indiyə qədər heç vaxt görünməmiş bir miqyasda işə salacağıq. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb. “Əgər İran bizə hər hansı bir şəkildə hücum edərsə, ABŞ ordusunun bütün gücü indiyədək heç vaxt görünməmiş miqyasda sizin üzərinizə endiriləcək”, - Tramp İrana müraciətində bildirib.

Qəzzadan İsrailə raket atıldı

Qəzza zolağından İsrail ərazisinə iki raket atılıb. Sozcu.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. "Qəzza zolağının cənubundan İsrail ərazisinə iki raket atılıb və əhalinin yaşamadığı əraziyə düşüb", - məlumatda bildirilib.

İsrail yenidən İrana hücuma başladı: Çox sayda qırıcı...

İsrail qırıcıları kütləvi şəkildə İrana doğru hərəkətə keçib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Məlumata görə, çox sayda İsrail qırıcı təyyarəsi hərbi bazalardan havaya qalxıb və İrana genişmiqyaslı hücum həyata keçirmək üçün yola düşüb.

İsraildən etiraf: İranın iki mərmisi Qəzza yaxınlığında...

10:58 İranın “Araş” tipli kamikadze dronları İsraildə bir sıra hədəfləri vurub. Sozcu.az xəbər verir ki, bu barədə “Nour Nyus” agentliyi məlumat yayıb. Daha əvvəl İsrail ordusu İrana məxsus PUA-ların aşkarlanması ilə əlaqədar ölkənin şimalında bir sıra bölgələrdə hava hücumu xəbərdarlığı elan etmişdi. *** İsrail Müdafiə Qüvvələri iki İran PUA-sının ölkənin hava hücumundan müdafiə sistemlərini yara bildiyinə dair məlumatı təsdiqləyib. İki mərmi Qəzza sektorunda sərhəd bölgəsinə düşüb. Mərmilərin açıq əraziyə düşdüyü bildirilir. Xəsarət alan olmayıb.

Makron Netanyahu ilə danışdı

Fransa Prezidenti Emmanuel Makronla İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. Sozcu.az xəbər verir ki, bu barədə Yelisey sarayndan məlumat verilib. Telefon danışığının təfərrüatı barədə məlumat verilməyib.

Netanyahu: İrana hücum əmrini daha əvvəl vermişdim, lakin əməliyyat təxirə salındı

“Nəsrullahın öldürülməsindən sonra mən İrana hücuma hazırlıqla bağlı göstəriş vermişdim. Lakin aprel ayına nəzərdə tutulan əməliyyat bəzi səbəblərdən təxirə salınırdı”. Sozcu.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu açıqlayıb. O deyib ki, əməliyyatın keçirilməsi üçün ilk tarix aprel ayının sonu olaraq müəyyən olunmuşdu. İsrail hökumətinin rəhbəri eyni zamanda, İrandakı “Fordo” nüvə obyektinin sonrakı taleyi barədə heç nə deməyib.

Qəzzada həlak olanların sayı 55 mini ÖTÜB

İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında 55,104 nəfər həlak olub, 127,394 nəfər isə yaralanıb. Sozcu.az-ın Qəzza Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, ölənlərin yarıdan çoxunu qadınlar və uşaqlar təşkil edir. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.

Rusiyanın itkiləri 1 milyona yaxınlaşır

Ukrayna müharibənin 1204-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 999 200 hərbçi, 10 927 ədəd tank, 22 783 ədəd zirehli döyüş maşını, 29 016 ədəd artilleriya sistemi, 1 413 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 183 hava hücumundan müdafiə sistemi, 416 ədəd hərbi təyyarə, 337 ədəd helikopter, 51 579 ədəd avtomobil texnikası, 40 297 ədəd PUA, 3 337 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 914 xüsusi avadanlıq itirib.