Nigeriya və ABŞ prezidentləri Bola Tinubu və Donald Tramp gələn həftə görüşərək xristianları terror hücumlarından qorumaq məsələsini müzakirə edəcəklər.
Sozcu.az xəbər verir ki, bu barədə Nigeriya prezidentinin köməkçisi Daniel Bvala məlumat yayıb.
"Hər iki prezident üsyan və hər növ terrorizmlə mübarizədə maraqlıdır. Prezident Tramp ölkəmizə silah satışına icazə verməklə Nigeriyaya böyük kömək edib və Prezident Tinubu bu fürsətdən lazımınca istifadə edib", - o qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp orduya xristianları qorumaq üçün Nigeriyada terrorçulara qarşı potensial güc tədbirləri hazırlamağı tapşırmışdı.
