Fransanın Oleron adasında sürücü maşını piyadaların və velosipedçilərin üzərinə sürüb.
APA “NDTV”yə istinadən xəbər verir ki, nəticədə 10 nəfər xəsarət alıb və onlarda 4-nün vəziyyəti ağırdır.
Hadisəni törədən 35 yaşlı şəxs polis tərəfindən saxlanılıb.
Yerli prokurorluğun bildirdiyinə görə, sözügedən şəxs Fransa hüquq-mühafizə orqanlarının izlədiyi radikal şəxslərin siyahısında olmayıb.
Onun adanın yerli sakinlərindən olduğu bildirilib və cinayəti törətmək motivinin naməlum olduğu qeyd olunub.
Detallar araşdırılır.
