Almaniya ABŞ-dan əlavə 15 ədəd F-35 qırıcı təyyarəsi almağı planlaşdırır.
Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” etibarlı mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, təyyarələrin təxmini dəyəri 2,5 milyard avro olacaq.
Bildirilib ki, Almaniya artıq 85 ədəd köhnə “Tornado” qırıcılarının əvəzlənməsi üçün 35 ədəd F-35 təyyarəsi sifariş verib.