ABŞ Putini cəzalandırır: Bu məlumatlar Ukraynaya veriləcək

ABŞ administrasiyası Ukraynaya Rusiyanın enerji infrastrukturlarına zərbələr endirmək üçün kəşfiyyat məlumatları ötürəcək.

Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Məlumata görə, bu barədə qərar ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən qəbul edilib.

Qərar ABŞ-ın Ukraynaya uzaqmənzilli silahlar vermək imkanını nəzərdən keçirdiyi bir vaxtda verilib:

“Yeni addım Ukraynaya neftayırma zavodları, boru kəmərləri, elektrik stansiyaları və digər infrastruktur obyektlərinə zərbələr endirməyi asanlaşdıracaq. Məqsəd Kremlin neft gəlirlərini kəsməkdir”.

Bildirilib ki, ABŞ NATO müttəfiqlərinə də Ukraynaya oxşar dəstək göstərmələri üçün müraciət edib.

Share on Facebook