Rubio: Bu, müharibənin bitməsi demək deyil

İsraillə HƏMAS arasında aparılan danışıqlar hələlik müharibənin bitməsi demək deyil.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

"HƏMAS və İsrail arasında davam edən danışıqlar hələlik müharibənin bitməsi demək deyil və Qəzzaya rəhbərlik edəcək qrupun yaradılması müəyyən vaxt aparacaq. İsrail də daxil olmaqla hamı razılaşdı ki, nəticədə bu prosesin müəyyən bir nöqtəsində Qəzza sülh şurası kimi beynəlxalq konsorsiumun köməyi, dəstəyi və rəhbərliyi ilə HƏMAS-a bağlı olmayan, terrorçu olmayan Fələstin qrupu tərəfindən idarə olunacaq. Qəzzada HƏMAS-la bağlı olmayan idarəçilik strukturunu üç gündə yarada bilməzsiniz", - o bildirib.

Share on Facebook