Rusiyada öhdəliklərdən qaçmaq meyli formalaşıb – Makron

Rusiyada son on illər ərzində üzərinə düşən öhdəlikləri yerinə yetirməmək kimi bir meyl formalaşıb. Sozcu.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron X sosial şəbəkə hesabında ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Vladimir Zelenski və avropalı tərəfdaşlarla bugünkü koordinasiya görüşünü şərh edərkən deyib. Makron bildirib ki, Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiya üzərində təzyiqlərin saxlanılması diqqətə alınmalıdır. “Son 30 ilin bütün dərslərini, xüsusən də Rusiyanın öz öhdəliklərini yerinə yetirməmək meylindən öyrənmək vacib olacaq. Ukraynada sülh sarsılmaz təhlükəsizlik təminatları tələb edir”, - deyə o qeyd edib. Makron əlavə olaraq, Fransanın Ukraynanın yanında olduğunu bir daha təsdiqləyib.

Rus ordusu darmadağın: 23 133 ədəd zirehli döyüş maşını məhv edilib

Ukrayna müharibənin 1269-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 068 040 hərbçi, 11 106 ədəd tank, 23 133 ədəd zirehli döyüş maşını, 31 498 ədəd artilleriya sistemi, 1 467 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 207 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 58 596 ədəd avtomobil texnikası, 51 190 ədəd PUA, 3 558 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 940 xüsusi avadanlıq itirib.

Ukrayna “Lukoyl”un zavodunu vurdu

Rusiyanın Volqoqrad şəhərində “Lukoyl” şirkətinə məxsus neft emalı zavoduna dron hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, zərbələr zamanı zavodun ərazisində partlayış və yanğınlar baş verib, neft məhsullarının əraziyə axması qeydə alınıb. Hazırda zavodun ərazisində yanğınlar davam edir.

Bu ölkələr İrana qarşı sanksiyalar tətbiq edəcək

İran beynəlxalq ictimaiyyətlə nüvə danışıqlarını bərpa etməsə, Fransa, Böyük Britaniya və Almaniya bu ölkəyə yenidən sanksiyalar tətbiq etməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb. Məlumata görə, Fransa xarici işlər naziri Jan Noel Barro, Almaniya xarici işlər naziri Yohann Vadeful və Böyük Britaniya xarici işlər naziri Devid Lemmi BMT Baş katibi Antonio Quterreşə məktub ünvanlayıblar: “Biz açıq şəkildə bildirmişik ki, əgər İran 2025-ci ilin avqust ayının sonunadək diplomatik həll yoluna gəlmək istəməsə və ya mümkün uzadılma fürsətindən istifadə etməsə, sanksiyaların avtomatik olaraq bərpa olunması mexanizmi işə salınacaq”.

Pezeşkian Ermənistana 3 günlük səfər edəcək

Avqustun 18-də İran Prezidenti Məsud Pezeşkian Ermənistana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Məlumata görə, Pezeşkian Ermənistanda avqustun 21-nə kimi qalacaq. Onun İrəvan biznes forumunda iştirakı planlaşdırılır.

Ukraynanın PUA hücumu: Rusiyada yeganə zavod vuruldu

Ukraynaya məxsus PUA-lar Orenburq şəhərində Rusiyanın raketlər üçün helium istehsal edən zavoda hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, yerli sakinlər ard-arda partlayışlar barədə məlumat veriblər, Perevolotski və Xolodniy Kluçey rayonlarındakı magistral yol bağlanıb. Bildirilib ki, Orenburq helium zavodu illik 15 milyard kub metr qaz hasil edir və burada raket, kosmik və aviasiya sahəsi üçün heliumlar istehsal olunur. Zavod Rusiyada yeganədir.

ABŞ Zelenskini də Alyaskadakı görüşə dəvət edəcək

Ağ Ev Ukrayna Prezidenti Vladimir Zelenskini Donald Trampla Vladimir Putinin Alyaskadakı görüşünə dəvət etməyi düşünür. Sozcu.az xəbər verir ki, bu barədə “NBC Nyus” amerikalı yüksək çinli məmura istinadla məlumat yayıb. “Hamı ümid edir ki, bu (dəvət - red.), baş verəcək”, - o bildirib. Qeyd edək ki, Putin və Tramp arasında avqustun 15-də Alyaskada görüş baş tutacaq.

Zelenski: Ukraynasız qəbul edilən qərarlar nəticə verməyəcək

Ukraynasız qəbul edilən qərarlar heç bir nəticə verməyəcək. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Ukrayna sülhün təmin olunmasına xidmət edən qərarlara hazırdır. Bizə qarşı olan və ya bizsiz qəbul edilən hər hansı bir qərar heç bir nəticə verməyəcək. Belə qərarlar, icraolunmaz qərarlardır. Biz davamlı sülh üçün prezident Trampla və bütün tərəfdaşlarımızla işləməyə hazırıq”- o bəyan edib.

Tramp Netanyahuya əsəbiləşdi, üstünə qışqırdı

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında kütləvi qıtlıq barədə xəbərlərin HƏMAS tərəfindən uydurulduğunu deyən İsrailin baş naziri Binyamin Netanyahuya əsəbiləşib və onun üstünə qışqırıb. Sozcu.az xəbər verir ki, bu iddia ilə NBC News adı açıqlanmayan keçmiş ABŞ rəsmilərinə istinadən çıxış edib. Qeyd olunur ki, hadisə iyulun 28-də telefon danışığı zamanı baş verib. Məqalədə qeyd edilir ki, bu söhbət ABŞ prezidentinin xüsusi nümayəndəsini ötən həftə regiona səfərə sövq edib. Xatırladaq ki, o, səfər zamanı Netanyahu ilə görüşüb və Qəzza zolağına baş çəkib.

Putinlə Uitkoff arasında görüş 3 saat davam etdi

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş keçirilib. Sozcu.az TASS-a istinadən xəbər verir ki, müzakirələr 3 saata yaxın davam edib. Bundan sonra S.Uitkoffu müşayiət edən avtomobillər Kremlin ərazisini tərk edib.

Tramp bu gün Ağ Evdə mühüm açıqlama verəcək

ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə mühüm açıqlama ilə çıxış edəcək. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb. Prezidentin iş qrafikinə əsasən, o, yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə 7 avqust 00:30) Oval Ofisdə bəyanatla çıxış edəcək. ABŞ mediası Trampın açıqlamasının əlavə idxal tarifləri ilə bağlı olacağını istisna etmir. Xüsusilə, avqustun 4-də Tramp “Truth Social” platformasında Hindistanın Rusiya neftini alaraq yenidən satmasına görə bu ölkəyə qarşı tariflərin ciddi şəkildə artırılacağını bəyan etmişdi. Bu kontekstdə, gözlənilən çıxışda Hindistana qarşı yeni iqtisadi sanksiyalar və ya gömrük rüsumlarının gündəmə gətiriləcəyi ehtimal olunur.

Zelenski ilə Tramp arasında telefon danışığı oldu

Ukrayna Prezidenti Vladimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub. Sozcu.az xəbər verir ki, bu barədə Vladimir Zelenski Teleqram hesabında yazıb. "Prezident Trampla məhsuldar söhbət oldu. Əsas məsələ, əlbəttə ki, müharibəyə son qoymaqdır. Biz vicdanlı və davamlı sülh üçün göstərdiyi bütün səylərə görə ABŞ prezidentinə minnətdarıq. Ölümləri ən qısa zamanda dayandırmaq həqiqətən lazımdır, biz bunu tam dəstəkləyirik. Ruslar bunu uzatmasaydılar, müharibə çoxdan bitmiş olardı", - Zelenski vurğulayıb.