Kanada baş naziri Kiyevə getdi

Kanada Baş naziri Mark Karni avqustun 24-ü Ukraynanın Müstəqillik Günü münasibətilə Kiyevə gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Karninin özünün X səhifəsində məlumat paylaşılıb. “Ukraynanın Müstəqillik Günündə, ölkə tarixinin bu kritik anında Kanada Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün dəstəyini və səylərini gücləndirir”, - Karni bildirib.

Kiyevdə partlayış səsləri eşidilir

Ukrayna paytaxtı Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib, partlayış səsləri eşidilir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. Məlumatda paytaxt sakinlərinə PUA təhlükəsi barədə xəbərdarlıq edilib. Həmçinin şəhərin meri Vitali Kliçko hava hücumundan müdafiə sistemlərinin işlədiyini bildirib. “Paytaxtda hava hücumundan müdafiə qüvvələri işləyir. Sığınacaqlarda qalın!”, - Kliçko Teleqramda yazıb.

Ukrayna ordusu Donetskdə 3 kəndi azad etdi

Ukrayna ordusu Donetsk vilayətinin Zelyonıy Qay yaşayış məntəqəsini azad edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Ukrayna Baş Kəşfiyyat İdarəsinin və “Bratstva” batalyonunun döyüşçüləri Donetsk vilayətindəki İskra və Tolstoy kəndlərini də azad edib.

Volqoqrad hava limanı bağlandı

Volqoqrad hava limanında PUA hücumları fonunda müvəqqəti uçuş məhdudiyyətləri qüvvəyə minib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako məlumat verib. O bildirib ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verən kolasiyaya qoşulur - Zelenski

"Kiyev prezident Donald Trampdan ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin tərəfi olacağına dair müsbət siqnal alıb. Bu, digər dövlətlərin də qoşulması üçün imkanlar açır". Sozcu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Ukrayna prezidenti Volodimir Zelenski deyib. O qeyd edib ki, Vaşinqtondakı görüşdən əvvəl ABŞ təhlükəsizlik qarantları sırasında deyildi, lakin indi onun da qoşulmağa hazır olduğu barədə bəyanatlar var. "Və bu, məncə, əsas çətinliklərdən biri idi. Çünki Amerika Birləşmiş Ştatları tərəfindən Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin koordinasiyası olmadan avropalı həmkarlar arasında müəyyən qeyri-müəyyənlik var idi”. Onun sözlərinə görə, bu gün ABŞ, Tramp və onun komandasından Ukrayna üçün təhlükəsizlik təminatlarının iştirakçısı olacağına dair müsbət siqnal var. "Və bu, nəyəsə hazır olan digər ölkələr üçün imkanlar açır. İndi əsas ölkələrin baş qərargahları nəyə hazır olduqları barədə artıq danışmağa başlayıblar. Və orada olmayan bəzi ölkələr yəqin ki, indi meydana çıxacaq", - prezident əlavə edib. Zelenski qeyd edib ki, bu gün neçə ölkənin yerüstü proqramların həyata keçirilməsində, yəni Rusiya təcavüzündən müdafiə üçün zəmanət qüvvəsi kimi xarici hərbi kontingentin cəlb edilməsində iştirak etməyə hazır olduğu məlum deyil. "Biz neçə ölkənin buna hazır olduğunu bilmirik. Bilirik ki, istəyənlərin koalisiyasında potensial olaraq təhlükəsizlik təminatlarında iştirakını nəzərdən keçirən 30 ölkə var”, - prezident bildirib. Onun sözlərinə görə, Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olan ölkələrin, o cümlədən, Yaponiya və Avstraliyanın olması vacibdir.

Təyyarələri İranı bombalamağa mən göndərdim - Tramp

Əgər Amerika ordusu İranın nüvə obyektlərinə zərbələr endirməsəydi, Tehran dörd həftə ərzində nüvə silahı istehsal edə bilərdi. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp amerikalı jurnalist Mark Levinə müsahibəsində səsləndirib. “İran hakimiyyəti belə bir silahı əldə etsəydi, ondan istifadə etməyə tərəddüd etməzdi”, - Tramp bildirib. ABŞ prezidenti özünü və İsrail Baş naziri Benyamin Netanyahunu müharibə qəhrəmanı adlandırıb: “Netanyahu müharibə qəhrəmanıdır, çünki biz birlikdə çalışırıq. O, qəhrəmandır. Mən də eləyəm. Heç kim buna fikir vermir, amma mən də qəhrəmanam. Çünki həmin təyyarələri İranın nüvə obyektlərini bombalamağa mən göndərdim”.

Ukrayna konfliktini həll etsəm, cənnətə gedəcəyəm - Tramp

Ukrayna konfliktini həll etsəm, ölümümdən sonra cənnətə düşəcəyimə ümid edirəm. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib. “Bu konfliktin bitməsini istəyirəm. Orada Amerika hərbçiləri deyil, rusiyalı və ukraynalı hərbçilər ölür. Əgər orada hər həftə 7 min insanın öldürülməsini dayandıra bilsəm, bu, əla olardı. Cənnətə getmək istəyirəm, lakin bunun üçün çox iş görməmişəm. Lakin əgər cənnətə düşsəm, Ukrayna konfliktinin həlli bunun səbəblərindən biri olacaq”, - deyə Ağ Ev rəhbəri bildirib.

Makron Putin-Zelenski görüşü üçün bu şəhəri təklif etdi

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında ikitərəfli görüş üçün mümkün məkan kimi Cenevrəni göstərib. Sozcu.az xəbər verir ki, Makron bu barədə TF1 telekanalına müsahibəsində bildirib. Fransa lideri jurnalistin sualını cavablandırarkən Parisdə “2019-cu ildə olduğu kimi” görüşün keçirilməsi ehtimalını rədd edib. O qeyd edib ki, vəziyyət “fərqli mərhələdədir” və “neytral ölkə” tapmaq lazımdır. "Ola bilsin ki, İsveçrə, mən Cenevrənin tərəfdarıyam. Yaxud başqa ölkə olacaq. Sonuncu dəfə Türkiyədə, İstanbulda ikitərəfli məsləhətləşmələr keçirilib" , - o qeyd edib.

Zelenski Trampdan öncə Kelloqla görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə V.Zelenski Teleqram kanalında yazıb. "Biz döyüş meydanındakı vəziyyəti, güclü diplomatik imkanlarımızı - Ukraynanı və bütün Avropanı Amerika ilə birlikdə müzakirə etdik. Rusiyanı yalnız güc yolu ilə sülhə məcbur etmək olar və prezident Trampın belə bir gücü var. Biz hər şeyi düzgün etməliyik ki, sülh həqiqətən də olsun", - Ukrayna prezidenti bildirib. Qeyd edək ki, Ukrayna lideri Vaşinqtonda səfərdədir, onun Ağ Ev rəhbəri ilə görüşü nəzərdə tutulur.

Ukrayna ordusu bu qəsəbəni ruslardan azad etdi

Ukraynanın desant qüvvələri Donetsk vilayətinin Zolotoy Kolodets qəsəbəsini rus qoşunlarından azad edib. Sozcu.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna hərbçiləri Rusiya qüvvələrinin Dobropolye ərazisindən keçmək cəhdinin qarşısını alaraq onların daha da irəliləməsini dayandırıblar.

Zelenskinin Trampla görüşündə o da iştirak edəcək

Finlandiya Prezidenti Aleksandr Stubb Kiyevin uğur şansını artırmaq üçün Donald Tramp və Vladimir Zelenskinin Vaşinqtonda keçiriləcək görüşünə qatıla bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb. “AB Zelenskinin Ağ Evdə Vladimir Putin kimi isti qarşılanmayacağından narahatdır. Qurum Kiyevin uğur şansını artırmaq üçün addımlar atmağa qərar verib və Trampın sevimli həmsöhbətlərindən biri olan Finlandiya Prezidenti Aleksandr Stubb Zelenski ilə birlikdə ABŞ-a səfər edə bilər”, - məlumatda qeyd olunub.

Rusiyada öhdəliklərdən qaçmaq meyli formalaşıb – Makron

Rusiyada son on illər ərzində üzərinə düşən öhdəlikləri yerinə yetirməmək kimi bir meyl formalaşıb. Sozcu.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron X sosial şəbəkə hesabında ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Vladimir Zelenski və avropalı tərəfdaşlarla bugünkü koordinasiya görüşünü şərh edərkən deyib. Makron bildirib ki, Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiya üzərində təzyiqlərin saxlanılması diqqətə alınmalıdır. “Son 30 ilin bütün dərslərini, xüsusən də Rusiyanın öz öhdəliklərini yerinə yetirməmək meylindən öyrənmək vacib olacaq. Ukraynada sülh sarsılmaz təhlükəsizlik təminatları tələb edir”, - deyə o qeyd edib. Makron əlavə olaraq, Fransanın Ukraynanın yanında olduğunu bir daha təsdiqləyib.