Starmer və Makron Rusiyanı müzakirə etdi

Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Fransa Prezidenti Emmanuel Makron arasında Londonda görüş baş tutub. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, Londonda keçirilən görüşdə diplomatiya ilə yanaşı, Rusiyaya təzyiqlərin artırılmasının zəruriliyi müzakirə olunub. Starmer qeyd edib ki, Avropanın Ukraynada sülhməramlı qüvvələri yaratmaq planları bir neçə aylıq planlaşdırmadan sonra nəhayət formalaşıb. Makron isə atəşkəs razılaşması əldə olunarsa, onların həyata keçirilməyə hazır olduğunu vurğulayıb.

50 min ana və körpə ac qalır – Qəzzada insanlıq faciəsi

Qəzza zolağında yaşayan 50 mindən çox ana və körpə aclıq təhlükəsi ilə üz-üzədir. Bölgədə körpələr üçün nəzərdə tutulan mama və qida ehtiyatlarının tükənməsi səbəbindən ac uşaq sayının artması ciddi narahatlıq doğurur. Sozcu.az xarici mətbuata istinadən xəbər verir ki, beynəlxalq humanitar təşkilatlar və yerli yardım qurumları ərzaq çatışmazlığı və blokadalar nəticəsində ana və körpələrin qida təminatının kəskin şəkildə azaldığını bildirir. Bu, körpələrin sağlamlığının və həyatının təhlükə altında olduğunu göstərir. Humanitar kömək çağırışları gücləndirilsə də, bölgədə vəziyyət hələ də kritik olaraq qalır və beynəlxalq ictimaiyyətin dərhal müdaxiləsi zəruridir. Qida qıtlığı səbəbindən körpələr arasında zəiflik və xəstəlik hallarının artması müşahidə edilir. pizza sifarişi Beynəlxalq təşkilatlar Qəzza zolağında yaşayan insanların həyatını xilas etmək üçün qida və tibbi yardımın artırılmasını tələb edir. Eyni zamanda, bölgədə blokadaların yumuşaldılması və humanitar yardımın maneəsiz çatdırılması üçün siyasi addımların atılması çağırılır.

Zelenski Roma Papası ilə bir arada

İtaliya Prezidenti Sercio Mattarella Romada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Sozcu.az xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq, İtaliyanın Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hərtərəfli dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb. Sercio Mattarella ölkəsinin mövqeyinin tamamilə qəti olduğunu və Ukraynaya hərtərəfli dəstək olacağını bildirib. Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo isə Ukrayna Prezidentini İtaliyanın paytaxtından təxminən 25 kilometr məsafədə yerləşən Kastel Qandolfo qəsəbəsindəki iqamətgahında qəbul edib. Papa Leo Rusiya və Ukrayna nümayəndələrini danışıqlar üçün Vatikanda qarşılamağa hazır olduğunu bir daha qeyd edib. Görüşdə sülhə aparan ədalətli və davamlı yolların aktuallığı, bunun üçün də dialoqun vacibliyi vurğulanıb. Qeyd edək ki, Volodimir Zelenski iyulun 10-11-də Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında iştirak etmək üçün İtaliyaya gəlib.

Rusiyadan daha bir TƏXRİBAT - Bu dəfə bayrağımızı... - FOTO

Rusiyanın Lenta.ru saytında Azərbaycan-Rusiya münasibətlərinə dair videoçarxda Cənubi Azərbaycanın bayrağı yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Rusiya saytının bu təxribatçı addımla ölkəmizə qarşı hörmətsizlik etdiyi vurğulanıb. Qeyd edək ki, sözügedən videoçarx Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinin Azərbaycan haqqında mənfi fikirlərinin yer aldığı xəbərin sonunda paylaşılıb. Zatulin Azərbaycan və Rusiya arasında müttəfiqliyin olmadığını deyib.

Rusiyada partlayış: ölü və yaralılar var

Rusiyanın Ryazan şəhərində partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Məlumata görə, kafeyə qumbara atılması nəticəsində bir nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Tramp Maskı yenə “vurdu”: Relsdən çıxan qatar...

ABŞ Prezidenti Donald Tramp İlon Maskın yeni siyasi partiya yaratmaq planlarını tənqid edərək, onları gülünc və Vaşinqtonun siyasi sistemi üçün faydasız adlandırıb. Sozcu.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında deyib. “Hesab edirəm ki, üçüncü partiyaya başlamaq gülüncdür. Respublikaçılar Partiyası ilə çox böyük uğurlar əldə etmişik. Sistem həmişə iki partiya üzərində qurulub - üçüncü partiyalar heç vaxt işləməyib. O, əylənə bilər, amma bu, sadəcə, xaos əlavə edəcək”, - o bildirib. Qeyd edək ki, daha sonra Tramp sosial mediadakı paylaşımında Maska qarşı “hücum”unu gücləndirib: “Maskın tamamilə “relsdən çıxdığını” və mahiyyətcə QATAR olduğunu görmək məni kədərləndirir”. Xatırladaq ki, Mask Amerika Partiyasının yaradıldığını elan edib.

Tramp bu ştatda fövqəladə vəziyyət elan etdi

ABŞ Prezidenti Donald Tramp təbii fəlakətdən dolayı Texas ştatının Kerr dairəsində fövqəladə vəziyyət elan edib. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri sosial şəbəkədə yazıb. Amerika lideri qeyd edib ki, fövqəladə vəziyyətin elan edilməsi təcili yardım xidmətlərinə dərhal lazımi resursları ayırmağa imkan verəcək. Qeyd edək ki, leysan yağışlar və Qvadalupe çayının daşması nəticəsində sözügedən bölgədə fəlakətli vəziyyət yaradıb. Son məlumatlara görə, Texasın mərkəzində daşqınlar nəticəsində azı 59 nəfər ölüb, 850-dən çox insan təxliyə edilib.

Rusiyada təyyarə qəzası: yaralılar var

Rusiyanın Zabaykalye diyarında An-2 təyyarəsi qəza enişi edib. Sozcu.az xəbər verir ki, bu barədə diyarın qubernatoru Aleksandr Osipov məlumat yayıb. Onun sözlərinə görə, təyyarə havaya qalxdıqdan 16 dəqiqə sonra Çita rayonunda sərt eniş edib. Təyyarədə 10 paraşütçü və 1 pilot olub. 9 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağırdır. Məlumata görə, havada olarkən təyyarənin mühərriki dayanıb.

ABŞ-ın Ukraynaya hərbi yardımı... – Podolyak

ABŞ tərəfindən Ukraynaya hərbi yardımın göstərilməsi davam edəcək. Bu məqsədlə hökumət nümayəndə heyətləri səviyyəsində danışıqlar aparılır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib. “Anlamaq lazımdır ki, yardım davam edəcək. Ukrayna prezidenti də vurğulayıb ki, bu istiqamətdə rəsmi məsləhətləşmələr davam edir. ABŞ ballistik raketlərə qarşı mübarizədə vacib olan unikal silah növlərinə malikdir və bunu anlayır”, - Podolyak qeyd edib. O, yardımın dayandırılması ilə bağlı yayılan xəbərlərin daha çox ABŞ-dakı daxili siyasi mübarizənin əksi olduğunu bildirib: “Bu məsələyə sakit yanaşmaq lazımdır. Avropa tərəfdaşları yardımın davam etməsində maraqlıdır və baş verənlərə dərhal reaksiya verirlər”. Podolyak əlavə edib ki, ABŞ-ın anbarlarında çoxlu sayda raket və əks raket sistemləri mövcuddur: “Bunların istehsalı da davam edir. Bu da ABŞ-ın silah ehtiyatlarının tükənməsi ilə bağlı iddiaların doğru olmadığını göstərir. Onlar iştirak etdikləri hərbi kampaniyaları və istehsal imkanlarını nəzərə alaraq planlama aparırlar. ABŞ-ın planlaşdırma səviyyəsi yüksəkdir və hansı münaqişədə nə qədər raketdən istifadə etməyin mümkün olduğunu yaxşı bilirlər”. O, ABŞ-ın Ukraynaya yardımını davam etdirməsinin reputasiya baxımından da vacib olduğunu bildirib.

Onlar gömrük vergilərindən silah kimi istifadə edir...

Hazırda bəzi böyük ölkələr gömrük vergilərindən silah kimi istifadə edir, iqtisadi və ticarət əməkdaşlığında təhlükəsizlik anlayışından sui-istifadə edir, milli maraqları hər şeydən üstün tuturlar. Sozcu.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib. “Bu hərəkətlər sənayedə tədarük zəncirlərinin sabitliyini ciddi şəkildə pozur və beynəlxalq birliyin ümumi maraqlarına ciddi ziyan vurur”, - nazir əlavə edib.

Ermənistan Rusiyaya nota verdi

Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfirə bildirilib ki, Rusiyanın Dövlət Dumasının bəzi deputatlarının dövlət çevrilişi cəhdinin qarşısını almaq üçün Ermənistan hüquq-mühafizə orqanlarının qanuni hərəkətləri ilə bağlı şərhləri və açıqlamaları təkcə təəccüb deyil, həm də hiddət doğurur. Səfirə XİN-in notası təqdim edilib.

Putin bunu istəmir və bu, pisdir - Tramp

Putinin Ukraynadakı müharibəni bitirmək niyyətində olduğunu düşünmürəm və bu, çox pisdir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Tramp həmçinin bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışmağı planlaşdırdığını təsdiqləyib. Qeyd edək ki, Trampla Putinin telefon danışığı ötən gün baş tutub.