Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır

Rusiya ilə Azərbaycan arasında hərbi eskalasiya ehtimalını yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezıqar” Teleqram kanalı diplomatik mənbəyə istinadla məlumat yayıb. “Rusiyanın Qafqazda hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər resursu yoxdur. Hərbi güc balansı Rusiyanın xeyrinə deyil, Azərbaycanın NATO üzvü olan Türkiyə ilə hərbi yardım müqaviləsi var. Belarus və Qazaxıstan rəhbərliyinin Bakıya dəstəyi KTMT ölkələrinin iştirakını tamamilə istisna edir”, - məlumatda qeyd olunub. Mənbə bildirib ki, Rusiyanın son illər Cənubi Qafqazda mövqeləri zəifləyib, lakin bu il proseslər daha da sürətlənib: “Türkiyə və ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlamaq təşəbbüsünü ələ keçiriblər, İranın regionda təsiri kəskin şəkildə azalıb, Türkiyə “Qazprom”u regiondan sıxışdıracaq multiqaz qovşağı qurur. Türkiyə Abxaziyaya marağını artırır. Rusiya Cənubi Qafqazdan sıxışdırılır ki, bu da daxili gündəmə təsir edəcək. “Qafqaz məsələsi” yaxın onillikdə Rusiyanın əsas qaynar nöqtəsinə çevrilə bilər”.

Trampdan İrana xəbərdarlıq: Onları məhv edəcəyik

Tehran yeni yerlərdə nüvə obyektləri tikməyə qərar verərsə, onlar məhv ediləcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Tramp qeyd edib ki, İranın hər üç nüvə obyekti tamamilə məhv edilib.

Ukraynada yeni müdafiə naziri təyin edildi

Ukrayna Ali Radası Denis Şmıxalın müdafiə naziri təyin edilməsinə səs verib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın xalq deputatı Yaroslav Jeleznyak Telegram-da bildirib. O qeyd edir ki, Şmıxalın namizədliyini 267 xalq deputatı dəstəkləyib. Xatırladaq ki, Denis Şmıxal dünənə qədər baş nazir postunu tuturdu.

Tramp 100-dən çox ölkəni “sevindirəcək”

ABŞ 150-yə yaxın kiçik ölkədən idxal edilən mallara 10-15% idxal rüsumları tətbiq etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Yəqin ki, bu, 10% və ya 15% olacaq. Hələ qərar verməmişik”, - o bildirib.

İraqda 50 nəfər yanaraq öldü - Matəm elan edildi

İraq Bağdadın cənubunda Kut şəhərində ticarət mərkəzində baş verən güclü yanğında həlak olan təxminən 50 nəfərin xatirəsinə üçgünlük matəm elan edib. Sozcu.az xəbər verir ki, bu barədə Vasit vilayətinin qubernatoru Məhəmməd Cəmil əl-Mayya bildirib. "Biz yanğın nəticəsində təxminən 50 nəfəri itirdik. Səlahiyyətli orqanlar yanğının səbəblərini araşdırmağa davam edir, ilkin nəticələr tam şəffaflıq təmin edilməklə 48 saat ərzində ictimaiyyətə açıqlanacaq", - o vurğulayıb. Vasit polis komandanlığı hipermarketdəki yanğını söndürmək üçün əyalətin mülki müdafiə qüvvələrinin tam səfərbərliyini elan edib.

Rubio: "ABŞ İsrailin Suriyaya endirdiyi zərbələrdən narahatdır"

ABŞ İsrailin Suriya ərazisinə endirdiyi zərbələrdən dərin narahatlığını ifadə edib. Sozcu.az xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bildirib. “Biz bütün maraqlı tərəflərlə əlaqə saxlayırıq və hərbi əməliyyatların dayandırılması üçün səylər göstəririk”, - Rubio qeyd edib.

İsrail ordusu Dəməşqi vurdu: 5 ölü, 18 yaralı

14:10 İsrail ordusu Suriya Baş Qərargahının Dəməşqdəki kompleksinə zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Suriya mediası isə şəhərə endirilən zərbələr nəticəsində iki nəfərin yaralandığını vurğulayıb. *** İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb. Bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Hücum nəticəsində 18 nəfərin də yaralandığı bildirilib.

Zelenskidən Ottava Konvensiyası ilə bağlı qərar...

Prezident Vladimir Zelenski Ukrayna üçün piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasının qüvvəsini dayandıran qanunu imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə dövlət başçısı Teleqram kanalında yazıb. "Mən dərhal Ukrayna üçün piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasının dayandırılması ilə bağlı Ali Radadan verilən sənədi imzaladım", - deyə bildirilib.

Trampdan Zelenskiyə: Moskva və Sankt-Peterburqu niyə vurmursan?

Ötən həftə ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskidən Ukrayna Silahlı Qüvvələrinin Moskvaya niyə zərbə endirmədiyini soruşub. Zelenski cavab verib ki, əgər Vaşinqton Kiyevi silahla təmin etsəydi, bunu edə bilərdi.  Sozcu.az xəbər verir ki, "Vashinqton Post" qəzetinin köşə yazarı David İqnatius mənbələrə istinadən söhbətin təfərrüatlarını açıqlayıb.  Jurnalistin sözlərinə görə, Tramp “təkcə Moskvaya deyil, Sankt-Peterburqa da” təzyiqlərin artırılmasının zəruriliyindən danışıb. Qeyd olunur ki, ABŞ prezidenti üç səbəbə görə Rusiya ilə bağlı mövqeyini sərtləşdirib. Birincisi, o hesab edir ki, Vladimir Putin “atəşkəs çağırışına məhəl qoymayaraq” hörmətsizlik edir. İkincisi, Donald Tramp B-2 bombardmançıları və "Tomahawk" raketlərindən istifadə etməklə İrana zərbələrin effektivliyini görüb. Bundan əlavə, Tramp əmindir ki, Rusiya prezidenti “yalnız daha çox güc tətbiq etmək təhlükəsi altında” danışıqlar aparacaq, ona görə də Amerika lideri “eskalasiya naminə eskalasiyaya” gedib. Xatırladaq ki, Donald Tramp avropalı müttəfiqlərin pullarından istifadə edərək Kiyevə silah tədarük etməyə başlayacağını vəd edib və Ukraynada 50 gün ərzində sülh əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarına “çox sərt” - 100% tariflər tətbiq edəcəyi ilə hədələyib. Dövlət Departamenti əmin edib ki, ABŞ prezidentinin prioriteti danışıqlar yolu ilə davamlı sülhə nail olmaqdır.

Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1235-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 032 690 hərbçi, 11 013 ədəd tank, 22980 ədəd zirehli döyüş maşını, 30 194 ədəd artilleriya sistemi, 1 437 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1193 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 54 822 ədəd avtomobil texnikası, 45 248 ədəd PUA, 3 439 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 927 xüsusi avadanlıq itirib.

Suriyada güclü partlayış baş verdi

Suriyanın Hələb şəhərində hava limanı yaxınlığında hərbi qərargahda güclü partlayış baş verib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış əhali arasında təşvişə səbəb olub. Olayla bağlı rəsmilər hələ ki, açıqlama verməyib.

Ermənistanda insident: Rusiya əsgəri başından yaralandı

Ermənistanda rus əsgəri özünü başından vurub. Sozcu.az Bakupost.az-a istinadla xəbər verir ki, iyulun 10-da başından güllə yarası alan əsgər Gümrü şəhərinin tibb mərkəzinə aparılıb. Zərərçəkmiş təcili əməliyyat olunub və hazırda reanimasiya şöbəsində komadadır. Həkimlər onun vəziyyətini son dərəcə ağır qiymətləndirirlər. İlkin məlumata görə, yaralı Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının hərbçisidir. Onun Rusiya vətəndaşı Aleksey Q. (2002-ci il təvəllüdlü) olduğu müəyyən edilib. İntihara cəhd variantı nəzərdən keçirilir.