Rusiyada hicabı qadağan etmək lazımdır - Boroday

Rusiyada ictimai yerlərdə hicab və niqab taxmağı qadağan etmək lazımdır. Niqab taxan miqrantların ailələri Rusiyadan yenidən ölkəyə giriş imkanı olmadan çıxarılmalıdır. Sozcu.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksandr Boroday deyib. "Bu tədbir vətəndaşlar arasında məyusluq və qorxu səviyyəsini azaltmaq üçün lazımdır. Ölkəmizdə müsəlman paltarı geyinməyi qadağan edən qanun yoxdur. Amma ən azı niqablara qəti qadağa tətbiq etməyin vaxtı çatıb", - o bildirib.

Rus ordusu darmadağın: 32879 ədəd artilleriya sistemi məhv edilib

Ukrayna müharibənin 1303-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 098 380 hərbçi, 11 191 ədəd tank, 23 277 ədəd zirehli döyüş maşını, 32 879 ədəd artilleriya sistemi, 1 491 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 217 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 341 ədəd helikopter, 62 000 ədəd avtomobil texnikası, 60 469 ədəd PUA, 3 718 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 965 xüsusi avadanlıq itirib.

Tramp Nyu Yorkda Zelenski ilə görüşəcək - Rubio

ABŞ Prezidenti Donald Tramp gələn həftə Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası zamanı Vladimir Zelenski ilə görüşə bilər. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. “Prezident Trampın Zelenski ilə bir neçə telefon danışığı və görüşü olub, o cümlədən gələn həftə Nyu Yorkda yenidən olacaq”, - Rubio bildirib.

Tramp Quterreşlə görüşəcək

BMT Baş katibi Antonio Quterreşlə ABŞ Prezidenti Donald Tramp arasında görüş olacaq. Sozcu.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib. Görüş BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçiriləcək. Qeyd edək ki, dünya liderlərini bir araya gətirən "Yüksək Səviyyəli Həftə" sentyabrın 23-də başlayacaq.

Dohada İsrail əleyhinə bəyanat qəbul edildi

İslam və ərəb ölkələri İsrailin HƏMAS rəhbərliyinin Dohadakı qərargahına endirdiyi zərbəyə cavab olaraq Qətərin atdığı bütün addımları dəstəkləyəcək. Sozcu.az xəbər verir ki, bunu Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının sammitinin yekunları üzrə qəbul edilmiş bəyanatda qeyd edilib. "Bütün ərəb və islam ölkələrinə qarşı hücuma çevrilmiş bu təcavüz qarşısında Qətər dövləti ilə tam həmrəy olduğumuzu bir daha təsdiqləyirik. İsrailin xain hücumuna cavab vermək, suverenliyini qorumaq və təhlükəsizliyini təmin etmək üçün Qətərə atdığı bütün addımlarda və tədbirlərdə dəstəyimizi ifadə edirik", - mətndə deyilib. Ərəb və islam ölkələri İsrailin regionda yeni status-kvo tətbiq etmək planlarına qarşı çıxmaq barədə razılığa gəliblər.

Rusiya ƏDV-ni artırır – Hücum xalqı soymağa hesablanıb

Rusiya NATO-ya qarşı gələcək potensial münaqişələrdə öyrəndiyi dərsləri tətbiq etmək üçün Alyansın imkanlarını və hücum dronlarının müdaxiləsinə reaksiyasını qiymətləndirməyə çalışır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Kreml böyük bir büdcə kəsiri ilə üzləşir və iqtisadi xərcləri Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləmək üçün bir qurban kimi Rusiya əhalisinə sırıyıb istehlak vergilərini artıra bilər. Məqsəd hərbi maşının maliyyələşdirilməsini azaltmaq əvəzinə, resurs çatışmazlığını kompensasiya etməkdir. Rusiyanın bir sıra hökumət mənbələri ölkənin müxalifət nəşri olan “Bell”ə bildirib ki, hökumət federal büdcənin böyük kəsiri səbəbindən yaxın gələcəkdə əlavə dəyər vergisini 20%-dən 22%-ə qaldırmağı düşünür. ƏDV-ni 22%-ə çatdırmaqla Rusiya hökuməti ildə əlavə olaraq 1 trilyon rubl (təxminən 11,9 milyard dollar) və ya Rusiyanın ümumi daxili məhsulunun təxminən 0,5%-i qədər gəlir əldə edə bilər. Bu vergi artımı Rusiya əhalisini faktiki olaraq vəsaitlərdən məhrum edər, çünki müəssisələr mal və xidmətlərin qiymətini artırmaqla vergi artımlarının çoxunu istehlakçılara ötürürlər”, - məlumatda deyilib.

Boris Conson Stubbla Kiyevdə mübahisə etdi

Finlandiya Prezidenti Aleksandr Stubb Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonla mübahisə edib. Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, hadisə Kiyevdə görüş zamanı olub. Siyasətçilər Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı məsələdə üz-üzə gəliblər. “Finlandiya prezidenti sabiq baş nazirə Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxmasını xatırladıb. Conson isə, Stubbı fəaliyyətsizlikdə və boş sözlərdə ittiham edib”, – “İltalehti” nəşri qeyd edib. Stubb iddia edib ki, Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanətlərindən biri AB-yə üzvlük olacaq. Lakin qarşılığında Conson “İstəklilər Koalisiyası” adlandırılan qurumun yararsız olduğunu və Ukraynaya hərbi kontingent göndərmədiyini deyib. “Bu məsələdə Rusiyanın hətta “veto hüququ” belə var”, – deyə o əlavə edib.

Husilər Təl-Əvivi hipersəs ballistik raketlərlə vurdu

Yəmən husiləri İsrailin paytaxtı Təl-Əvivdə bir neçə hədəfi hipersəs ballistik raketlərlə vurub. Sozcu.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səriya məlumat yayıb. "Raket Qüvvələrimiz hipersəsli kasetli ballistik raketdən istifadə edərək Yaffadakı hədəflərə əməliyyat keçirib. Qəzzadakı qardaşlarımıza dəstək üçün əlavə əməliyyatlar keçirməyə davam edəcəyik", - o bildirib.

Şahzadə Harri gözlənilmədən Kiyevə gəldi - Foto

Britaniya şahzadəsi Harri Kiyevə gözlənilməz səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb. Məlumata görə, səfərin məqsədi müharibədə ciddi yaralanan hərbçilərin reablitasiyasını dəstəkləmək və bu istiqamətdə yeni təşəbbüsləri təqdim etməkdir. “Biz müharibəni dayandıra bilmərik, amma sağalma prosesinə yardım etmək üçün əlimizdən gələni edə bilərik. İnsanları bu müharibənin iştirakçıları ilə empatiya qurmağa sövq etməliyik. Bu səfərin insanların diqqətini yenidən bu reallığa yönəldəcəyinə ümid edirəm”, - Harri bildirib. Şahzadənin sözlərinə görə, o, ilk olaraq Lvovda yerləşən “Superhumans” adlı travma və reabilitasiya mərkəzinin rəhbəri Olqa Rudniyevanın dəvəti ilə səfər barədə düşünməyə başlayıb: “Nyu-Yorkda Olqa ilə rastlaşdım və ona nə ilə kömək edə biləcəyimi soruşdum. O dedi ki, Kiyevə gəlmək ən böyük təsir olacaq. Mən bu səfəri əvvəlcə həyat yoldaşımla və Britaniya hökuməti ilə razılaşdırmalı oldum. Sonra rəsmi dəvət gəldi”.

1297-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1297-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 092 780 hərbçi, 11 177 ədəd tank, 23 266 ədəd zirehli döyüş maşını, 32 668 ədəd artilleriya sistemi, 1 485 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 217 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 341 ədəd helikopter, 61 403 ədəd avtomobil texnikası, 58 467 ədəd PUA, 3 718 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 964 xüsusi avadanlıq itirib.

ABŞ-dan Hindistana şərt: Rus neftindən imtina etsə...

Hindistan Rusiya neftini almağı dayandırdıqdan sonra onunla ticarət sazişi bağlaya bilərik. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Hovard Lutnik CNBC-yə açıqlamasında deyib. "Hindistan ümumən öz bazarını açmalıdır və Rusiya neftini almağı dayandırmalıdır. Düşünürəm ki, onlar Rusiya neftini almağı dayandırdıqda bu həll olunacaq", - deyə o bildirib. Qeyd edək ki, avqustun 6-da ABŞ Hindistana Rusiyadan neft və neft məhsulları alması ilə əlaqədar 25% əlavə rüsum tətbiq edib.

415 PUA, 40 raket... – Rusiyanın bugünkü hücumu

Rusiya Ukraynaya təxminən 415 PUA və 40-dan çox qanadlı və ballistik raketlə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün Teleqram kanalında məlumat yayıb. “Rusiyalıların raketlə adi tikiş sexini vurduğu Xmelnitski vilayətinin Voloçisk bölgəsində hazırda xilasedicilər işləyir. 3 nəfərin yaralandığı bildirilir. Bu, Rusiyanın bugünkü kütləvi zərbələrinin keçirildiyi yerlərdən yalnız biridir: təxminən 415 müxtəlif tipli dron və 40-dan çox qanadlı və ballistik raket... 15 rayonumuz hücuma məruz qaldı. Təəssüf ki, Jitomir vilayətində mərmi atılması nəticəsində bir nəfər həlak olub. Ailəsinə və yaxınlarına başsağlığı verirəm”, - Zelenski bildirib.