Rusiyanın Xəzərə doğru üzən gəmisi məhv edildi

Ukraynanın Xüsusi Təyinatlı Qüvvələri Kareliyada Rusiyanın “Qrad” tipli kiçik raket gəmisinin məhv edilməsi əməliyyatının təfərrüatını açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əməliyyat oktyabrın 4-də yerli vaxtla saat 04:31-də Oneqa su hövzəsində baş verib. Xüsusi təyinatlılar gəmini Baltikdən Xəzər dənizinə doğru hərəkətdə olarkən vurublar. Zərbə gəmiyə ciddi ziyan vurub. “Qrad” Rusiyanın ən yeni gəmilərindən biridir. 2022-ci il dekabrın 29-da Baltik Donanmasına istismara verilib. Gəminin əsas silahı Kalibr-NK raket sistemidir.

Saakaşvili meydan oxudu: Hökuməti darmadağın edəcəyik

Gürcüstan hökumətini geri çəkilməyə məcbur edəcəyik. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib. “İndiyədək cavab gözləyirdik, indi cavab və bütün qərarları biz verəcəyik. İndiyədək xoş niyyətə ümid edirdik, indi möhkəm iradə göstərəcəyik. İndiyədək gücə qarşı vuruşurduq, amma geri çəkilirdik, indi onları geri çəkilməyə məcbur edəcəyik. İndiyədək yığışıb-dağılışırdıq, indi onları darmadağın etmək üçün yığışırıq”, - sabiq prezident bildirib. Mixail Saakaşvili bundan öncə Gürcüstanda inqilabın qaçılmaz olduğunu bəyan etmişdi. Xatırladaq ki, bu gün Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.

Rusiyada təyyarə sərt eniş etdi, pilotlar öldü

Rusiyanın Krasnoyarsk diyarının cənubunda AN-2 təyyarəsinin qəzaya uğraması nəticəsində hər iki pilot ölüb. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, qəzaya uğrayan An-2 təyyarəsi 53 ildir istifadə olunurmuş.

Ukrayna ordusu Rusiyada kimya zavodunu vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Perm diyarındakı Berezniki şəhərinə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Perm diyarının qubernatoru Dmitri Maxonin məlumat yayıb. “PUA hücumu zamanı zavodun işi müvəqqəti dayandırılıb. Hücum nəticəsində yaşayış binasına da zərər dəyib. Binanın sakinləri müvəqqəti yaşayış yeri ilə təmin olunub”, - deyə Maxonin qeyd edib. Şəhərdə “Uralxim” qrupuna daxil olan “Azot” kimya zavodu yerləşir.

Nigeriyada qayıq aşdı: azı 26 nəfər boğuldu

Nigeriyada Kogi ştatında Niger çayında qayığın çevrilməsi nəticəsində azı 26 nəfər boğulub. Sozcu.az xəbər verir ki, bu barədə regional hökumət nümayəndəsi bildirib. Məlumata görə, sərnişinlər Edo ştatındakı bazaa gedərkən onların qayığı çevrilib. Xatırladaq ki, Nigeriyada bədbəxt hadisələrin sayı çayların daşdığı və axınların gücləndiyi yağış mövsümündə artır. Qayıqlar Nigeriyanın kənd yerlərində əsas nəqliyyat vasitəsi olaraq qalır.

ABŞ Putini cəzalandırır: Bu məlumatlar Ukraynaya veriləcək

ABŞ administrasiyası Ukraynaya Rusiyanın enerji infrastrukturlarına zərbələr endirmək üçün kəşfiyyat məlumatları ötürəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. Məlumata görə, bu barədə qərar ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən qəbul edilib. Qərar ABŞ-ın Ukraynaya uzaqmənzilli silahlar vermək imkanını nəzərdən keçirdiyi bir vaxtda verilib: “Yeni addım Ukraynaya neftayırma zavodları, boru kəmərləri, elektrik stansiyaları və digər infrastruktur obyektlərinə zərbələr endirməyi asanlaşdıracaq. Məqsəd Kremlin neft gəlirlərini kəsməkdir”. Bildirilib ki, ABŞ NATO müttəfiqlərinə də Ukraynaya oxşar dəstək göstərmələri üçün müraciət edib.

Avropanın vahid qərarı olmalıdır - Sançesdən təxribat açıqlaması

Avropa misli görünməmiş təhlükəsizlik çağırışı ilə üzləşib. Sozcu.az xəbər verir ki, bunu İspaniya Baş naziri Pedro Sançes deyib. Polşa, Danimarka və Baltik ölkələrindəki təxribatlardan danışan Sançes Avropanın təhlükəsizliyi məsələsində ümumi baxış və vahid qərarın vacibliyini qeyd edib.

Nobel almamaq ABŞ üçün təhqir olar – Tramp

Nobel Sülh Mükafatını almasam, bu, ABŞ üçün böyük təhqir sayılacaq. Mən mükafatı özüm üçün istəmirəm, istəyirəm ki, bu mükafatı ölkəmiz alsın. O, buna layiqdir, çünki belə bir şey heç vaxt baş verməyib. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda yüzlərlə yüksək rütbəli hərbçinin qarşısında çıxışı zamanı səsləndirib. “Nobel mükafatını alacağam? Əsla. Onlar onu heç nə etməyən birinə verəcəklər”, - deyə Tramp bildirib. Nobel Sülh Mükafatının qalibi oktyabrın 10-da açıqlanacaq.

Çexiya rus diplomatların ölkəyə girişini qadağan etdi

Çexiya hökuməti rəsmi akkreditasiyası olmayan Rusiya diplomatlarının və xidməti pasport sahiblərinin ölkəyə girişini qadağan edib. Sozcu.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski özünün X səhifəsində məlumat verib. "Bu gün hökumət Rusiya diplomatlarının və Çexiya tərəfindən milli akkreditasiyası olmayan xidməti pasport sahiblərinin ölkəyə girişini qadağan etdi. Bu tədbir beynəlxalq hava limanlarında tətbiq olunur", - Lipavski bildirib.

1315-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1315-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 110 560 hərbçi, 11 222 ədəd tank, 23 291 ədəd zirehli döyüş maşını, 33 311 ədəd artilleriya sistemi, 1 505 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 224 hava hücumundan müdafiə sistemi, 426 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 63 241 ədəd avtomobil texnikası, 65 303 ədəd PUA, 3 790 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 979 xüsusi avadanlıq itirib.

Ukraynadan uğurlu əməliyyat - Rus qoşunları mühasirəyə düşdü

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski rus bölmələrinin mühasirəyə alındığını bildirib. Sozcu.az xəbər verir ki, o, bu barədə öz Teleqram kanalında bildirib. "Qoşunlarımızın dəqiq planlaşdırılmış və cəsarətli hərəkətləri sayəsində düşmənin bəzi bölmələri mühasirəyə alınıb", - Sırski vurğulayıb. Onun sözlərinə görə, əƏks-hücum əməliyyatı zamanı indiyədək azad edilmiş ərazilərin sahəsi təqribən 175 kvadrat kilometr təşkil edir: "Bundan əlavə, təxminən 195 kvadrat kilometr ərazi təxribat qruplarından təmizlənib". Sırski əlavə təfərrüatları açıqlamayıb.

Ukrayna Rusiyanın bu İES-ni darmadağın etdi

Ukrayna ordusu Belqorod İES-ə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, bu İES Rusiya hərbi sənaye kompleksinə aid müəssisələri enerjilə təmin edirdi.