Rusiya Ukraynada hər gün 1000 nəfər itirir - Rutte

Dekabr ayı ərzində Rusiya Ukraynadakı müharibədə hər gün orta hesabla min nəfər itirib.

Sozcu.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.

“Bəli, dekabr ayında rusların hər gün min nəfər itirdiyi doğrudur. Bu, dekabr ayında 30 mindən çox adam edir”, - o bildirib.

Rutte əlavə edib ki, ağır itkilərə baxmayaraq, Rusiya Ukraynadakı hücumlarını davam etdirir.

Share on Facebook