Qoşunları Donbasdan çıxarmayacağıq - Zelenski

Ukrayna Donbasdan qoşunlarını çıxarmayacaq, çünki bu, ölkənin Silahlı Qüvvələrinin müdafiə xəttinin güclü hissəsidir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Hətta kimsə Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması fikrini dəstəkləsə belə, Putinin davam etməyəcəyinə kim zəmanət verəcək? Heç kim. O, dəfələrlə yalan danışıb, buna görə də biz ona etibar edə bilmərik, biz heç bir halda əraziləri verə bilmərik", - prezident qeyd edib.

Pekində 3 lider bizə qarşı təxribat hazırlayır

Çin sədri Si Szinpin, Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İn ABŞ-a qarşı təxribat hazırlayır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Pekində İkinci Dünya Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd olunmasını şərh edərkən deyib. “Qoy Çin prezidenti və gözəl Çin xalqı gözəl və unudulmaz bayram keçirsin. ABŞ-a qarşı təxribat hazırladığınız zaman Vladimir Putinə və Kim Çen İnə ən səmimi arzularımı çatdırın”, - o bildirib.

Köçəryanla bağlı məhkəmə davam edir

Ermənistanın Antikorrupsiya Məhkəməsində sabiq prezident Robert Köçəryan və digər şəxslərlə bağlı iş üzrə məhkəmə dinləmələri davam edir. Sozcu.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Məlumata görə, məhkəməyə hakim Sarkis Petrosyan sədrlik edir. Müttəhim qismində sabiq prezident Robert Köçəryanla yanaşı, keçmiş müdafiə naziri Seyran Ohanyan, KTMT-nin eks-baş katibi Yuri Xaçaturov və sabiq baş nazir müavini Armen Gevorkyan da iştirak edir. Yerli medianın xəbərinə görə, iş Konstitusiya Məhkəməsinin ittiham maddəsini konstitusiyaya zidd hesab etməsindən sonra dayandırılıb. Lakin qərar şikayət edildiyindən iş Antikorrupsiya Məhkəməsinə ötürülüb.

Ukrayna ordusu bu kəndi azad etdi

Ukrayna ordusu Donetsk vilayətinin Udaçnoye kəndini azad edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Trampdan ölümü haqda yayılan şayiələrə reaksiya

Həyatımda özümü bu qədər yaxşı hiss etməmişdim. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp ölümü haqda yayılan şayiələrə cavab olaraq sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, 2 gün öncə Qərb sosial şəbəkələrində Amerika liderinin mümkün ölümü ilə bağlı şayiələr yayılıb. Səbəb 79 yaşlı prezidentlə bağlı gözlənilməz hallar yaranarsa, dövlət başçısının vəzifələrini öz üzərinə götürməyə hazır olduğunu bildirən vitse-prezident J.D.Vensin sözləri olmuşdu.

Rusiyanın yay hücumu nəticəsiz başa çatdı - Ukrayna

Rusiya Baş Qərargahının 2025-ci ilin yaz-yay kampaniyasının nəticələri barədə açıqladığı hesabat yalandır və bu kampaniya praktiki olaraq nəticəsiz başa çatdı. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından bildirilib. “O hesabat xəyalpərəstliyi reallıq və açıq yalan kimi ötürmək cəhdlərinə əsaslanır. Üç il yarım davam edən genişmiqyaslı təcavüzündən sonra Kremlin son mövsümi hücum kampaniyası praktiki olaraq heç bir nəticə vermədi. Gerasimovun açıqlamalarına baxmayaraq, rus qoşunları heç bir böyük şəhərə tam nəzarət edə bilməyib. Bununla belə, ilin əvvəlindən Xarkov, Luqansk və Donetsk vilayətlərindəki mənasız döyüşlərdə ruslar 210 minə yaxın əsgərini itirib”, - məlumatda qeyd olunub.

ABŞ-dan Ukraynaya böyük dəstək: Bu silahları verir...

ABŞ rəsmiləri Ukraynaya "Starlink" peyk rabitəsi xidmətlərinin göstərilməsinin davam etdiriləcəyini təsdiqləyiblər. Qeyd olunub ki, Kiyevə şəbəkənin işləməsi üçün zəruri avadanlıqların satılması da planlaşdırılır. Sozcu.az xəbər verir ki, ABŞ Dövlət Departamenti xidmətlərin dəyərinin təxminən 150 milyon dollar olduğunu açıqlayıb. Bununla yanaşı, Vaşinqton Ukraynaya uzaqmənzilli silahların tədarükünü də davam etdirəcək. Dövlət Departamenti əlavə olaraq Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün ehtiyat hissələrinin satışını da təsdiqləyib. Bu razılaşmanın dəyəri təxminən 180 milyon dollar təşkil edir.

Hərbi müxbirlər fəryad edir: Rusiya artıq qoruya bilmir...

Rusiya neft emalı zavodlarına hücumlar inflyasiyanı sürətləndirəcək və Rusiyada iqtisadi vəziyyəti daha da pisləşdirəcək. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Məlumata görə, Rusiya hərbi müxbirləri artıq problemlə bağlı fəryad edir: “Onlar vətəndaşların artıq hiss etməyə başladığı benzin qiymətlərinin artmasının nəticələrindən danışmağa başlayıblar. Arxa cəbhədəki hədəflərə zərbələr Rusiya üçün ən ağrılı məsələlərdən biri olaraq qalır və eyni zamanda hakimiyyətin kritik infrastrukturu qorumaq qabiliyyətinə inamı sarsıdır. Rusiya informasiya məkanı ölkə rəhbərliyini hərbi infrastrukturları Ukraynanın PUA zərbələrindən qoruya bilməməkdə ittiham edir. Ukraynanın uzaq mənzilli pilotsuz təyyarələri bu ağrılı nöqtəyə zərbələr endirməkdə davam edir”.

Tramp Putini hədələdi: Müharibə olacaq

“Əgər Rusiya Prezidenti Vladimr Putin Ukrayna prezidenti Volodimr Zelenski ilə sülh danışıqlarına doğru irəliləyişə getməsə, Rusiya ciddi iqtisadi cəzalarla üzləşə bilər”. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. O, Rusiyaya xəbərdarlıq edib: “Bu, dünya müharibəsi olmayacaq, amma iqtisadi müharibə olacaq. Və bu iqtisadi müharibə pis olacaq. Rusiya üçün pis olacaq və mən bunu istəmirəm”. Bloomberg-in məlumatına görə, Tramp, münaqişə uzandığı təqdirdə “çox ciddi” nəticələr olacağını bildirib. Ondan soruşublar ki, Putinə qarşı sanksiyaları tətbiq etməzdən əvvəl nə qədər vaxt verməyə hazırdır. Tramp cavabında deyib: “Əgər bunu etməli olsam, ağlımdakı şey çox ciddidir”.

Rusiyada partlayış olub, ölən və yaralananlar var

Rusiyanın Perm diyarında dəmir yolu sisternlərinin planlı işlərə hazırlanması zamanı qaz-hava qarışığının partlaması nəticəsində bir nəfər həlak olub, iki nəfər xəsarət alıb. Sozcu.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Perm diyarının Dövlət Əmək Müfəttişliyi məlumat yayıb. "Dəmir yolu sisternlərinin planlı təmirə hazırlanması zamanı qaz-hava qarışığı partlayıb. Hadisə nəticəsində ağır dərəcəli yanıq xəsarəti almış üç işçi xəstəxanaya yerləşdirilib, onlardan biri tibb müəssisəsində vəfat edib", - qurumdan bildirilib. Dövlət Əmək Müfəttişliyinin təhqiqat materialları təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli üçün istintaq orqanlarına göndəriləcək.

Merz Rusiyanı hədələdi: Sanksiyalar artacaq...

Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutmasa, Avropa və ABŞ antirusiya sanksiyalarını artıracaq. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz deyib. “Biz, yəni avropalılar və amerikalılar birlikdə Zelenski ilə Putin arasında görüşün iki həftə ərzində baş tutacağına ümidimizi ifadə etdik. Əgər belə görüş baş tutmasa, məsələ yenidən bizim tərəfimizə keçəcək. O zaman bu mövzunu yenidən müzakirə edəcəyik. Bu müzakirələr Rusiyaya qarşı təzyiqi artırmaq üçün keçiriləcək”, - Merz bildirib.

Ukrayna artıq Pentaqondan icazə istəmir: Rusiyanı bu raketlərlə vurur

Ukrayna ABŞ-dan aldığı silahlarla bağlı məhdudiyyətlər görə, Rusiyaya qarşı cavab hücumlarında yerli istehsal olunan raketlərdən istifadə etməyə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat yayıb. “Biz aqressiv Rusiyaya cavab verəndə artıq Pentaqondan icazə istəmirik. Çünki artıq Amerika istehsalı olan raketlərdən istifadə etmirik. Öz pilotsuz raketlərimizdən yararlanırıq", - deyə o bildirib. Qeyd edək ki, Ukrayna bu yaxınlarda ardıcıl, “Neptun” və “Flamingo” adlı iki ədəd yeni raket hazırladığını elan edib.