Ötən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Volqoqrad vilayətindəki neft anbarına, eləcə də işğal altında olan ərazilərdəki bir neçə hədəfə zərbə endirib.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya ordusunun hücum imkanlarını azaltmaq tədbirləri çərçivəsində yanvarın 9-dan 10-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Volqoqrad vilayətinin “Jutovskaya” neft anbarına zərbə endirib.
Baş Qərargah Rusiya ordusunun bölmələrini yanacaqla təmin edən hədəfin vurulduğunu və zərərin miqyasının müəyyən olunduğunu qeyd edib.
Həmçinin vurğulanıb ki, Zaporojye bölgəsində Rusiya ordusunun 19-cu motoatıcı diviziyasının bölməsinə məxsus dron anbarına və Donetsk vilayətinin Pokrovsk rayonunun yaxınlığındakı dronları idarəetmə məntəqəsinə zərbələr endirilib.
