Prezidentlər Volodimir Zelenski və Donald Tramp dünya liderlərinin Davos görüşündə Ukraynanın rifahı və müharibədən sonrakı yenidənqurma ilə bağlı 800 milyard dollarlıq müqavilə imzalamağı planlaşdırırlar.
Sozcu.az xəbər verir ki. bu barədə "The Telegraph" qəzetinin məlumatında bildirilib.
Nəşrin mənbələrinə görə, Ukrayna prezidenti həm iqtisadi rifah planını, həm də müharibədən sonrakı təhlükəsizlik zəmanətləri ilə bağlı müqaviləni yekunlaşdırmaq üçün gələn həftə Ağ Evə getməyə ümid edirdi."Lakin, "könüllülər koalisiyası"ndan olan avropalı tərəfdarları onu səyahət etməkdən çəkindirdilər və Trampla görüş üçün daha uyğun alternativ kimi Dünya İqtisadi Forumunu təklif etdilər. Rəsmilər bildiriblər ki, plan görüşdən Rusiya ilə müharibəyə son qoymaq təklifinin əsas hissəsi olan iqtisadi müqaviləni yekunlaşdırmaq üçün istifadə etməkdir", - məqalədə deyilir.
Məlumata görə, prezidentlər Donald Tramp və Vladimir Zelenski sözügedən sazişi 19-23 yanvar tarixlərində Davosda keçiriləcək Dünya İqtisadi Forumunda imzalaya bilərlər.
"Rifah planı" Ukraynanın bərpası və iqtisadi dirçəlişi üçün 10 il ərzində təxminən 800 milyard dollar cəlb etməyi hədəfləyir. Buraya kreditlər, qrantlar və özəl şirkətlərdən investisiyalar daxildir.
