Ukrayna müharibənin 1417-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 217 810 hərbçi, 11 530 ədəd tank, 23 882 ədəd zirehli döyüş maşını, 35 908 ədəd artilleriya sistemi, 1 597 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 269 hava hücumundan müdafiə sistemi, 434 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 73 510 ədəd avtomobil texnikası, 103 414 ədəd PUA, 4 155 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 039 xüsusi avadanlıq itirib.
