Ukrayna Prezidcenti Vladimir Zelenski ABŞ Prezidenti Trampla görüşdən əvvəl Avropa liderləri ilə danışıb.
Sozcu.az xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat verib.
“Hazırkı diplomatik irəliləyişimizi müzakirə etdik. Ukrayna bütün dəstəyə görə minnətdardır. Prezident Trampla görüşümüzdən sonra sabah söhbətimizi davam etdirəcəyik”, - Zelenski bildirib.
Qeyd edək ki, bu gün Floridada ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçiriləcək.
