Bu çimərliklərə getməyin! - SİYAHI

2023-cü ilin yay mövsümünə hazırlıqla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə Bakı və Sumqayıt şəhərləri, respublikanın Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsulları tətbiq etməklə monitorinqlər keçirilib. Sozcu.az xəbər verir ki, laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu aşkarlanıb. Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonu Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda respublikanın sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinin qumsallıqlarında rekreasiya əhəmiyyətli monitorinqlər keçirilib. Aparılmış monitorinqlər zamanı həmin ərazilərdən götürülmüş dəniz suyu nümunələrinin laborator təhlillərinə əsasən, dənizin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib. 2023-cü ilin çimərlik mövsümündə dəniz suyunun yüksək bakterioloji çirklənmə göstəricilərinin əhalinin sağlamlığı üçün təhlükə yaratdığını nəzərə alaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Səbail rayonunun Şıx, Qaradağın Sahil, Suraxanının Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib. Hazırda çimərliklərdə dəniz suyunun laboratoriya müayinə üsullarının tətbiqi ilə nəzarət tədbirləri davam etdirilir. Monitorinq nəticələri ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

Hərbçimiz özünü buna görə öldürüb

DSX hərbçisi Rahil Əhmədovun intihar səbəbi məlum olub. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalar nəticəsində onun ailə-məişət problemi səbəbindən canına qəsd etdiyi müəyyənləşib. Hazırda faktla bağlı araşdırma davam edir. Qeyd edək ki, R.Əhmədov iki gün öncə odlu silahdan özünə atəş açaraq, intihar edib.

Trampı məxfi sənədlərə görə 400 ilə qədər həbs gözləyir

ABŞ hakimiyyəti keçmiş ABŞ prezidenti Donald Tramp və onun köməkçisi Uolt Nautanı 38 məxfi sənədi düzgün saxlamamaqda ittiham edib. İttiham aktından belə çıxır ki, Trampa qarşı mümkün cəza sanksiyalarının əlavə siyahısında 37, köməkçisinə münasibətdə isə 6 bənd göstərilir. Sozcu.az xəbər verir ki, bundan əlavə, təqsirləndirilən şəxslər yalançı şahidlik və cinayət razılaşmasına ittiham olunurlar. TASS-ın məlumatına görə, Trampa qarşı irəli sürülən ittihamlar arasında uzun müddət - ümumilikdə 400 ilə qədər həbs, həmçinin cərimələr var. Eyni zamanda, Trampa qarşı irəli sürülən ittihamların heç biri minimum həbs müddəti və ya minimum cəriməni nəzərdə tutmur. Bununla belə, Trampa qarşı irəli sürülən ittihamlar arasında dövlət vəzifələrində işləməyə qadağa şəklində sanksiyalar daxil deyil. Beləliklə, Trampın prezidentliyə seçilmək və bu vəzifəni tutmaq hüququ var. İttihamnamədə qeyd olunduğu kimi, Tramp gizli sənədləri saxlayıb, o sənədlər arasında həm də ABŞ-ın nüvə proqramları ilə bağlı məlumatlar da var.

Bakı sakininin bank hesabından pul oğurlandı

Bakı sakininin bank hesabından pul oğurlanıb. Sozcu.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Nərimanov Rayon Polis idarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 1100 manatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Valeh Qənbərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Ramiz Mehdiyevin xanımının şirkəti yenidən məhkəmə qarşısında

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin xanımı Qalina Mehdiyeva ilə ona məxsus “Fireland Vineyards” MMC-nin qanuni təmsilçisi Elmar Səidov arasında məhkəmə çəkişməsi davam edir. Sozcu.az xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir. Birinci instansiya məhkəməsinin qərarından şikayəti Elmar Səidov verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Raqib Qurbanovun sədrliyi ilə baxılacaq. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi də bu iş üzrə maraqlı şəxs qismində çıxış edir. Bu da səbəbsiz deyil. Çünki “Fireland Vineyards” MMC-nin hazırda 20 220,31 manat vergi borcu var. Elmar Səidovla Qalina Mehdiyeva arasında məhkəmə çəkişməsi 2021-ci ildən davam edir. Həmin ilin yanvarında Elmar Səidov Bakı Kommersiya Məhkəməsində Qalina Mehdiyeva və “Fireland Vineyards” MMC barədə iddia qaldırıb. İddiaya hakim Aytən Əliyevin sədrliyi ilə baxılıb. Nəticə barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Lakin Elmar Səidovun apellyasiya şikayəti verməsi onun iddiasının təmin olunmadığını söykəməyə əsas verir. Onu da qeyd edək ki, həmin vaxt “Fireland Vineyards” MMC-nin 128 767,72 manat vergi borcu olub./Qaynarinfo.az

Övladlarımızın danışığında qüsur olmaması üçün nə etməliyik?

Uşaqlarda ekspressiv və reseptiv olmaqla, iki cür nitq formalaşır. Bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 5 nömrəli Uşaq Poliklinikasının baş həkiminin müavini Sevinc Abbasova deyib. Həkimin sözlərinə görə, ekspressiv nitq uşağın ifadə dilidir: “Onlar məhz ekspressiv nitq vasitəsilə istəklərini dilə gətirirlər. Reseptiv nitq isə anlama dilidir. Yəni uşaqlar reseptiv nitq vasitəsilə deyilənləri anlayırlar. Uşaq bir yaşında məna ifadə edən bir söz deyə bilirsə, həmçinin ona deyilən və hərəkət ifadə edən (gəl, al, dayan, oyna və s.), eyni zamanda, əşyaların adlarını deyəndə başa düşürsə, bu norma hesab edilir. Təxminən, iki yaş civarında məna kəsb edən altı söz bilməlidir. İstədiklərini başa salmaq üçün sözlərdən və jestlərdən istifadə etməlidir. 36-42 aylığında (üç yaş civarında) dörd sözdən ibarət cümlələr qurmalı, baş verənləri və ya qısa hekayələri ifadə etməlidir”. Uşaq sadalanan formada sözlər demirsə və fikrini ifadə edə bilmirsə, ilk növbədə onların eşitmə qabiliyyətini yoxlamaq lazımdır: “Ola bilər ki, uşaq eşitmir və ona görə də, danışmır. Üç yaşına qədər danışa bilmirsə, həmçinin eşitməsində heç bir problem yoxdursa, o zaman uşaqlar nevropatoloq və psixiatrlar tərəfindən yoxlanılır. Spektr, autizm olub-olmaması dəqiqləşdirilir. Uşağın kimlərlə kontaktda olması kimi amillər onların nitqinin inkişafında rol oynayan əsas məqamlardır. Bəzən uşaqların danışığı zamanı səsləri düzgün tələffüz etməmələri hallarına da rast gəlinir. Üç-dörd yaşına qədər belə hal olarsa, bu normal qəbul edilir. Amma məktəb yaşına qədər bu hal düzəlməlidir. Əgər bu proses davam edərsə, uşaqla loqoped məşğul olmalıdır. Nitqin düzgün olmamasına səbəb olan amillərdən biri də ağız boşluğunda hər hansı qüsurların olmasıdır”. 16 nömrəli Uşaq Poliklinikasının həkim-pediatrı Sevinc Vəliyeva bildirib ki, uşaqları yedirəndə və ya digər vaxtlarda onlara telefon, planşet və digər texnoloji avadanlıqların əvəzinə rəngli şəkillər, quşlar, heyvanlar, təbiət aləmini əks etdirən görüntülər olan kitablar vermək lazımdır: “Valideyn kitabı vərəqləyərək, orada göstərilən cisimləri tələffüz etməlidir. Həmin sözlər uşaqların beynində formalaşmalıdır. Bir yaşında uşaq bir neçə sadə və rahat tələffüz olunan sözlər deməlidir. Məsələn, ana, ata, nənə, baba və s. Artıq iki yaşına qədər uşaqlar 10-a yaxın rahat tələffüz edilən sözlər deməlidir. İki yaşında isə iki sözdən ibarət sadə cümlələr qurmalıdır. Məsələn: “çay istəyirəm”, “gəl, gedək” kimi və s. Üç yaşında uşaqlar nisbətən daha mürəkkəb cümlələr qurmağı, həmçinin saymağı və rəngləri seçməyi bacarmalıdırlar. 4-5 yaşında isə dörd-beş sözdən ibarət cümlələr qurmalıdırlar”. Həkim-pediatr vurğulayıb ki, uşaqların inkişaf mərhələləri düzgün olarsa, məktəbə gedən zaman həm dərsləri qavrama, həm də fikirlərini daha düzgün ifadə etmək qabiliyyəti də inkişaf edəcək. “Nitq qüsurlarının müalicəsi həm loqoped və psixoloqların iştirakı ilə aparıla bilər. İrəliləyən yaşlarda nitq geriləmələri və digər qüsurlar qaldıqda, dərman müalicəsi ilə də bunun qarşısını almaq mümkündür”./Oxu.az

VOMA terrorçuları sərhədimizdə mövqe tikir

Erməni terror təşkilatı olan VOMA (Voxj Mnalu Arvest – Sağ qalmaq sənəti) sərhədimizdə yeni mövqelər, sığınacaqlar, atəş nöqtələri inşa edir və onların tikintisini maliyyələşdirir. Sozcu.az xəbər verir ki, bununla bağlı terror təşkilatının Teleqram səhifəsində görüntü və məlumat paylaşılıb. Məlumatda bir atəş nöqtəsinin tikintisinin 2300 dollara başa gəldiyi bildirilib və əhaliyə yardım etməsi üçün çağırış edilib.

Ermənilər Laçın və Şuşanı atəşə tutdu

İyunun 7-si saat 22:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İyunun 8-i saat 07:40-da isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Ermənistan iki vətəndaşmızı qaytarmaqdan imtina edir

Ermənistan hökuməti iki Azərbaycan vətəndaşına qarşı işgəncə və ləyaqəti alçaldan rəftarın lazımi şəkildə araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək əvəzinə, onları uydurma ittihamlarla vətənə qaytarmaqdan imtina edir. Sozcu.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq və konstruktiv dialoqa açıq olmaqla yanaşı, beynəlxalq hüququn pozulmasına göz yummayacaq və beynəlxalq səviyyədə müvafiq addımlar atmaqda davam edəcək: "Xüsusilə, Azərbaycan Ermənistanın beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozduğuna görə cavab verməsi, cəzalandırılmamış bənzəri olmayan cinayətlərinin günahkarlarını cəzalandırmaq və məsuliyyətə cəlb etmək üçün məhkəmə prosesləri başlatmışdır. Hesabatlılıq və təzminat qurbanların hüquq və mənafelərinin təmin edilməsinə xidmət etsə də və törədilmiş hüquqpozmaların qaçılmaz nəticəsi olsa da, onlar həm də mühüm qabaqlayıcı vasitədir və münaqişədən sonrakı həqiqi normallaşma və barışıq yolunda əsas ilkin şərtlərdən biridir. Azərbaycan səmimiyyətlə inanır ki, Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmətinə əsaslanan münasibətlərin normallaşdırılması regionda davamlı sülh və sabitliyin təmin olunmasının yeganə yoludur. Biz normallaşma gündəmini birbaşa ikitərəfli danışıqlar yolu ilə irəli sürməkdə qətiyyətli və əzmliyik. Bu səydə biz həm də sülhsevər və firavan Cənubi Qafqaz məqsədi daşıyan beynəlxalq tərəfdaşlarımızın ədalətli və qərəzsiz dəstəyinə və yardımına arxalanırıq".

Ən çox bu rayon minadan təmizlənib təmizlənib

Minaların təmizlənməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında mühüm rol oynayır.  Sozcu.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda beynəlxalq tədbirdə bildirib.  Yenidənqurma işlərinin birinci mərhələsində kiçik ərazilərin bərpası layihələrinin həyata keçirildiyini vurğulayan E.Hüseynov daha sonra iri şəhərlərin bərpasının nəzərdə tutulduğunu qeyd edib. Bildirilib ki, indiyədək Ağdamın ərazisinin 30 faizə yaxını, Füzuli ərazisinin 27 faizi, Xocalının 15,8 faizi, Xocavəndin 5,3 faizi minalardan təmizlənib.  Xüsusi nümayəndə diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabrından sonra dəmir yolu xətləri çəkilib, beynəlxalq hava limanları tikilib. 

Azərbaycanda bu yollar bağlandı

Qeyri-sabit hava şəraiti nəticəsində gecə saatlarında Qax rayonunun ərazisində bir neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilir ki, güclü külək və yağış nəticəsində Şəki-Qax, Qax-Zaqatala və Qorağan-Qax avtomobil yollarında bir neçə ərazidə ağacların yollara aşması nəticəsində hərəkət məhdudlaşıb. Bundan başqa rayonun İlisu kəndi ərazisində sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub. Görülən tədbirlər nəticəsində yollar boyunca hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Rusiya və “kuklaları”nı məsuliyyətə cəlb edəcəyik

Kaxovka SES-də baş verən partlayışın məsuliyyətini Rusiya və onun “kuklaları” daşıyır. Sozcu.az xəbər verir ki, bunu AB Şurasının Prezidenti Şarl Mişel deyib. Mişel bildirib ki, sözügedən hadisəyə görə şokdadır: “Mülki infrastrukturun məhv edilməsi açıq şəkildə müharibə cinayəti kimi təsnif edilir və AB Rusiyanı və onun “kukla”larını məsuliyyətə cəlb edəcək”.