AB ABŞ və Çinə qarşı yeni ittifaq yarada bilər - Çağırış

Bir qrup Avropa Parlamentinin üzvü ABŞ Prezidenti Donald Tramp və Çinin ticarət siyasətinə həddindən artıq təzyiq göstərməsinin qarşısını almaq üçün AB liderlərini Yaponiya, Kanada və Cənubi Koreya ilə ticarət razılaşması əldə etməyə çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb. "Artıq çəkindirmə yalnız hərbi deyil, həm də iqtisadi məsələdir. Geosiyasi gərginlik dövründə AB sammitindən əvvəl liderlərlə görüşümüzdə yeni bir ittifaq formatı üçün təzyiq göstərəcəyik”, - bunu "Yenilənmiş Avropa" qrupunun prezidenti Valeri Qayer bildirib.

İmtahanlarla bağlı problem davam edir: Nəticələrin ləğvi mümkündürmü?

Bu il martın 9-da və 15-də keçirilmiş buraxılış imtahanları cəmiyyətdə geniş etirazlara səbəb olub. Sosial şəbəkələrdə çoxlu sayda “Suallar çox çətin idi”, “Vaxt az idi” kimi paylaşılan statuslara minlərlə şərhlər yazılıb. Əksər istifadəçilər imtahan suallarının çətinliyini, anlaşılmazlığını, qəlizliyini vurğulayıblar. Dövlət İmtahan Mərkəzi (DİM) isə etirazları qəbul etmədiyini bildirib. Rəsmi açıqlamalara görə, testlərdə sadə, orta və çətin sualların nisbəti nəzərdə tutulub və imtahan müddəti əvvəlki illərdən fərqlənmir. DİM doğru qiymətləndirməni yalnız statistik təhlil və əvvəlki illərlə müqayisədən sonra verəcəyini bildirib. Azərbaycan dili dərsliklərinin həmmüəllifi, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov isə hesab edir ki, çətin sualların sayı çox olsa da, problem sualların məzmununda deyil, onların formalarındadır. O “Pressklub.az”a müsahibəsində bildirib ki, adi bir biliyi yoxlamaq üçün sual elə tərtib olunub ki, şagird uzun müddət onun üzərində düşünməli olur. Bəlkə də həmin suallar DİM-in test bazasında “asan” və ya “orta çətinlikli” kimi şifrələnib. Lakin Rafiq İsmayılov vurğulayıb ki, forma qəlizliyi qiymətləndirməni düzgün aparmağa mane olur: “Şagird biliyə malik olsa da, sualın ifadəsi bu biliyi nümayiş etdirməyə imkan vermir”. Forma qəlizliyi barədə danışan Rafiq İsmayılov bildirib ki, DİM testlərində tətbiq olunan “klaster” və “Venn diaqramı” modelləri çox zaman dörd komponentdən ibarət olur: şərt, sxem və ya diaqram, sadalanan xüsusiyyətlər və cavab variantları. O deyib ki, bəzən sualların şərti aydın ifadə olunmur və onları bir neçə dəfə oxumaq lazım gəlir. Bundan başqa, testlərdə çox vaxt yanlış cavabı tapmaq tələb olunur ki, bu da çətinliyi artırır. Hətta “Doğru–yanlış–ehtimal” modelində yanlış cavab “yanlış” sütununda verilir, şagird isə onu doğru cavab kimi götürməlidir. Rafiq İsmayılov bildirib ki, Azərbaycan dili imtahanında dil qaydalarının hazırkı qiymətləndirmə konsepsiyası “mənəvi qocalıq” dövrünü yaşayır: “Məzmun baxımından testlər 25 il əvvəlki testlərdən fərqlənmir. Fərq yalnız forma və sual modellərindədir”.  O deyib ki, müasir dil tədrisinə görə, dil qaydaları yazı bacarığını formalaşdırmağa xidmət etməlidir, amma son illərdə DİM testlərində akademik biliklər prioritet götürülüb. Onun sözlərinə görə, builki imtahanda on sualdan yalnız biri dil qaydalarının nitqdə tətbiqini yoxlayır, qalanları akademik biliklə bağlıdır. Oxu bacarığı ilə bağlı Rafiq İsmayılov bildirib ki, problem mətni uzunluğu deyil, test tərtibçilərinin mətndə çoxlu müdaxilələr etməsidir: qrafik kodlar, kvadratlar, üçbucaqlar, cümlə və abzasların çərçivədə verilməsi, fərqli şriftlər və s.  O qeyd edib ki, bu müdaxilələr şagirdin fikrini yayındırır və mətni rahat oxumağa mane olur. Rafiq İsmayılov deyib ki, mətni dil-üslub baxımından təkmilləşdirmək yazı bacarığını yoxlayan ayrıca sual kimi tətbiq olunmalıdır. Rafiq İsmayılov bildirib ki, DİM ekspertləri tədris proqramı və dərslik materialları çərçivəsində işləyir və hər bir test sualının uyğunluğu yoxlanılır.  O deyib ki, uyğunsuzluq qiymətləndirmədə nəyə üstünlük verilməsindən yaranır: “Akademik bilikləri yoxlamaq peşə yönümlü şagirdlər üçün lüzumsuzdur”.  Onun sözlərinə görə, təhsil hələ də imtahanyönümlüdür və dərsliklərlə imtahan metodikası qarışdırılır. Bəzən müəllimlər dərslikləri kənara qoyub DİM vəsaitləri ilə şagirdləri imtahana hazırlaşdırır, halbuki dərsliklər şagirdin şəxsiyyətyönümlü inkişafı üçün vacibdir. Rafiq İsmayılov deyib ki, dünya təcrübəsi göstərir ki, təhsil verən və qiymətləndirən qurumlar ayrı olmalıdır, lakin əməkdaşlıq təhsilin inkişafı üçün faydalıdır. O bildirib ki, Azərbaycan dilində mətnlərin mürəkkəblik dərəcəsini ölçən meyarlar müəyyənləşdirilməli, şagirdlərin söz ehtiyatı və oxuyub-anlama sürəti barədə məlumatlar hazırlanmalıdır. Onun sözlərinə görə, görüləcək işlər çoxdur və bütün qurumlar təhsilin inkişafını prioritet kimi qəbul etməlidir.

Qazaxıstanda referendum KEÇİRİLİR

Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumunda səsvermə başlayıb. Sozcu.az xəbər verir ki, ölkədəki əksər seçki məntəqələri yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam saat 20:00-a qədər fəaliyyət göstərəcək. Mərkəzi Referendum Komissiyası daha əvvəl ilk seçki məntəqələrinin Qazaxıstanın Yaponiyadakı diplomatik nümayəndəliyində açıldığını bildirib. Qazaxıstanın özündə, o cümlədən hərbi bazalarda bəzi xüsusi seçki məntəqələri səhər saat 6:00-da açılıb. Seçki günü ölkə daxilində 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir, daha 71 məntəqə isə xaricdə, 54 ölkədə Qazaxıstan səfirliklərində və konsulluqlarında açılıb. Referendum siyahılarına ümumilikdə 12,4 milyondan çox insanın adı əlavə edilib.

Məhkəmə Kamran Əsədovla bağlı qərar verdi

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Sozcu.az məlumat verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kamran Əsədovun vəkili müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib. O, Kamran Əsədovun səhhəti ilə bağlı qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Müdafiəçi bildirib ki, Kamran Əsədovun həbsdə qalması üçün heç bir səbəb yoxdur, bu işdə abituriyent və valideynlər də məsuliyyət daşıyır. Məhkəmə vəsatəti təmin etməyib. Proses aprelin 9-da davam etdiriləcək. Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.Xatırladaq ki, Kamran Əsədov yanvarın 23 də keçirilən məhkəmə prosesinin gedişində həbs olunub.(APA)

İran XİN Müctəba Xameneinin yaralandığını təsdiqlədi - Təcili

İranın yeni ali rəhbəri Müctəba Xameneinin ABŞ-İran aviazərbələri nəticəsində yaralandığı təsdiqlənib. Sozcu.az xəbər verir ki. bu barədə İran XİN-dən bildirilib. Məlumatda Müctəba Xameneinin özünü yaxşı hiss etdiyi də vurğulanıb. Qeyd edək ki, bundan öncə ABŞ və İsrailin 28 fevralda İranın mərhum ali rəhbəri Əli Xameneinin iqamətgahına hücum zamanı Müctəba Xameneinin də ağır yaralandığı, hətta süni tənəffüs aparatına qoşulduğu bildirilirdi. Bu məlumat rəsmən təsdiqlənməmişdi. Sözügedən hücumda Əli Xamenei ilə bərabər, gəlini, kürəkəni, nəvəsi və xanımı da həlak olub.

İranda hərbi əməliyyat 4-6 həftə davam edə bilər

Vaşinqton administrasiyası ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının 4-6 həftə davam edəcəyini ehtimal edir. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib. “Mən prezident Donald Tramp demədən heç bir müddətlə bağlı məlumat verməyəcəm. Qeyd edim ki, prezident Trampın əvvəllər də qeyd etdiyi kimi, əməliyyatların məqsədlərinə təxminən dörd-altı həftə ərzində nail olunacağını gözləyirik”, - Livitt deyib.

Pakistan Əfqanıstanda itkilərin 489-a çatdığını açıqlayıb

Pakistan ordusu ilə toqquşmalarda həlak olan əfqan əsgərlərinin sayı azı 489-a çatıb, 696-dan çoxu isə yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar öz “X” hesabında məlumat verib. Onun sözlərinə görə, əməliyyatların başlanğıcından bəri Pakistan ordusu 226 Əfqanıstan nəzarət məntəqəsini məhv edib və daha 35-ni ələ keçirib. Hərbi Hava Qüvvələri isə qonşu ölkədəki 56 hədəfə zərbə endirib. Bundan əlavə, Pakistan Silahlı Qüvvələri 198-dən çox düşmən zirehli texnikasını zərərsizləşdirib. Əfqanıstan Müdafiə Nazirliyi isə Pakistanın itkilərinin 150 nəfər olduğunu, 200-dən çoxunun yaralandığını açıqlayıb. Nazirlik Pakistanla münaqişə zamanı 28 əfqan hərbçisinin öldüyünü və daha 42 nəfərin yaralandığını bildirib.

Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 6. Koroğlu Rəhimov küçəsi, Akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 7. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 9. Fətəli xan Xoyski prospekti, "Gənclik" metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində; 10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 11. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində; 12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 13. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 14. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 15. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 16. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 17. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 18. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində; 19. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 20. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 21. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində; 22. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Naxçıvanda 3 tiktokçu cəzalandırıldı

Naxçıvanda “TikTok”da qeyri-etik paylaşımlara görə daha 3 nəfər saxlanılıb. Sozcu.az xəbər verir ki, sosial şəbəkədə ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 29 yaşlı V.Mahmudova, 23 yaşlı L.Əliyeva və 29 yaşlı S.Həsənovadır. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Müvafiq qərarlarla V.Mahmudova və L.Əliyeva 10 gün müddətinə inzibati qaydada həbs olunub, S.Həsənova isə 750 manat cərimə edilib.

Qurban Yetirmişli: Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb

Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb. Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli deyib. “Fevralın 27-si 4,7 maqnitudalı zəlzələ baş verəndə ocaqda gərginliyin çox olması bizi narahat edirdi. Lakin bir neçə gündür qırılma boyu xırda təkanlar davam edir. Bu, əslində çox yaxşı haldır. Ocaqda gedən gərginliyin boşalmasına kömək edir. Enerji boşalması güclü, dağıdıcı zəlzələ olması ehtimalını aradan qaldırır. Həmin zəlzələdən sonra qeydə alınan təkanlardan bir neçəsi hiss edildi. Xırda təkanlar gərginlik boşalması seysmik fon səviyyəsinə enənənə qədər davam edəcək. Əhalini narahat olmamağa səsləyirəm”, - deyə Q.Yetirmişli bildirib.Azərtac

İctimai nəqliyyatda təqaüdçü və tələbələrə güzəştlər təklif olunur

Xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunması təklif edilir. Sozcu.az xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb. Eyni zamanda Bakı şəhərində ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması, bununla da şəhər mərkəzinə şəxsi avtomobillərin axınının minimuma endirilməsi məqsədilə müasir standartlara cavab verən avtobusların sayının artırılması (o cümlədən, say tutumu çox olan ikimərtəbəli avtobusların alınması məsələsinə baxılması), intensivlik nəzərə alınaraq intervalların minimuma endirilməsi (bəzən bu müddət 10-20 dəqiqədən artıq olur), sürücülərin peşəkarlıq səviyyəsinə və etik davranış qaydalarına riayət etmələrinə nəzarətin gücləndirilməsi, hava şəraitinə uyğun olaraq avtobuslarda havalandırmanın mütləq qaydada təmin edilməsi (avtobuslarda nəfəslik və pəncərələrin açılmaması, eyni zamanda havalandırma sisteminin qoşulmaması sərnişinlərin sıx olduğu vaxtlarda, hətta havaların soyuq keçməsinə baxmayaraq "havasızlıqla bağlı haqlı narazılığa səbəb olur), habelə avtobuslara minib-enmə qaydalarının sıxlıq vaxtı avtobusların və sərnişinlərin kifayət qədər gecikməsinə səbəb olduğunu nəzərə alaraq həmin qaydaların təkmilləşdirilməsi istənilir.

Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanı öz ərazisində yerləşən ABŞ hərbi bazalarına qarşı növbəti hücumlar olacağı təqdirdə İrana hərbi cavab verəcəyi barədə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Qeyd edilib ki, İran səfiri Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyinə çağırılıb və növbəti hücumlar olacağı təqdirdə hərbi cavab veriləcəyi barədə xəbərdarlıq edilib.