Avropanın Ukrayna üçün sülh planı: 3 əsas bənd...

Avropa artıq Trampın sülh planına əks təkliflərini hazırlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, avropalılar Cenevrəyə 3 əsas maddə ilə yollanıblar:

1. Ukrayna Silahlı Qüvvələrinə məhdudiyyət qoyulmayacaq.

2. Ukrayna Zaporojye AES və Kaxovka bəndi üzərində nəzarəti, eləcə də Dnepr çayı boyunca maneəsiz keçidi və Kinburn burnu üzərində nəzarəti bərpa edəcək.

3. Digər ərazi mübahisələrinə atəşkəsdən sonra baxılacaq.

Qeyd edək ki, ABŞ və Ukraynanın İsveçrədə sülh planı ilə bağlı müzakirələrində avropalıların da iştirak edəcəyi bildirilir.

Share on Facebook