Fransa kəşfiyyatı Parisdə rus casuslarını ələ keçirdi

Fransa kəşfiyyat xidməti Parisdə Rusiyaya casusluq etməkdə şübhəli bilinən “SOS Donbass” qruplaşmasının iki fəalını, o cümlədən bir rus qadını saxlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, “SOS Donbass” üzvləri humanitar fəaliyyət adı altında casusluqla məşğul olublar.

Share on Facebook