Ukraynadakı səfirliyimizə dəyən ziyan aradan qaldırılıb

Rusiyanın noyabrın 14-dəki hava hücumu nəticəsində Ukraynada Azərbaycan səfirliyinin binası da zədələnib. Səfirlik ərazisinin hasarı dağılıb, konstruksiyalar, xidməti avtomobillər, inzibati bina və konsulluq şöbəsi zədələnib. 

Modern.az səfirliyimizə dəyən ziyanın aradan qaldırılıb-qaldırılmadığını araşdırıb.

Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov saytımıza açıqlamasında bildirib ki, səfirlik binasına dəyən ziyan aradan qaldırılıb:

"Diaspor olaraq hadisənin baş verdiyi ilk gündən səfirimizin və səfirlik işçilərinin yanındayıq. Bütün xərcləri Azərbaycan dövləti özü qarşılayaraq, dəyən ziyanı aradan qaldırıb. Dövlətimiz səfirliyimizə öz maddi və mənəvi dəstəyini göstərib. Bildiyiniz kimi, ərazidə böyük yanğın baş vermiş, texniki vasitələr, maşınlar zədələnmişdi. Kiyev meriyası tərəfindən məhz ərazinin təmizlənməsi, kommunal xidmətlər operativ şəkildə həyata keçirilib".

Share on Facebook