Müharibə iştirakçısı kanala düşdü: maşın tapıldı, özü yox

Samur-Abşeron kanalının "Şəfəq" qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb.

Sozcu.az Report-a istinadən xəbər verir ki, Abusət Əliyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Samur-Abşeron kanalına düşüb.

Avtomobil sudan çıxarılsa da, Abusət Əliyev tapılmayıb. Onun axtarışları davam etdirilir.

Qeyd edək ki, A.Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

Share on Facebook