Xankəndidə separatçıların "bayrağ"ı yığışdırılıb

Xankəndinin mərkəzindən yeni görüntülər yayılıb. Sozcu.az xəbər verir ki, yayılan görüntülərdə artıq buraxılan, keçmiş qondarma "respublika"nın əski parçası gözə dəyməyib. Bu isə o deməkdir ki, artıq separatçılar Azərbaycanın mərkəzi hakimiyyətinin tələblərini qeyd-şərtsiz yerinə yetirməyə davam edirlər. Belə ki, qondarma respublikanın əski parçasının mərkəzi binaların önündən yığışdırıldığı aydın şəkildə görülür.

Şahramanyan separatçı rejimin rəhbərliyini Qarabağdan təhlükəsiz şəkildə çıxarmaq üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparır

Samvel Şahramanyan separatçı rejimin rəhbərliyini Qarabağdan təhlükəsiz şəkildə çıxarmaq üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparır. Bu barədə "Hayeli.am" məlumat yayıb. Nəşrin məlumatına görə, separatçıların keçmiş üç başçısı - Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyan, "keçmiş xarici işlər naziri" Davit Babayan həbs təhlükəsi ilə üz-üzədir. "Hazırda həmin şəxslərin Qarabağda olduğu bildirilir. Bundan başqa, "Röyter"in məlumatına görə, Azərbaycanda həbs ediləcək 200-ə yaxın hərbi cinayətkarın siyahısı var. Davit Babayan artıq təslim olacağını dünən bəyan edib. Mənbə digər separatçı - Artak Beqlaryanın isə harada olduğunu bilmir", - deyə sayt bildirib.//news24.az

Sərsəng su anbarına nəzarət bərpa edilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Sozcu.az-a verilən məlumata görə, ordumuzun şanlı qələbəsindən sonra Sərsəng su anbarıda bizim nəzarətimizə keçib. Artıq su anabrının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir.      1976-cı ildə Tərtərçay çayınının üzərində Sərsəng su anbarı tikilərək istifadəyə verilib. Anbarın ümumi həcmi 565 mln. kbm, faydalı həcmi 500 mln.kbm-dir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar,sahil xəttinin uzunluğu - 50,25 km-dir. Qeyd edək ki, Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının  ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq. 

Paşinyanın sözçüsü “Artsax” sözünə görə ÜZR İSTƏDİ

Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan “Artsax” sözünün işlədilməsinə görə üzr istəyib. Sozcu.az xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb. Qeyd olunub ki, “Artsax” sözünü işlətməmək üçün dövlət qadağası var. Məlumata görə, bunun Azərbaycanın tələblərindən biri olduğu bildirilir.

Müşahidə missiyasında israrlılığın əsasında Qarabağ üçün də Kosovo variantı dayanmır ki?..

“Yaxşı olar ki, müşahidə missiyası qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsini müşahidə edəydi, çünki sonuncu əməliyyatın baş vermə səbəbi onlarla bağlı olub...” “Hesab edirəm ki, Azərbaycan DSX Azərbaycanı tərk edən ermənilərin sayı haqqında həqiqəti əks etdirən rəqəmləri sonda deyil, bu günlərdə açıqlayacaq...” “Azərbaycan Respublikası Əmlak Komitəsinin tezliklə Xankəndidə fəaliyyətə başlayıb yerli əhalinin əmlaklarını qeydiyyata alması ilk addımlardan olmalıdır...” “Mən təsdiq edərdim ki, bütövlükdə Dağlıq Qarabağa münasibətdə biz atəşkəsin qorunmasını, humanitar ehtiyacların ödənilməsini, həmçinin şəffaflığı təmin edəcək və Dağlıq Qarabağın sakinlərinə inam yaradacaq müstəqil beynəlxalq missiyanın tezliklə yaradılmasını vacib hesab edirik. Mövcud vəziyyət üzərində işləmək bizim üçün prioritet məsələdir.” Bu sözlər ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Metyu Millerə məxsusdur. Miller onu da əlavə edib ki, bu təklifi xarici müttəfiqləri və tərəfdaşları ilə müzakirə edirlər. Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti  İlham Əliyevlə telefon danışığında beynəlxalq müşahidə missiyasının Qarabağda fəaliyyət göstərməsinə şərait yaradılması məsələsini xahiş etmişdi. ABŞ və onun müttəfiqlərinin müşahidə missiyasında israrlı görünməsinin əsasında nə dayanır? Kosovo variantımı? Kosovonu tərk edənləri də Qərb beynəlxalq təminat adı ilə geri qaytarıb Kosovonu müstəqil dövlət kimi  tanıdı. Qarabağdakı mövcud vəziyyət Kosovo ilə eyni olmasa da, Qərbin müşahidə missiyasının xoşməramlı olması şübhəlidir. Azərbaycan Bakıda fəaliyyət göstərən BMT nümayəndəliyinin rezident-kordinatorunun müşahidə missiyasını həyata keçirməsinə etiraz etmədiyini bildirib, amma görünür bu format ABŞ-ı qane etmir və daha geniş heyətlə fəaliyyətə başlamağı planlaşdırır. Əgər Azərbaycan dövlət strukturları hələ Xankəndidə və Rusiya sülhməramlılarının hələlik nəzarət etdikləri digər ərazilərdə fəaliyyətə başlamayıblarsa, müşahidə missiyası nəyi müşahidə etmək istəyir? 24 saatlıq lokal əməliyyat bitib, tərksilah prosesi gedir, erməni əhalisinin nümayəndələri ilə humanitar və digər məsələlərlə əlaqədar görüşlər keçirilir, separatçı rejim özünü buraxdığını elan edib. Qarabağ ermənilərini köçməyə biz deyil, məhz erməni “başbilənlər” özləri məcbur edir ki, Azərbaycanı yalançı “etnik təmizləmə”də ittiham edib beynəlxalq məhkəməyə versinlər və sairə. Azərbaycan dövlət strukturlarının Xankəndi və ətrafında fəaliyyəti isə hələlik rəsmən mövcud deyil. Kənardan humanitar yardım müxtəlif qurumların simasında davam edir. Yaxşı olar ki, müşahidə missiyası qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsini müşahidə edəydi, çünki sonuncu əməliyyatın baş vermə səbəbi onlarla bağlı olub...  Bu, məsələnin bir tərəfidir. Azərbaycan qərəzsiz müşahidə missiyasından çəkinmir, əksinə onların obyektiv mövqe tutmaqla ermənilərə göstərdiyi humanitar yardımlara, perspektivdə isə tam təhlükəsizliklərinin təmin edildiyinə, hüquqlarının qorunmasına şahidlik etməsini istəyir. Təəssüf ki, Samanta Pauer Gorusda müsahibə verərkən Azərbaycanı ittiham edəcək sübutlar axtardığını və perspektivdə ABŞ Prezidenti Baydenə məruzə edib hansı qərarların qəbul ediləcəyindən danışır. Hər zaman olduğu kimi indi də Qərb mediası “etnik təmizləmə”dən danışır, Ermənistan ərazisinə daxil olmuş Qarabağ ermənilərindən müsahibə alıb,  onların yalanlarını tirajlayırlar. Biz Qərbin bu ikili standartlarına adət etmişik, bizim üçün yenilik deyil... Azərbaycan üçün ilin sonunadək həqiqətən fürsət zamanıdır. Üç ay ərzində Azərbaycan Qarabağın erməni əhalisinə humanitar yardımlarını genişləndirməli və sosial proqramlarını elan edib, həm də Azərbaycan Konstitusiyası çərçivəsində hüquqlarınının qorunduğunu praktiki şəkildə həyata keçirməlidir. Azərbaycan Respublikası Əmlak Komitəsinin tezliklə Xankəndidə fəaliyyətə başlayıb yerli əhalinin əmlaklarını qeydiyyata alması ilk addımlardan olmalıdır. Açığını deyək ki, hazırda erməniləri daha çox əmlakları, evləri, bir sözlə şəxsi mülkiyyətləri düşündürür. Sabah bir erməninin əmlakına qanuni sahib olduğu və onu satdığı nümunə olaraq çox tərəddüdləri aradan qaldıracaq. Biz bunu zamanında -Birinci Qarabağ müharibəsində də görmüşük və ermənilər mülkiyyətləri ilə bağlı özlərinin qərar verdiyini biləndə situasiya tamam dəyişəcək, o zaman yalançı “etnik təmizləmə” keçməyəcək...  Odur ki, beynəlxalq müşahidə missiyası bizim üçün problem yarada bilməz. Əlbəttə, missiyanın azsaylı tərkibi və fəaliyyət müddəti Azərbaycanla razılaşdırılmalı və heç bir hərbi strukturun daxil olmasına imkan verməməliyik. Qeyd edək ki, Rusiya hərbi kontingenti də Qarabağda qaldığı müddətdə oraya başqa ölkənin hərbi heyətinin daxil olmasına etiraz edəcək. Beynəlxalq müşahidə missiyasının yekun rəyinin bizim üçün müsbət və ya mənfi məzmun daşımasından asılı olmayaraq  nə siyasi, nə də hüquqi xarakteri yoxdur. Azərbaycanı tərk edən ermənilərin sayı haqqında Ermənistan tərəfdən verilən rəqəmlər inandırıcı deyil və Azərbaycana qarşı növbəti və bəlkə də sonuncu “arqumentdi”.  Hesab edirəm ki, Azərbaycan DSX sonda deyil, bu günlərdə həqiqəti əks etdirən rəqəmləri açıqlayacaq.  Ermənilər hazırda özlərindən başqa bütün dünyanı günahkar hesab edirlər, sanki bəşəriyyətin problemi daşnakların iddialarını təmin etmək olmalıymış. Bu iddiaları ilə dünya ölkələrini də bezdirdiklərinin fərqində deyildilər. Odur ki, yekun mərhələyə daxil olan Qarabağ məsələsi yalnız Azərbaycanı deyil, dünyanı da rahatlatdı. Müşahidə missiyaları, hansısa bəyanatlar erməni gözündən pərdə asmaq üçündür, sadəcə, bu pərdə arxasından onların bir daha Azərbaycan torpaqlarına baxa bilməsinə imkan verilməməlidir...moderator İlham İsmayıl

Azərbaycana meydan oxuyan Balasanyan kimə arxalanır?

Ötən gün qondarma rejimin sabiq “dövlət naziri” Ruben Vardanyanın “Laçın” sərhəd-keçid məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən həbs edilməsindən sonra separatçılar arasında ajiotaj bir qədər də artıb.  Belə ki, bölgədə qapana qısılan terrorçu xunta üzvlərinin qaçmağa yerləri olmadığı üçün onlar məcburi şəkildə sərhədi keçərək ərazidən çıxmağa çalışanda Azərbaycan xüsusi xidmət orqanlarının "radar"ına düşərək saxlanırlar.  Bu şəxslərdən biri də “Artsax qəhrəmanı” olan Xocalı qatili Vitali Balasanyandır. Əslən Əsgəran ermənisi olan V. Balasanyan Birinci Qarabağ müharibəsi dövründə əliyalın, günahsız azərbaycanlılara divan tutulmasında xüsusi “fərqlənmişdi”.  Qeyd edək ki, Azərbaycan xüsusi xidmət orqanlarının siyahısında olan V. Balasanyan onun üçün halqanın daraldığını bilməsinə baxmayaraq, hələ də hədyan dolu fikirlər səsləndirməkdə davam edir. O, açıqlamasında hazırda Əsgəranda olduğunu və Qarabağdan çıxmayacağını bildirib. Balasanyan yaşadığı ünvanı açıqlamaqla bir növ meydan oxumaqdan çəkinməyib.  Yenisabah.az-la söhbətində Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib ki, əslində, Azərbaycanın hədəfi Vitali Balasanyan, Bako Saakyan, Araik Arutyunyan, Arkadi Qukasyan və digərləri deyil, əksinə, bizim hədəfimiz Qarabağ idi ki, onu da həll etdik.  Onun sözlərinə görə, indi ayrı-ayrı terrorçuların bizim üçün elə də böyük bir əhəmiyyəti yoxdur:  “Çünki bunlar terrorçudur və sonuncu nəfərinə qədər həbs olunacaqlar. Əgər Vitali Balasanyan Əsgərandakı evində olduğunu deyirsə, lap gözəl. O özünü belə “qəhrəman” kimi hiss edirsə, qoy, evində gözləsin, onu da gəlib aparacaqlar, kiminsə də bunda tərəddüdü olmasın”.  BQP sədrinin fikrincə, bu hadisələr onu göstərdi ki, illərcə bir erməni mifi yaradılmışdı ki, guya bunlar torpaq uğrunda fədakarlıq edib canını qoyan bir millətdirlər:  “Onlar özlərini dünyaya belə tanıtdırmışdılar, amma bu məqamın özün belə bunların nə qədər qorxaq və rəzil durumda olduğunu göstərdi. Biz onlardan heç birinin bu torpaq üçün hansısa bir fədakarlıq edəcəyini, ən azı özünün törətdiyi cinayətin miqyasını anlayaraq, intihar etdiyini müşahidə etmədik”.  “Bu, o deməkdir ki, illərdir “qəhrəmanlıq”dan dəm vuran millətin liderlərinin nə qədər qorxaq olduğu bir daha üzə çıxdı. Bu da bir tarixdir və qeyddir ki, biz bunu unutmamalıyıq. Qısacası, harada olmasından asılı olmayaraq terrorçular həbs olunacaq və onlar Azərbaycanın Nürnberq məhkəməsi sayılan Xocalı məhkəməsində cavab verəcəklər”, - fikirlərini yekunlaşdırıb.

David Babayan təslim oldu

Qondarma "Artsax" "prezidenti"nin müşaviri David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim olub. Sozcu.az xəbər verir ki, bu barədə separatçı özü bildiirb. "Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim. Bu qərar təbii ki, ilk növbədə, yaxınlarıma böyük ağrı, narahatlıq və stress yaşadacaq, amma əminəm ki, onlar başa düşəcəklər. Mənim görünməməyim, daha da pisi, qaçmağım səbirli xalqımıza, bir çox insanlara ciddi ziyan vuracaq və mən vicdanlı bir insan, zəhmətkeş, vətənpərvər və xristian olaraq buna yol verə bilmərəm”, - deyə Babayan qeyd edib.

"Rus sülhməramlıları Azərbaycandan çıxacaq" - AÇIQLAMA

Ermənistanda baş verən siyasi qalmaqal və Qarabağdakı son antiterror tədbirləri müxtəlif siyasi dairələrdə ciddi müzakirə olunur. Rusiyada da erməni mövzusu gündəmin ən çox müzakirə olunan mövzusudur. Rusiya mətbuatı bununla bağlı müxtəlif səpkili materiallar dərc edir. Rusiyalı siyasi icmalçı, köşə yazarı Alexander Budbergin toxunduğu bəzi məqamları oxucuların diqqətinə çatdırırıq. Budberq qeyd edir ki, Ermənistan cəmiyyəti Qarabağ problemindən bezib və yorulub: "Rusiya sülhməramlısı da Azərbaycanı tərk edəcək. Rusiyada erməni lobbisinin maraqlarını güdənlər bundan sonra susacaq və sakit oturacaqlar. Aydındır ki, Azərbaycanda Qarabağın statusu müzakirə mövzusu deyil. Orada yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının statusu Azərbaycanın digər bölgələrində yaşayan əhalinin statusu ilə eyni olacaq. Ermənistanda bu məsələyə və baş verənlərə sakit yanaşırlar. Bunu İrəvan küçələrində etirazçıların sayından da görmək olar. Bu o deməkdir ki, hətta Ermənistan faktiki olaraq Qarabağ üçün ayrıca status iddiasında deyil. Deməli, Ermənistan cəmiyyəti Qarabağ problemindən bezib".konkret.az)

SON DƏQİQƏ: Qarabağdakı qanunsuz rejim ermənilərə müraciət etdi

Qarabağdakı qanunsuz rejim ermənilərə müraciət edib. Sozcu.az xəbər verir ki, müraciətdə deyilir: "Bütün əhali Ermənistana köçənə qədər biz sizi mənzillərinizi, mağazalarınızı və digər mühüm obyektlərinizi yandırmamağa çağırırıq. Bu çətin dövrdə məsuliyyətli olun və təhlükəsizlik qaydalarına əməl edin".

"Separatçılar Rusiya sülhməramlılarının maşınında ərazilərimizi tərk edir”

“Böyük ehtimalla, bəzi separatçılar Rusiya sülhməramlılarının maşınında ərazilərimizi tərk edir”. Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Rəşad Mustafayev deyib. “Azərbaycan tərəfi konkret olaraq müvafiq əfv, yaxud silahı yerə qoyan separatçıların Ermənistan təhvil veriləcəyi ilə bağlı bəyanatlarla da çıxış edib. Hazırda Qarabağdan olan erməniəsilli şəxslərin Laçın nəzarət-buraxılış məntəqəsindən keçidinə dair ancaq fərziyyələri irəli sürə bilərəm”, – deyə o əlavə edib. –  Ola bilsin ki, bu adamlar sülhməramlıların nəqliyyat vasitələri ilə yoxlanılmadan keçib-gediblər. İstənilən halda arzuolunan o idi ki, haqqında cinayət işi qaldırılan, beynəlxalq axtarışa verilən şəxslərlə bağlı çox ciddi ölçü götürülsün. Əgər bundan sonra onların əfv olunması, yaxud Ermənistana təhvil veriləcəyi ilə bağlı qərar olsaydı belə, bu adamların həmin mərhələdə saxlanılmasına ehtiyac var idi”. Siyasi təhlilçi qeyd edib ki, bu adamların gedişinin Azərbaycan tərəfi ilə razılaşdırılıb-razılaşdırılmadığı haqqında məlumat olmadığı üçün qəti fikir irəli sürmək də çətindir: “Hər keçən gün halqa daralır. Separatçı rejimin qalıqlarının təmizlənməsini davam etdirməliyik”.

Kəlbəcərdə külli miqdarda silah-sursat tapıldı

Kəlbəcər rayonu ərazisində yerləşən “Dəmirli” mis-molibden yatağında uzun illər qanunsuz fəaliyyətlə məşğul olan “Base Metals” şirkətinə məxsus tikililərin hərbi məqsədlər üçün istifadə olunduğu müəyyən edilib. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, əraziyə baxış keçirilərkən adı çəkilən şirkətin obyektlərində yaradılmış anbarda külli miqdarda silah və sursat aşkar olunaraq götürülüb.

Ermənilər Azərbaycan vətəndaşlığı üçün müraciət etdi

Qarabağda yaşayan erməniəsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaqla bağlı müraciət edənlər var. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev bildirib.