Məktəblərdə siniflərin 30 şagirddən ibarət olması tədris prosesinə ciddi narahatlıq törədir.
Sozcu.az-ın məlumatına görə, bunu təhsil məsələləri üsrə ekspert Ramin Nuraliyev bildirib.
O, hətta bəzi məktəblərdə bu sayın 35-40 nəfərə çatdığı bildirib.
“Bu məsələyə Elm və Təhsil Nazirliyi diqqət ayırmalıdır. Məktəblərdə şagirdlərin nizamla paylanması həyata keçirilməli, bu istiqamətdə müvafiq addımlar atılmalıdır”, - ekspert vurğulayıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, hər bir sinifdə şagird sayı 20 nəfırdən ibarət olmalı, 30-dan isə çox olmamalıdır.modern)