Azərbaycan Qarabağ erməniləri üçün bu işləri görəcək - RƏSMİ SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyası məlumat yayıb. İşçi qrup Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının çərçivəsində fəaliyyət göstərir. İşçi qrupun tərkibinə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Daxili İşlər, Səhiyyə, Elm və Təhsil nazirlikləri, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumlar daxildir. 2023-cü il sentyabrın 20-dən etibarən İşçi Qrup tərəfindən aşağıdakı tədbirlər həyata keçirilib: - 2023-cü il sentyabrın 22-də Fövqəladə Hallar Nazirliyi tərəfindən erməni sakinləri üçün 40 tonluq ərzaq məhsulları və gigiyenik vasitələrdən ibarət 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb; - Erməni sakinlərinin ilkin tibbi yardım və qida ilə təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam, Füzuli və Kəlbəcərdə 1000 nəfərlik çadır düşərgələri qurulub. Ərazidəki polis qüvvələri, hərbi heyət və mülki işçilər tərəfindən erməni sakinlərə yerlərdə ilkin tibbi yardım və müvafiq dəstək göstərilir; - Sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, ilk növbədə, bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətləri olmaqla yanacaq-sürtgü materiallarının göndərilməsi təmin ediləcək; - Rusiya sülhməramlı qüvvələrin kontingentinin şəxsi heyətinin istifadəsi, eləcə də sülhməramlılar vasitəsilə mülki əhaliyə çatdırılması üçün Laçın-Xankəndi yolu ərzaq və gündəlik tələbat mallarının keçidi təmin olunur; - Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən Ağdam-Əsgəran-Xankəndi və Laçın-Xankəndi yolu ilə ərzaq, dərman preparatları və uşaq qidasından ibarət yüklərin aparılmasına, təşkilatın Bakı və Cenevrə ofislərindən Xankəndidə olan alt-ofisinə əlavə heyətin ezam olunmasına şərait yaradılır; - BQXK müraciəti əsasında tibbi yardıma ehtiyacı olan şəxslərin Ermənistana təxliyəsi üçün zəruri imkanlar yaradılır.

Ermənilərdən təmizlənmiş yaşayış məntəqəsinin görüntüləri yayıldı - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyinin görüntülərini yayıb. Sozcu.az görüntüləri təqdim edir:

Məndə olan məlumata görə, hazırda Qarabağda… – Paşinyan

“Qarabağda gərginlik qalmaqdadır, lakin vəziyyət hər saat dəyişir”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, Qarabağdakı ermənilərin həyatına hər hansı təhlükənin olmadığını bir daha vurğulayıb: “Dünən bu barədə səsləndirdiyim fikrim dəyişməyib. Əgər hər hansı dəyişiklik olsa, bunu bir daha vurğulamazdım. Mənə verilən məlumata görə, hər yarım saatdan bir vəziyyət dəyişir, proseslərə hakim olmaq üçün diqqətlə izləmək lazımdır. Ərazidə humanitar vəziyyətin yaxşılaşacağına dair ümidlər var, müsbət dinamika müşahidə olunur. Bu gün Qarabağa böyük həcmdə humanitar yardım daxil olacaq. Məndəki məlumata əsasən müəyyən razılaşmalar var, lakin ətraflı məlumat verə bilməyəcəyəm. Düşünürəm ki, bu razılaşmaların icrasına indidən başlanılmalıdır, amma olub-olmayacağı dəqiq deyil”.

Bu məlumatlar doğru deyil - Paşinyan

Sosial şəbəkələrdə Qarabağda əhali arasında kütləvi tələfat barədə məlumatlar həqiqətə uyğun deyil. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook"da canlı yayım zamanı bildirib. O, Qarabağda atəşkəs rejiminə əməl olunduğunu qeyd edib.

Yevlax görüşü BAŞA ÇATDI

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatıb. Sozcu.az xəbər verir ki, danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub. Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil ediblər.

Xankəndiyə atəş açılmayıb – MN

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. “Yayılan bu məlumatı qəti surətdə təkzib edirik. Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır”, – məlumatda vurğulanır.

Ordumuz zərbə PUA-larından istifadə etmir? - MN

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən zərbə PUA-larının tətbiq edilməsi ilə bağlı yayılan məlumatlar növbəti dezinformasiyadır. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. "Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd olunub.

Bu xəbərə inanmayın - Düşmən təxribatıdır! - FOTO

Bakıda yerləşən məktəblərdə mina olması, təhsil müəssisələrində, universitet, uşaq bağçaları, məktəblərdə terror aktları olacağı barədə yayılan xəbərlər dezinformasiyadır.  Sozcu.az xəbər verir ki, ️sosial şəbəkələrdə yayılan bu məlumatlar, düşmənin bu tip ucuz yollara əl atması qorxu yaratmağa çalışmaqdan başqa bir şey deyil. 

Ermənistanın radiotexniki qovşağı məhv edildi - Video

Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus hərbi təyinatlı radiotexniki qovşağı məhv edib. Sozcu.az qovşağın zərərsizləşdirilməsinin görüntülərini təqdim edir.

MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalistlərə çağırış edib. Azerbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektləri və jurnalistləri dəqiqləşdirilmemiş informasiya yaymamağa, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin resmi məlumatlarına istinad etməyə çağırır.

Ordumuz bu əraziləri hədəfə almır - MN

Azərbaycan Ordusu Qarabağda keçirdiyi antiterror əməliyyatlarında mülki əhali və infrastruktur obyektləri hədəfə almır. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. "Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır", - nazirlikdən qeyd olunub.

Bayden yenidən Putini diktator adlandırdı

ABŞ prezidenti Co Bayden yenidən Rusiya prezidenti Vladimir Putini diktator adlandıraraq onu təhqir etməyə cəhd edib. Sozcu.az xəbər verir ki, Nyu Yorkdakı "Broadway" teatrında kampaniyası üçün keçirilən ianə mərasimində bildirib: "Mən Putin kimi diktatorların tərəfini tutmayacağam". Putinin özü də artıq Baydenin oxşar cəhdlərinə münasibət bildirib: “Mənə meymun deyənin özü meymuna oxşayır”. 80 yaşlı ABŞ prezidentinin sözlərinə görə, Donald Tramp Rusiya qarşısında baş əyir: “Bəlkə, Tramp və onun MAGA dostları baş əyəcəklər, amma yenidən seçilsəm, Rusiyaya baş əyməyəcəyəm”.