Hökumət rəsmiləri Çinin “DeepSeek” çat-botundan istifadə etməkdən çəkinməlidir.
Sozcu.az xəbər verir ki, bu barədə Yaponiyanın rəqəmsallaşma və İKT siyasəti naziri Masaaki Taira deyib.
“Problem ondadır ki, şəxsi məlumatlar lazımi şəkildə mühafizə olunacaq? Məlumatların qorunması ilə bağlı narahatlıqlar aradan qalxana qədər, hökumət rəsmiləri “DeepSeek”dən istifadə etməkdən çəkinməlidirlər və ya istifadə edirlərsə, bunu diqqətlə etməlidirlər”, - nazir bildirib.
Qeyd edək ki, bir müddət öncə Pentaqonun əməkdaşlarının Çinin “DeepSeek” çat-botuna girişini əngəllədiyi ilə bağlı məlumat yayılmışdı.