Egey dənizində 2 saatda 7 güclü zəlzələ oldu

Bu gün Egey dənizində 2 saat ərzində 7 zəlzələ baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, Egey dənizində yerli vaxtla saat 04:41-də 4,1; 05:02-də 4,1; 05:24-də 4,4; 05:45-də 4,4; 05:54-də 4,6; 06:23-də 4,6; 06:36-da 4,5 bal gücündə ardıcıl zəlzələlər olub.

Zəlzələlərin yerin 7 km dərinliyində meydana gəldiyi bildirilib.

Qeyd edək ki, Egey dənizində artıq bir neçə gündür ard-arda zəlzələlər baş verir. Yunanıstanın bölgədə yerləşən Santorini adasının yerli sakinləri ərazini tərk etməyə başlayıb.

Share on Facebook