Bakıda qadın qəza törətdi: 87 yaşlı kişi öldü

Bakıda qadın sürücü 87 yaşlı kişini vuraraq öldürüb.

Sozcu.az xəbər verir ki, 1996-cı il təvəllüdlü Şəhla Rəfail qızı Qulamova idarə etdiyi özünə məxsus “BAİC” markalı avtomobillə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisinə hərəkətdə olan zaman piyada 1938-ci il təvəllüdlü Nadir İmaməli oğlu Kərimovu vurub.

Piyada aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.

Fakta bağlı cinayət işi başlanılıb.

Share on Facebook