Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 8-ci sinif şagirdi Turan Musa oğlu Vəliməmmədov ağır xəstəlikdən sonra dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, 1 ay əvvəl ciddi diaqnoz qoyulan uşağı xilas etmək mümkün olmayıb. Turan Vəliməmmədov məktəbdə nümunəvi davranışı ilə fərqlənən şagirdlərdən biri olub. O bu gün Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılıb.Medicina)
Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", məlumatda deyilir.
Azərbaycanda Ramazan bayramı ilə əlaqədar qılıncaq namazın vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən Sozcu.az-a verilən məlumata görə, bayram namazı məscidlərdə aprelin 10-da qılınacaq. Bildirilir ki, bəzi məscidlərdə saat 08:00, digərlərində saat 09:00-da namaz qılınacaq.
Məlum olduğu kimi, bu günlərdə Nazirlər Kabineti ölkədə taksi xidməti ilə bağlı qərar verib. Qərarda bir neçə tələb var. Tələblərdə bildirilir: 1. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. 2. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin. 3. Taksilər üçün yalnız iki rəng - qırmızı və ağ rənglər tətbiq olunacaq. Ancaq bu, yeni avtomobillərə aiddir, hazırkı taksi avtomobilləri olduğu kimi qala bilər. 4. Taksilərin salonunda videokameralar olmalıdır. 5. Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi - mobil telefon proqramı olmalıdır. 6. Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır. Bəs taksilərlə bağlı yeni tələblər taksi bazarına necə təsir edəcək? TV Musavat-ın əməkdaşları məsələ ilə bağlı taksi sürücüləriylə söhbətləşib, onların rəyini öyrənib. Hazırladığımız videoreportajı təqdim edirik:
Venera ilə Pluton arasında bucaq yaranacaq. Sozcu.az xəbər verir ki, bu haqda məhşur astroloq Dinçer Güner açıqlama verib. O bildirib ki, həmin prosesin müddəti 3 gündür. Bu müddət ərzində 12 bürcün başına gözlənilməz hadisələr gələ bilər. Proqnoza əsasən, bu bucaq emosional bağların güclənməsinə və dərinləşməsinə imkan verir. Münasibətlərdə tərəfdaşınızla daha dərin anlaşma əldə edə bilərsiniz. Diqqət tələb edən emosional bağlılıqlar ola bilər. Əgər subaysınızsa, kiminləsə tanış olsanız, onu ağlınızdan çıxara bilməyəcəksiniz. Gizli münasibətlərə başlamaq ehtimalı yüksəkdir. Ancaq astroloq xəbərdarlıq edir ki, bu münasibətlər evil, ya da münasibəti ciddi olan şəxslərlə olmasa daha yaxşıdır. Həmçinin, investisiya imkanları, borcların idarə edilməsi və maliyyə inkişafı da ön plana çıxa bilər. Bu dövrdə bəzi maliyyə imkanları yarana, gəlir mənbələri arta bilər. Qeyd edək ki, fiziki cəhətdən dəyişmək, yeni obraz, yeni rənglər, yeni modellər sınamaq üçün əlverişli zamandır.
“Crocus City Hall”da baş verən terror aktından əvvəl də miqrantlara qarşı Rusiyada münasibət pisləşmişdi. Onlar hətta miqrantları günahlandırırdılar ki, Rusiya müharibə aparır, amma onlar heç bir şəkildə bu müharibəyə yardım etmirlər, hansısa formada müharibədə iştirak etmirlər. Deyirdilər ki, müharibədə iştirak etmirlərsə, heç olmasa, hansısa formada maddi yardım göstərsinlər, yaxud könüllü kimi çağrılsınlar”. Bu sözləri Yenisabah.az-a iqtisadçı Natiq Cəfərli deyib. Miqrantlara qarşı tədbirləri sərtləşdirən Rusiya hökuməti barədə danışan ekspert bildirib ki, bu münasibət “Crocus City Hall”da baş verən terror aktından əvvəl də özünü göstərirdi: “Bu suallar Rusiya cəmiyyətində çoxdan var idi və miqrantlara qarşı ritorika kifayət qədər sərtləşmişdi. Dövlət televiziya kanallarında belə miqrantları açıq-aşkar günahlandıran çıxışlar edilirdi. “Crocus City” hadisəsi isə ictimai ritorikada bardağı dolduran son damla oldu. Artıq nəinki miqrantlara qarşı ritorika sərtləşib, hətta qanunlar da sərtləşir. Dövlət Dumasına bununla bağlı ard-arda bir neçə qanun layihəsi təklif olunub ki, miqrantların Rusiyada qalması şərtləri kifayət qədər sərtləşdirilsin. Bura həm iş icazələrinin alınması qaydalarının sərtləşdirilməsin, həm rus dili, tarixi ilə bağlı imtahanların sərtləşdirilməsi aiddir. Yalnız mütəxəssislərin ölkədə qalıb işləməsinin tərəfdarı olanlar çoxdur. Artıq 2 aydan çox Rusiyada qalmaq istəyənlərə ağır şərtlər gətirilir. Yəqin ki, gələn həftə, ya da bu həftənin sonunda Dövlət Duması birinci oxunuşda bu qanunları qəbul edəcək. Bundan sonra miqrantların vəziyyəti daha da pisləşəcək. İqtisadçı bildirib ki, bundan sonra Rusiyadakı əmək miqrantlarına qarşı qanunvericiliyin tələbləri xeyli sərtləşdiriləcək: “Rusiya rəsmi dairələrinin verdiyi məlumata görə, 800-900 minə yaxın insan artıq Rusiya vətəndaşlığı alıb. Miqrantlara qarşı aparılan kampaniya Rusiya vətəndaşlarına aid deyil, kimin ki, Rusiya pasportu var, onlara hər hansı formada təsir edə bilməzlər. Amma yarım milyondan bir milyon yarıma qədər qeydiyyatsız miqrant da var. Onlar Azərbaycan vətəndaşlarıdır və bundan sonra onlarla bağlı vəziyyət qəlizləşə bilər. Çünki bundan sonra iş icazələrinin, oturum icazələrinin alınması sərtləşə bilər və bu sərtləşmələr nəticəsində onların bir qisminin vətənə dönməsi məsələsi gündəmə gələ bilər, çünki iş olmayandan, pul qazana bilməyəndən sonra Rusiyada qalmağın mənası olmayacaq”. N.Cəfərlinin sözlərinə görə, Azərbaycan hökuməti indidən buna hazır olmalı və geri dönəcək şəxslər üçün müxtəlif qanun layihələri hazırlamalıdır: “Bu haqda artıq indidən düşünmək lazımdır. Mənə elə gəlir ki, Azərbaycan hökuməti də bu barədə ciddi proqram hazırlamalıdır. Çünki istər-istəməz Rusiya ilə bağlı vəziyyət birmənalı deyil və durum daha da pisləşə bilər. Rusiya-Ukrayna müharibəsi kontekstində hətta iqtisadi, siyasi vəziyyət daha da kəskinləşə bilər. Ona görə də Rusiyadan qayıtmaq istəyənlər bura gəlib biznes qurmaq istəsə, hansısa formada işləmək istəsə, onlara şərait yaratmaq lazımdır. Əslən Qarabağdan olan soydaşlarımızdan Rusiyada çalışanlar kifayət qədərdir, onlar üçün çox böyük təşviq proqramları qəbul edilməlidir, soydaşlarımızın geri qayıtmasından qorxmaq, çəkinək lazım deyil. Zatən Azərbaycanda demoqrafik vəziyyət getdikcə pisləşir, indi doğuş sayı azalır. Bizə əhali artımı onsuz da lazımdır. Ölkəmizə geri qayıdanlarla bağlı ağıllı, düşünülmüş bir proqram qəbul edə, onlara biznes fürsətləri yarada bilərik. Onlar bizə yük deyil, əksinə fürsətdir. Rusiyada yaşayan həmvətənlərimiz bizim üçün bir fürsətdir, onlar geri dönsələr, ölkə iqtisadiyyatında ciddi, dinamik inkişafa səbəb olacaqlar”.
İsrailin zərbəsi nəticəsində SEPAH-ın iki generalı ilə yanaşı, 5 yüksək rütbəli zabiti də ölüb. Onların SEPAH müşavirləri olduğu bildirilib. Bundan başqa, Dəməşqdəki İran səfirliyi və konsulluğun vurulması nəticəsində oradakı diplomatların da öldüyü deyilir ***20:55 İranın Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin konsulluq şöbəsi İsrail tərəfindən raket hücumuna məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə “İrna” agentliyi məlumat yayıb. İsrailin hava hücumları nəticəsində azı 8 nəfər həlak olub. Suriyanın xarici işlər naziri Feysəl Miqdad raket hücumundan sonra İran səfirliyinə baş çəkib və iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefonla danışıb və İsrailin hücumunu pisləyib. Yerli mənbələr İranın Dəməşqdəki diplomatik missiyasının üzvlərinin xəsarət almadığını bildirib. “Mehr” agentliyinin məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Suriya və Livandakı komandiri general Məhəmməd Rza Zahedi və onun müavini ölüb. SEPAH-ın Suriya və Livandakı Baş Qərargah rəisi, briqada generalı Hüseyn Əmirullah da İsrailin Dəməşqə endirdiyi hava hücumunda öldürülüb. Suriyanın hava hücumundan müdafiə qüvvələrinin İsrail raketlərinin bir hissəsini məhv etdiyi bildirilir. *** 20:09 SEPAH-ın generalı İsrailin Suriyaya hava hücumu nəticəsində öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. SEPAH Hərbi Hava Qüvvələrinin sabiq komandanı və Qüds qüvvələrinin yüksək rütbəli komandiri Məhəmməd Rza Zahedi İsrailin Dəməşqdə endirdiyi zərbə nəticəsində öldürülüb. Qeyd edək ki, İsrail İranın Dəməşqdəki konsulluğuna hava zərbəsi endirib. Hadisə nəticəsində 6 nəfər həlak olub. Məlumata görə, zərbə nəticəsində konsulluğun binası tamamilə dağılıb. İranın Suriyadakı səfiri və ailəsi xəsarət almayıb. Xatırladaq ki, “SNN” agentliyi daha öncə İran konsulluğuna və səfirin iqamətgahına hücum edildiyi barədə məlumat vermişdi. Suriya Dövlət Xəbər Agentliyi də Dəməşq yaxınlığında partlayış baş verdiyini yazıb.
Sumqayıtda dəniz sahilində bir yaşlı Zeynəb Yeşilin suda boğularaq qəsdən öldürülməsində şübhəli bilinən atası - 1984-cü il təvəllüdlü Ahmet Yeşil Turanla bağlı bəzi detallar bəlli olub. Belə ki, ölən azyaşlının nənə və babası Baku TV-yə danışıblar. Zeynəb Yeşilin babası Əjdər Abdullayev kürəkəninin etdiyi hərəkətdən məəttəl qaldığını və çox pis olduğunu qeyd edib: “Kürənim bizlə qalırdı, mənə dedi ki, sənin oğlunam. İşləmirdi, mən ona Sumqayıtda dörənxana açmışdım. Sonra dedi ki, dörd min pul ver, mən də ona dedim ki, “nə desən mənim gözüm üstə”. Üç ildə onun heç bir pis hərəkətini görməmişdim. Hamı onun bu işinə məəttəl qalıb”. Qətlə yetirilən azyaşlının nənəsi Azadə Abdullayeva qeyd edib ki, Ahmet son zamanlar həmişəkindən fərqli davranırdı: “Dindar adam idi, namaz qılırdı. Yeni iş yerini açandan qızım deyirdi ki, Ahmet dəyişib. yolunu azıb və özündə deyil. Namazı da buraxmışı, qılmırdı. Kürəkənim uşağını o qədər sevirdi ki, bir milçəyin belə üzərinə qonmasına imkan verməzdi”. Ətraflı süjetdə:
“Kontrastlı KT, angioqrafiya və bir çox kontrastlı rentgen müayinələrində istifadə edilən “Ultravist” kontrast maddəsi həm dövlət, həm də özəl tibb müəssisələrində yoxa çıxıb”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev özünün sosial şəbəkə hesabında yazıb. “Yəni, indi hansısa bir xəstədə miokard infarktı xəstəliyinə ciddi şübhə varsa və həmin xəstəyə həyati göstərişlə, təcili olaraq Koronar angioqrafiya müayinəsi lazımdırsa, müayinə etmək mümkün olmayacaq və o xəstə həyatını itirə bilər. Bu necə tibb idarəçiliyidir?” – A. Əliyev bildirib.
Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. Bunu “Trend”ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir? Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bəzi binalarda MTK rəhbərliyinin özü, ya da zirzəmilərindəki parklanma yerlərini almış şəxs həmin yeri icarəyə verə bilir: “Çoxmənzilli binalar tikilərkən parklanma mütləq nəzərə alınmalıdır. Çünki paytaxtda insan sayı getdikcə artır. Bu səbəbdən də avtomobillərin sayında artım müşahidə edilir. Belə olduqda hər binanın mənzil sayına görə avtopark yeri olmalıdır. Yeni tikilən binaların birinci mərtəbələrində ictimai-iaşə obyektləri açılır. Buranın ziyarətçilərinin böyük əksəriyyəti avtomobillə gəlir. Lakin həmin obyektlərin avtomobil saxlamaq üçün yeri olmur. Bu da böyük problemlərdən biridir. Bakının Baş planına əsasən, binalar söküləndə belə hallar mütləq nəzərə alınmalıdır. Park yerləri özəl mülkiyyətdirsə və icarəyə verilirsə, belə halda istədiyi qiyməti qoya bilər. Qanunla bu qadağan deyil. Bununla bağlı hər hansısa tarif olmadığından sui-istifadə halları qaçılmazdır”. Hüquqşünas Arif Nəzərov isə bildirib ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), və s.) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. “Həmçinin, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Göründüyü kimi, mövcud qanunvericiliklə çoxmənzilli binanın zirzəmi hissəsində olan avtodayanacaqlar mənzil mülkiyyətçilərinin ümumi mülkiyyətinə aid edilməyib. Bununla əlaqədar, mənzil mülkiyyətçiləri ilk növbədə çoxmənzilli binanın layihə sənədinə diqqət yetirməlidirlər. Əgər sözügedən sənəddə zirzəmi hissəsi avtodayanaq kimi layihələndirilibsə, dayanacaqların satışı həyata keçirilə bilər və həmin dayanacaqlara görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması mümkündür”, - deyə hüquqşünas qeyd edib. Qeyd edək ki, 1 aprel tarixindən etibarən Azadlıq meydanındakı yeraltı dayanacaqda avtomobil park etmək üçün yeni tariflər tətbiq olunacaq. 0-1 saat üçün 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN ödəniş tələb olunacaq. Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. “Qonşular” paketinə görə 75 AZN ödəniləcək. Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb. Yeni tariflər aprelin 1-dən tətbiq ediləcək. Gündəlik tariflər aşağıdakı kimi olacaq: 0-2 saat - 1 manat; 2-4 saat - 2 manat; 4-6 saat - 3 manat; 6-10 saat - 4 manat; 10-12 saat - 5 manat; 12-24 saat - 8 manat. Aylıq tariflər isə belə olacaq: Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat); Bütün günü (24 saatlıq) - 120 manat (60 manat); Qonşular tarifi - 50 manat (20 manat). Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.
Rusiya fevralın 15-dən “Crocus City Hall”da terror aktı hazırlandığını bilirdi. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Kirilo Budanov Üçüncü Beynəlxalq Strateji Kommunikasiyalar Forumunda çıxış edərkən bildirib. “Azı 15 fevral 2024-cü il tarixindən bəri Rusiya Federasiyası hazırlıq barədə məlumatlı idi”, – Ukraynanın hərbi kəşfiyyat rəisi vurğulayıb. Kirilo Budanovun sözlərinə görə, gözlənilən terror aktı ilə bağlı məlumat “qrupun Suriyadakı kəşfiyyat şöbəsindən keçib” və oradan “Moskvaya gedib”: “Qoy onlar bütün bunların heç nədən peyda olduğu haqqında nağıl danışmasınlar”. Budanov qeyd edib ki, Kreml yaraqlıların Rusiyaya hara və hansı iki ölkə vasitəsilə gələcəyini də bilirdi. Kremlin terror aktında axtardığı “Ukrayna izi”ndən danışan hərbi kəşfiyyat rəisi qeyd edib ki, Moskva “Crocus”da baş verənlərlə bağlı versiyaları artıq üç dəfə dəyişib. “Məni şəxsən ittiham edən və bütün bunlarda Ukraynanı suçlayan Patruşev və Bortnikovun açıqlamaları ortaya çıxıb. Bu, cəfəngiyatdır. Yeri gəlmişkən, bu ağrılı məsələyə toxunsaq, düşmən olsa da, mən prinsipcə dinc əhaliyə qarşı terror aktlarını dəstəkləmirəm”, – Budanov bildirib. Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı baş verib. Silahlı şəxslər konsert zalının binasına soxulub, atəş açıb və məkanı yandırıblar, sonra isə hadisə yerindən qaçıblar. Son məlumata görə, ölənlərin sayı azı 140 nəfərdir, 11-i uşaq olmaqla 360 nəfər yaralanıb. Federal Təhlükəsizlik Xidmətinin (FTX) açıqlamasına görə, “Crocus” terroru” işi çərçivəsində ümumilikdə 11 nəfər saxlanılıb. Bu günə qədər səkkiz təqsirləndirilən şəxs, o cümlədən icraçı olduğu güman edilən dörd nəfər həbs edilib. Hadisədən yalnız 19 saat sonra sükutu pozmuş Rusiya Prezidenti Vladimir Putin çıxışında FTX-nin məlumatlarına istinadən bildirib ki, terrorçular Ukrayna yönünüdə hərəkət edirdilər və onlar üçün“Ukrayna tərəfindən dövlət sərhədini keçmələri üçün pəncərə hazır idi”. Daha sonra kəşfiyyat rəsmiləri ilə görüşdə Rusiya lideri hücumun “radikal islamçıların əli ilə” həyata keçirildiyini açıqlayıb. Eyni zamanda, Putin bu cinayətin “neonasist Kiyev rejiminin əli ilə 2014-cü ildən bəri ölkəmizə qarşı vuruşanların bir sıra cəhdlərinin halqası” ola biləcəyini istisna etməyib. FTX-nin direktoru Aleksandr Bortnikov faktiki olaraq dövlət başçısının narrativinə sadiq qalaraq deyib ki, Ukrayna ərazisində terrorçular üçün “pəncərə hazırlanmışdı” və onlar “qəhrəman kimi qarşılanacaqdılar”. Bundan başqa, “Meduza”nın məlumatına görə, dövlət və hökumətə yaxın Rusiya mediası Rusiya Prezident Administrasiyasından “Crocus City Hall”da terror aktı ilə bağlı məqalələrdə mümkün “Ukrayna izini” vurğulamaq üçün göstərişlər alıblar. Martın 26-da Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib ki, “Crocus City Hall”da terror aktını törətdikləri iddia edilən şəxslər respublikaya “daxil ola bilməyəcəklərini” görüblər deyə “üzlərini çevirib Ukrayna-Rusiya sərhədi hissəsinə gediblər”. Lukaşenkonun sözlərinə görə, terror aktından sonra həm Rusiya, həm də Belarusun sərhədyanı bölgələri gücləndirilmiş təhlükəsizlik rejiminə keçib. Yollarda postlar qurulub, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin (DTK), Dövlət Sərhəd Komitəsinin qüvvələri və hərbçilər cəlb olunub. Belarus lideri əlavə edib ki, şübhəlilərin Bryansk istiqamətində hərəkət etdiyi barədə məlumat alan Belarus və Rusiya rəsmiləri cinayətkarların ehtimal olunan hərəkəti istiqamətində öz ərazilərinə məhdudiyyət qoymaq barədə razılığa gəliblər. Rusiyanın rəsmi çevrələri və mediası tərəfindən gündəmdə saxlanılan “Ukrayna izi”nə baxmayaraq, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov martın 27-də “İzvestiya”ya verdiyi açıqlamasında bu versiyanı təsdiqləməyib, lakin mümkünlüyünü də istisna etməyib.
Saatlı rayonunda balıq tutan şəxsi elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə səhər saatlarında rayonun Orta Muğan kəndi ərazisində qeydə alınıb. Rayonun Qara Nuru kənd sakini Amil Səmədov balıq tutan zaman tilov yüksək gərginlikli elektrik naqilinə toxunub və cərəyanın təsirinə məruz qalan balıqçı ölüb. Faktla bağlı araşdırma aparılır.