"Kurskda hərbi əməliyyat başlanandan USQ 90-dan artıq yaşayış məntəqəsini və 1250 kv.km ərazini nəzarətə götürüb..." Rusiyada gizli səfərbərlik planlaşdırılır. Bu, cəbhədə böyük sayda itkilərlə bağlı zəruridir. Sozcu.az xəbər verir ki, bu barədə "Bild" nəşrinin baş redaktoru Janna Plaumann və nəşrin hərbi analitiki Yulian Repke fikir söyləyib. Beynəlxalq dəyərləndirmələrə görə, 2022-ci ilin fevralından 110-140 min rusiyalı hərbçi həlak olub. Vladimir Putinin Ukraynada döyüşən qoşunların sayını artırmaq niyyəti aydındır, kişilər yüksək ödənişlərlə xidmətə cəlb edilir, müddətli hərbi qulluqçalara müqavilə bağlamaq üçün təzyiq göstərilir. Ukrayna müdafiə nazirinin müavini İvan Qavrolyuk bəyan edib ki, Rusiya Ukraynada öz qoşunlarının sayını ilin əvvəlindən 400 mindən 600 minədək artırıb, ilin sonunadək bunu 800 min hərbi qulluqçuyadək artırmağı planlaşdırır. Lakin regionların müqavilə üzrə xidmətə cəlb etmək üçün vəsaitləri tükənməkdədir. "Geniş səfərbərlik yetişir. Güman edilir ki, Putin USQ-nin Kursk vilayətində hücumundan daha çox rusiyalıların hərbi xidmətə çağırışı üçün istifadə edə bilər. Doğrudur, böyük ehtimalla, bunu "rəsmən elan etmədən, gizli şəkildə" etməyə cəhd göstəriləcək", - nəşr yazıb. Kursk əməliyyatı - son xəbərlər Xəbər verildiyi kimi, USQ Kursk vilayətində hərbi əməliyyat başlanandan işğalçıların 90-dan artıq yaşayış məntəqəsini nəzarətə götürüb, bu da 1250 kv. km-dən artıq ərazi deməkdir. Hazırda orada hərbi komendatura fəaliyyət göstərir. Hərbi analitik Andrey Kramarov qeyd edib ki, rusiyalılar Ukraynanın cənubunda Zaporojye vilayətində işğalçıların ön cəbhədə ehtiyat qüvvəsi olan bölmələri buraya göndərilir. Bu, ukraynalı döyüşçülər üçün vəziyyəti bir qədər yüngülləşdirir. Bu arada isə Britaniya kəşfiyyatı məlumat verib ki, Kreml Kursk vilayətini USQ-nin hücumundan müdafiə etmək üçün mütəxəssislərdən ibarət formalaşan hissələri cəlb edir. Belə bölmələrdən biri Hava-Kosmik Qüvvələrinin şəxsi heyətindən formalaşan xüsusiləşdirilmiş motoatıcı alaydır. Qərb KİV-lərinin məlumatına görə, Kreml USQ-nin irəliləməsinin qarşısını almaq üçün cəbhədən hərbçiləri, habelə səthi hazırlıq keçmiş və azsaylı texnika və şübhəli rəhbərliyi olan gənc çağırışçıları bu regiona göndərir.
09:33 Bu günə qədər TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinməyib. Sozcu.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında qeyd olunub. Bildirilib ki, yoluxma şübhəsi olan xəstədən qaydalara uyğun olaraq nümunə götürülərək ərazi üzrə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir. Məlumatada qeyd olunub ki, hazırda TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xəstələrin müalicəsi üçün uyğun infrastruktur mövcuddur. Tibb müəssisələri virus əleyhinə dərman vasitəsi ilə təmin olunub. "Eyni zamanda qeyd edirik ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mütəxəssisləri tərəfindən birgə hazırlanan meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 14 iyun 2022-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub", - deyə bildirilib. *** Azərbaycan ərazisində bu günədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur. Vurğulanıb ki, meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir: “Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2-4 həftə davam edir. Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır. İnfeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir. Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir”.
Bakıda məktəblərdə yeni tədris ilinə hazırlıq məqsədilə dezinfeksiya işləri aparılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Məktəblərdə dezinfeksiya işləri aparılaraq sinif otaqları, dəhlizlər və ümumi istifadə olunan sahələr xüsusi təmizlik prosedurlarından keçirilir. Qeyd edək ki, meymunçiçəyi virusunun bütün dünyada yayılması ciddi sağlamlıq böhranı yaradır və bəzi bölgələrdə məktəblərin bağlanmasına səbəb olur. 2020-ci ildəki pandemiya prosesini xatırladan bu vəziyyət təhsilə də öz təsirini göstərir. Xüsusilə Avropanın “qırmızı həyəcan” vəziyyətində olan ölkələrində məktəblər açılmazdan əvvəl bağlanmağa qərar verilib. Qonşu ölkələrdə, Türkiyədə hələlik bu istiqamətdə qərar verilməsə də, halların sayı artarsa, oxşar addımlar atıla bilər. Beləliklə, meymunçiçəyi virusu təhsil sistemini də təhdid edir. Ölkəmizdə yeni dərs ili sentyabrın 15-də başlayacaq. Bununla yanaşı, Baş nazir Əli Əsədov "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında" qərar imzalayıb. Qərarla Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin hansı qaydada təşkili təmin ediləcəyi göstərilir. Belə ki, ümumi təhsil pilləsi üzrə - 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili; peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12- dən 22-dək distant (məsafədən) formada təhsil olacaq. Hazırda bir sıra dünya ölkələrində meymunçiçəyi ilə bağlı məktəblərin bağlandığı, COP29 ərəfəsində ölkəmizdə tətil olacağı bir dövrə qədər Azərbaycanda məktəblər distant təhsilə keçə bilərmi? Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı bir xəstəliyə kütləvi yoluxma halı baş verdikdə təhsil müəssisəsinin bağlanması, tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar digər aidiyyəti qurumlar tərəfindən verilir: “Bildiririk ki, uşaqlar arasında hansısa xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir. Buna baxmayaraq ənənəvi olaraq təhsil müəssisələrində müvafiq ehtimallar nəzərə alınaraq, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilir. Səhhətində narahatlıq müşahidə edilən təhsilalanlar tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir. Valideynlərə tövsiyə edilir ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil. İnfeksion xəstəliklərə yoluxma hallarının müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir. Hazırda distant təhsilə keçilməsi ilə bağlı hər hansı qərar yoxdur”.
Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, avqustun 19-20-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Axar.az-a bildirib ki, belə hava şəraitində təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır. “Buna görə əhaliyə müraciət edirik ki, təbiətdə təsərrüfat işləri aparılarkən və ya istirahət edilərkən mütləq qaydada yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, odla ehtiyatlı davranılmalıdır”, - deyə xidmət rəisi bildirib. N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb: “Gəncə-Qazax bölgəsində Tovuzda, Ağdamda yüksək, Ağstafada, Naftalanda çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Qubada, Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllıda, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Lənkəran, Yardımlı, Astarada yüksək yanğın təhlükəsi müəyyən edilib”.
“Bu gün Tənzilə Rüstəmxanlının adamlarından biri Neftçala Rayon İcra Hakimiyyətinin namizədlər üçün nəzərdə tutulmayan yerdə 23 avqust saat 18:00-a görüş elanları yapışdırdı. Elanları da gətirib Neftçalada qaldığım küçədə, qonşumun hasarına yapışdırmışdı. Meqafonla küçədə həm polisə, həm də DSK-ya müraciət etdim. Sonra da DSK-ya şikayət etdim”. Sozcu.az xəbər verir ki, bu sözləri sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 70 saylı Neftçala seçki dairəsindən namizəd olan ictimai fəal Vəfa Nağıyeva (Nağı) bildirib. Onun sözlərinə görə, hava qaralanda elanları sökdülər: “Tənzilə Rüstəmxanlının görüşünü ləğv etdirdik”.
Qəzzada atəşkəs və HƏMAS-ın saxladığı girovların azad edilməsi ilə bağlı Qətərdə aparılan danışıqlar nəticəsiz qalıb. Sozcu.az xəbər verir ki, bunu HƏMAS-ın Livandakı nümayəndəsi Əhməd Əbdülhadi deyib. “Vasitəçilər bizə dedilər ki, mübahisəli məqamlar həll olunmayıb, İsrailin Baş naziri Benyamin Netanyahu əlavə şərtlər irəli sürüb və danışıqları daha da çətinləşdirib”, - Əbdülhadi bildirib.
Son günlər ölkədə, xüsusilə də bir sıra bölgələrdə toy və yas mərasimlərində zəhərlənmələrin sayı artıb. Son hadisələrdən biri də Qəbələdə toyda kütləvi zəhərlənmə faktı olub. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqustun 15-də Qəbələ şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır. turbo az mercedes Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Digər bir hadisə isə Gəncədə yas mərasimində qeydə alınmışdı ki, burada da 40 nəfər qidadan zəhərlənib. Qeyd edək ki, mərasimlərdə bu kimi hadisələr ardıcıl xarakter alıb. Toy və yas mərasimlərində baş verən zəhərlənmələr bu problemin həllini zəruri edir. İnzibati üsulla və təsdiqlənmiş menyu ilə bu problemin həlli mümkündürmü? VI çağırış Milli Məslisin deputatı Fazil Mustafa “Cebheinfo.az”-a bildirib ki, bu, özəl sektorla bağlı məsələdir: “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu sahədə çox ciddi yoxlamalar, araşdırmalar aparır. Təbii ki, bütün hamını nəzarətdə saxlamaq mümkün deyil. Ancaq bu sahədə müəyyən işlər tənzimlənir. Xüsusi menyunu necə müəyyən etmək olar? Gedib hər restoranın mətbəxinə girib orada qayda-qanun yaratmaq imkanı yoxdur. Burada sahibkarların məsuliyyəti artıq olmalıdır ki, ən azı köhnəlmiş məhsulları vətəndaşlara təqdim etməsinlər. Bu, hər hansı problemlərin yaşanmasına səbəbə olarsa, məsuliyyət daşıyırlar. Bu, xüsusilə də rayon yerlərində hiss olunmağa başlayır. Əslində hər kəs öz məsuliyyətini hiss etməlidir. Olduğu sahədə problemlərə, xidmətə daha ciddi yanaşmalıdırlar”.
Son vaxtlar tərəflər arasında gərginlik artıb. Lakin bu, regionumuz üçün çox təhlükəlidir. Sozcu.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər İsrail və İrana çağırış edərkən bildirib. "Hər iki tərəfi ağıllı davranmağa çağırıram. Regionumuzun hər tərəfində illərdir toqquşmalar gedir. İnsanlar artıq yorulublar", - nazir qeyd edib.
09:44 Bakının Yasamal rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Ramin Sahib oğlu Həsənov bir neçə nəfərin hücumuna məruz qalıb. Xəsarət alan R.Həsənov təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı və üz-baş nahiyələrin dərialtı hematoması diaqnozları qoyulub. Yaralı ifadəsində bildirib ki, onu tanımadığı bir neçə nəfər şəxs küçədə döyüb. Hadisənin təfərrüatı araşdırılır. *** Bakıda 43 yaşlı kişini döyməkdə şübhəli bilinən şəxs tutulub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, avqustun 10-da Yasamal rayonu ərazisində R.Həsənovun döyülərək xəsarətlər alması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma aparılır.
"Azərbaycan üzrə sularda 37 xilasetmə məntəqəsi mövcuddur. Nabran, Neftçala, Şirvan, Lənkəran, Astara, Mingəçevir, Yevlax , Qəbələ, Xəzər, Xaçmaz rayonu və Siyəzən rayonlarında. Həmçinin 8 dalğıc-axtarış qruplarımız var". Sozcu.az musavat.com-a istinadla xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaətlə əlaqələr və təbliğat şöbəsinin böyük inspektoru, baş leytenant Fərid İlhamoğlu deyib. O bildirib ki, çimərlik kimi nəzədə tutulmayan ərazilərdə çimmək insan həyatına birbaşa təhlükə yaradır: dirnaq modelleri "FHN tərəfindən aparılan maarifləndirmə işlərinə baxmayaraq, təəssüflər olsun ki, yenə də bəzi vətəndaşlarımız tərəfindən , əsasən də yeniyetmə və gənclər arasında qeyri-iş günlərində çimərlik və qeyri-çimərlik ərazilərdə təhlükəsizlik qaydalarının pozulmasına rast gəlinir. Bu da bir çox hallarda acı sonluqla nəticələnir. Xidmətin texnika və avadanıqlarından başqa suda digər hərəkət vasitələrinin: qayıqların, skuterlərin çimərlik ərazisinə daxil olması qadağandır. Qızmar günəş altında dayanmaq, küləkli havada və sərxoş halda dənizə girmək qadağandır. Hava qaraldıqdan onra suya daxil olmaq olmaz. İnsan həyatı üçün təükəlidir". Böyük inspektorun sözlərinə görə, xidmət yay fəslində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: "Xilasedicilərimiz səhər saat 9-dan axşam saat 8-dək xidmət aparırlar. Axşam 8-dən sonra hava qaralır və görüntü məhdudiyyəti yaranır. Xilasedicilərimiz səsgücləndiricilər vasitəsi ilə istirahət edən vətəndaşlara bildirirlər ki, artıq hava qaraldıqdan sonra suya dalmaq, gecələmək, çimərliklərdə qalmaq həyat üçün təhlükəli ola bilər. Bölgələrimizdə yerləşən su hövzələri: suvarma kanalları, çaylar, göllər, arxlar və bir çox hövzələr çimərlik üçün nəzərdə tutlmayıb. Odur ki, vətəndaşlarımıza xahişimiz odur ki, həmin su hövzələrinə daxil olmasınlar. Çünki həmin su hövələri naməlum mürəkkəb dərinliyə, sürəti axına malikdir. Suyu altında hansı yad cismin bizi gözlədiyini bilmirik. Vətənaşlarımız həmin su hövzələrinə daxil olub, həyatlarını təhlükəyə atmasınlar. Ölüm halları çox zaman bilinməyən su hövzələrində baş verir. Həyatını itirən vətəndaşlarımız təəssüflər olsun ki, suvarma kanallarında göllərdə və süni yaradılmış arxlarda həyatlarını itirirlər. Bakı şəhərinə gəlincə isə Xəzərin nəzarət olunmayan ərazilərində küləkli hava şəraitində suya daxil olaraq həyatlarını təhlükəyə atırlar və batırlar. Çimərlik kimi nəzərdə tutulmayan ərazlərə getməsinlər".
Samur-Abşeron kanalının "Şəfəq" qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, Abusət Əliyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Samur-Abşeron kanalına düşüb. Avtomobil sudan çıxarılsa da, Abusət Əliyev tapılmayıb. Onun axtarışları davam etdirilir. Qeyd edək ki, A.Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.
Ukrayna müharibənin 898-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 588 540 hərbçi, 8 434 ədəd tank, 16 341 ədəd zirehli döyüş maşını, 16 536 ədəd artilleriya sistemi, 1 142 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 916 hava hücumundan müdafiə sistemi, 366 ədəd hərbi təyyarə, 327 ədəd helikopter, 22 371 ədəd avtomobil texnikası, 13 325 ədəd PUA, 2424 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 769 xüsusi avadanlıq itirib.