Livanın "Hizbullah" Hərəkatı tərksilah olmaqdan imtina edib.
Sozcu.az xəbər verir ki, bunu bu gün "Hizbullah"ın lideri Naim Qasım bəyan edib.
Naim Qasım deyib ki, İsrailin təhdidlərinə və artan beynəlxalq təzyiqlərə, o cümlədən Livan hökumətinin çağırışına baxmayaraq Hizbullah silahı yerə qoymayacaq və təslim olmayacaq. Hizbullahın lideri Livan hökumətini atəşkəs razılaşmasına baxmayaraq İsraiin davam edən hücumları qarşısında susmaqda da günahlandırıb.