Ukrayna Rusiyanın 3 helikopterini məhv etdi

Ukraynanın Təhlükəsizlik Xidməti Krımın “Kirovskoye” aerodromunda "Pantsir-S1" zenit raket atəş kompleksi və 3 ədəd Mi-8, Mi-26 və Mi-28 hərbi helikopteri partladıb.

Sozcu.az xəbər verir ki, bu barədə xidmətin mətbuat mərkəzi məlumat yayıb.

PUA-lar vasitəsilə həyata keçirilən əməliyyat zamanı Rusiya ordusuna məxsus silah anbarları da sıradan çıxarılıb.

Qeyd edək ki, gecə saatlarında həmin aerodromda 2 dəfə partlayış səsi eşidilib.

Share on Facebook