Milli Məclis Aparatında yeni yaradılan şöbənin fəaliyyət istiqamətləri açıqlanıb

Milli Məclis Aparatında yeni yaradılan İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin fəaliyyət istiqamətləri məlum olub.

Sozcu.az-ın məlumtına görə, bu, “Azərbaycan Respublikası Milli Məclisinin Aparatı və İşlər İdarəsi haqqında” Əsasnamədə əksini tapıb.

Əsasnaməyə əsasən, İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

– qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında sıx qarşılıqlı əlaqəni və konstruktiv əməkdaşlığı təşkil etmək;

– icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətə dair proqramların hazırlanıb həyata keçirilməsində iştirak etmək.

– İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:

– Milli Məclisin, onun komitə və komissiyalarının iclaslarında deputatların qəbul olunan qanunların icra vəziyyəti, icra hakimiyyəti orqanlarının fəaliyyəti ilə bağlı söylədikləri mülahizələri, irəli sürdükləri təklifləri qeydə alır, ümumiləşdirir, Milli Məclisin rəhbərliyinə və ali icra hakmiyyətinin müvafiq qurumuna çatdırır;

– deputatların seçki dairələrində vətəndaşlar ilə keçirdikləri görüşlər, onlar tərəfindən seçicilərin müraciətlərinə baxılmasının nəticələri, onların sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində çıxışları barədə məlumatları toplayır, təhlil edir, ümumiləşdirir, Milli Məclisin rəhbərliyinə və ali icra hakimiyyətinin müvafiq qurumuna təqdim edir;

– deputatların ölkədaxili və beynəlxalq fəaliyyəti barədə məlumatları toplayır, təhlil edir, ümumiləşdirir, Milli Məclisin rəhbərliyinə və ali icra hakimiyyətinin müvafiq qurumuna təqdim edir;

– ali icra hakimiyyəti orqanında Milli Məclislə qarşılıqlı fəaliyyətin əlaqələndiricisi təyin edilmiş qurumun məsul şəxsləri ilə müntəzəm əlaqə saxlayır;

– yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış cədvəllərə əsasən deputatların seçildikləri dairələrdə vətəndaşlarla görüşlərinin təşkili prosesinin gedişini müşahidə edir və nəzarət altında saxlayır;

– deputat köməkçiləri ilə qarşılıqlı əlaqəni təkmilləşdirmək məqsədi ilə deputat köməkçiləri tərəfindən irəli sürülən təklifləri müntəzəm təhlil edir, ümumiləşdirir və onlardan istifadə olunması üçün tədbirlər görür.

Həmçinin, öz vəzifələrini yerinə yetirmək üçün İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin bu Əsasnamə ilə müəyyən edilmiş hüquqlarla yanaşı, aşağıdakı hüquqları var:

– deputatlara ünvanlanmış sorğu və müraciətlər onlar tərəfindən aidiyyəti üzrə göndərildikdən sonra həmin sorğu və müraciətlərin icrasının nəticələri barədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarından məlumat almaq;

– deputat köməkçilərindən lazımi məlumat və hesabatlar almaq;

– deputat köməkçilərinin işinin şöbə tərəfindən hazırlanan təlimatlara uyğun qurulmasına nəzarət etmək;

– şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvafiq iş təcrübəsini öyrənmək, icra hakimiyyəti orqanlarında təşkil olunan təqdimat, konfrans, seminar və digər tədbirlərdə Aparatı təmsil etmək;

– qəbul edilmiş qanunların icrası ilə bağlı qarşıya çıxan problemlərə dair məlumatları icra hakimiyyəti orqanlarından alıb Milli Məclisin rəhbərliyinə və müvafiq komitələrinə təqdim etmək;

– Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin adı həkk olunmuş blanklara, müvafiq möhür və ştamplara malik olmaq və onlardan istifadə etmək.

Facebook Comments