Kimya müəllimlərindən Emin Əmrullayevə etiraz - imtahan yenidən keçirilsin

Kimya müəllimlərinin sertifikatlaşdırma imtahanı ilə bağlı sosial şəbəkələrdə narazılıq artır. Müəllimlər imtahanın məzmununun kimya fənninə uyğun olmadığını, sualların əsasən riyazi yönümlü olduğunu bildirirlər.

Sozcu.az xəbər verir ki, kimya müəllimləri onlar üçün sertifikasiya imtahanının yenidən təşkil edilməsini tələb edirlər.

Kimya müəlliməsi Sara Huseyn bildirib ki, onlar kimyadan yox, riyaziyyatdan imtshan veriblər:

“Kimya adı altında riyaziyyatdan imtahan verdik. Biz məktəbdə kimya fənnini tədris edirik, riyaziyyat yox. Suallar vaxt aparan və mərhələliydi, 2 saat bu suallar üçün az vaxtdır. Kimyadan maksimum nəticə yoxdur. 49 balla imtahandan keçdim, amma 50+ olması üçün vaxtım çatmadı. Eyni gündə imtahan verən kimya və biologiya arasında ayrı-seçkilik oldu.”

Digər bir müəllim – Afaq Cəbrayıllova isə imtahanda düşən sualların ümumiyyətlə kimya elminə uyğun gəlmədiyini qeyd edir:

“Kimya müəllimlərinin sertifikatlaşdırma imtahanında salınan suallar heç də kimya elminə uyğun olmayan suallar idi. Mən kimya müəllimi olaraq bilmədim kimyadan, yoxsa riyaziyyatdan imtahan verdim. 48 bal toplasam və imtahanın test mərhələsindən keçsəm də, mən bu sualların təhlil olunmasını tələb edirəm. Yeni kimya müəllimləri bu qədərmi aciz və savadsız oldular ki, bu sualların öhdəsindən çoxluq olaraq gələ bilmədilər?”

Şərifə Nəcəf Məmmədova isə sualların fənlər üzrə qeyri-bərabər səviyyədə tərtib olunmasından narazıdır:

“Nəyə görə suallar salınanda bütün fənlərdə səviyyələr eyni olmur? Biologiya asan, kimya çətin salınıb. Kimya müəllimlərinin imtahanı riyaziyyat imtahanı kimi çox vaxt aparan olub. Müəllimlər haqlıdır – onlar riyaziyyat yox, kimyadan imtahan verirdilər.”

Narazılıq edən müəllimlərin bununla baölı sosial şəbəkələrdə yazdıqlarını təqdim edirik:

Tribunainfo.az

47847d8b44b3dd9b2404fd780f49206e.jpeg

035941de4bcc3e8681b43430d298465c.jpeg

74aaf08c7e6ad8331c6a2f5ecf59220d.jpeg

b945a66b344f629e124a352d6a7bc16e.jpeg

846e1f49c83dbc33b7d529e31882dc9a.jpeg

cc75efd34f2e23d58643998d3c2e9906.jpeg

a8f59f50303b77c669fa1085055a7110.jpeg

24f2604addf8d0ba7ea61f098963033d.jpeg

78939702ae5689ceea74aa0cc3d69b47.jpeg

Share on Facebook