Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəisi kimdir: polkovnik...

Xəbər verildiyi kimi, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib. Artıq onun yerinə təyinat da olub.

Belə ki, indiyədək Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini postunu tutan Fərid Əsgərov yeni vəzifədə Bəylər Eyyubovu əvəzləyəcək.

Sozcu.az xəbər verir ki, Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəisi Fəriz Əsgərovun polkovnik rütbəsində olduğu bildirilir.

Fərid Əsgərov 2007-2023-cü illərdə Azərbaycan Milli Karate Federasiyasının I vitse-prezidenti postunu tutub.

O, daha əvvəl "Paşa Holdinq"də işləyib.

Share on Facebook