“Soydaşlarımız başqa ölkədə ikinci “sort” insan kimi yaşamaqla...”

“İranı çıxmaqla azərbaynalıların ən çox yaşadığı 2 xarici ölkə var: Türkiyə və Rusiya. Deyilənə görə, hər birində təxmini 3 mln soydaşımız yaşayır. Niyə? Yalnız ona görə ki, Türkiyə qardaş ölkədir? Yalnız ona görə ki, kişilərimiz rus xanımlarıma meyllidir (Rusiyada kişilərimizin sayı qadınlarımızdan xeyli çoxdur)? Xeyr! Əsas səbəb bu iki ölkədə bizimlə müqayisədə qanunçuluq səviyyəsinin daha yüksək olmasıdır. Xüsusilə, iqtisadi sahədə”.

Bu sözləri hüquqşünas Əkrəm Həsənov öz “Facebook” səhifəsində yazıb.

O, ölkədəki iqtsadi inhisarlaşmanı tənqid edib: Sezar pizza

“Xalqımız çox işzgüzardır, puz qazanmağı sevir. Sahibkarlığın isə üç əsas təməli var: mülkiyyətin müdafiəsi, öhdəliklərin icrası və sağlam rəqabət.

Azərbaycanda nəinki sahibkarın mülkünü, adi vətəndaşın da evini bir günə əlindən ala bilərlər. Sahibkarın bağladığı heç bir müqavilənin icra olunmasına təminat yoxdur.

Sağlam rəqabətdən isə danışmağa dəyməz: ölkədə iqtisadiyyat tədricən daha da inhisarlaşır. Məhz buna görə də soydaşlarımız başqa ölkədə ikinci “sort” insan kimi yaşamaqla, hətta bəzən xoşagəlməz münasibətlə barışır”.

Share on Facebook