AB səfirindən Yekaterinburqdakı zorakılığa reaksiya

Rusiya təhlükəsizlik qüvvələri tərəfindən etnik azərbaycanlılara qarşı törədilən zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticələnən xəbərlərdən dərin narahatam.

Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko özünün X hesabında yazıb.

"Mənim fikirlərim qurbanlar və onların ailələri ilədir", - Mixalko paylaşımında bildirib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb. Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Bundan sonra Azərbaycanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb.

Share on Facebook