“Bununla tək özünüzə deyil, böyük Allahın Sizə əmanət verdiyi cisminizə qəsd edirsiz…”

Mən bunları istəyim daxilində deyil (çünki, məlum səbəblərdən covid19-la bağlı nəsə yazmağın məqbul olmadığına, özümü inandırmağa çalışırdım), sadəcə dünən mənə əziz olan bir dostumun (o da elmlər doktoru, professordur) üst-üstə 2 maska, 2 əlcək taxdığını görüb, qəlbim ağrıdığına görə, məcburiyyətdən yazdım:

Siz də oxuyun, istəsəz əməl edin, istəməsəz, babalı təbliğ edənlərin boynuna:

Bilin, Covid19 xarici mühütdə, hər hansı bir əşyanın səthində 24-72 saat yaşamağa qadir olsa da, bu virus deyil, ölmüş virusun genomudur. Onun yoluxdurma qabiliyyəti sıfırdır. Digər tərəfdən, bu genom içrə aktiv virus olsa belə, onun su və ya yeyinti məhsulları ilə orqanizmə daxil olduğu təqdirdə, mədədə duz turşusunun təsirinə məruz qalaraq, ani olaraq inaktivləşir, yoluxdurucu amil yox, orqanizm üçün zəruri olan qidalandırıcı zülal fraqmentinə çevrilir.

Odur ki, adi halda cərrahi əlcəyi uzun müddət geymək (açıq havada, dövrü olaraq müxtəlif əşyalara toxunmaqla) yalnız tək covid19-a deyil, bütün mikrob, bakteriya, göbələk, virus və s. infeksiyalara yoluxma riskini, çox yox, cəmi 7,2 dəfə artırır (cərrahi əlcək qısa müddətdə, cərrahi otaqlarda və ya qida məhsullarının ilkin emalı zamanı geyinilməlidir). Bunun səbəbi, kauçuk əsaslı olduğundan, rezin əlcəyin, qeyri-steril mühütdə mikroorqanizmləri özünə aktiv şəkildə toplaması və mikrocanlıların inkişafı üçün qidalı mühit olmasıdır. Digər tərəfdən, tamlığı pozulmamış dəri səthi yüksək antimikrob və antiviral fəallığa malikdir və virulentliyindən asılı olmayaraq, təmasda olduğu heç bir mikrocanlını hüceyrə sitoplazmasına buraxmır. Cərrahi əlcək çox yox, cəmi 46 dəqiqə geyinilərsə, dəri səthi tək lipofil deyil, hətta hidrofil struktur aktivliyinə malik olan canlıların belə, sitoplazmaya aktiv şəkildə nüfuzuna mane ola bilmir. Bu halda dəri səthi yalnız, subhüceyrəvi struktur vahidi səviyyəsində “reptil” sistemə mövcud məlumatı göndərmək səviyyəsində aktivlik əmsalına malik olur. Eləcə də, bu prosesə ilkin autorequlyator mexanizmlərin dərki səviyyəsində əzab çəkərək, onu seyr edir. Odur ki, Siz, adi halda cərrahi əlcəkləri geyərək, saatlarla gəzərkən, fərd kimi tək özünüzə deyil, sadəcə böyük Allahın Sizə əmanət verdiyi cisminizə qəsd edirsiz. Bunu etmək olmaz, səbəbləri tək mənim söylədiklərim deyildir, bir az da dərindən düşünsəz, söyləyə bilmədiklərim səbəblər də Sizə aydın olacaqdır.

P.S. Çox yazmaq istəmirəm, növbəti paylaşım “maska taxmaq” və onun arzuolunmaz fəsadları ilə bağlı olacaq.

Musa Qəniyev, Azərbaycan Tibb Universitetinin professoru

Facebook Comments