Təbrizlə Qarabağ Azərbaycandır!!!

Vüqar Əhməd

TƏBRİZLƏ QARABAĞ AZƏRBAYCANDIR!

Heydərbaba dağı başı dumanlı,

Orda türklərimiz olub iranlı,

ƏRDOĞAN Araza bayatı dedi,

Zərif Ağa dedi: “Dayan amandı!”

Quzeyin sizlərə hər vaxt həyandı,

Bu millət bir yatıb birgə oyandı.

Araza qum doldu, sakit dayandı,

İtkinlik, ayrılıq dəhşət, yamandı.

Heç kəs qıra bilməz Türkün Vüqarı,

Allah, sil qəlbimizdən qəmi, qübarı,

Bakıyla qardaşdır Təbriz diyarı,

Düşmən paxıllıqdan alışdı, yandı.

İlhamlı Qarabağ salamlar sizi,

Şuşa salam deyir, həm Cıdır düzü,

Qəmlidir Arazın “Sazının sözü”,

Bir ürəkdə Quzey-Güney bir candı,

Dünyanın ürəyi Azərbaycandır!!!

Təbrizlə Qarabağ Azərbaycandır!!!

Facebook Comments