Hizbullah İsrailə hücum edəcək - KİV

Hizbullah və Yəməndəki husilərin İsrailə qarşı hücumlara başlayacağı iddia olunur. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

İran Təl Əvivi vurdu

İran ordusu İsrailin paytaxtı Təl Əvivə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

Trampdan İran xalqına müraciət: Əməliyyatlardan sonra...

ABŞ Prezidenti Donald Tramp İran xalqına müraciət edib. Sozcu.az xəbər verir ki, o, İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib. “Çox güman ki, bu, sizin yeganə şansınız olacaq”, - Tramp qeyd edib.

Pezeşkian hücumlar nəticəsində xəsarət alıb?

İran Prezidenti Məsud Pezeşkian İsrail və ABŞ-ın hücumları nəticəsində xəsarət almayıb. Sozcu.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

İranın İsrailə qarşı əməliyyatının adı...

Xəbər verdiyimiz kimi, İsrail səhər saatlarında qarşı qabaqlayıcı zərbələr endirməyə başlayıb. Sozcu.az İran mediasına istinadən xəbər verir ki, buna qarşılıq olaraq İranda əməliyyatlara başlayıb. Məlumata görə, İranın İsrailə qarşı raket əməliyyatının adı “Fateh Khyber” (Xeybərin fəthi) adlanır.

İran ordusunun baş komandanı öldürüldü

İran ordusunun baş komandanı Əmir Hatəminin öldürüldüyü iddia olunur. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

ABŞ İranda genişmiqyaslı əməliyyatlara başladı - Tramp

ABŞ İranda genişmiqyaslı döyüş əməliyyatlarına başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib. “Qısa müddət əvvəl İranda mühüm hərbi əməliyyatlara başladıq. Məqsəd ABŞ vətəndaşlarını İrandan gələ biləcək təhdidlərdən qorumaqdır”, - Tramp bildirib. Qeyd edək ki, daha əvvəl İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

İrana hücum: Təbrizdə də partlayış səsləri eşidilir

İsrailin İrana hücumu zamanı Tehranla yanaşı, başqa şəhərlər də hədəfə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Qeyd olunub ki, İsfahan, Qum, Lorestan, Kirmanşah, Təbriz, Kərəcdə də partlayış səsləri eşidilib.

Xamenei Tehranda deyil - KİV

İranın ali lideri Əli Xamenei paytaxt Tehranda deyil. O, təhlükəsiz yerə köçürülüb. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat verib. Qeyd edək ki, bu gün səhər saatlarından İsrail və ABŞ qüvvələri İrana zərbələr endirməyə başlayıb.

Qum şəhərində nüvə obyektinə hücum edildi

İranın Qum şəhərində nüvə obyektinə hücum edilib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

ABŞ İsraillə birgə İrana zərbələr endirir

ABŞ İsraillə birgə İrana zərbələr endirir. Sozcu.az xəbər verir ki, bunu ABŞ rəsmisi “Əl Cəzirə” telekanalına bildirib. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

Xameneinin ofisinin yerləşdiyi ərazi də vuruldu

Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığına zərbə endirilib. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı İsrail mediası yayıb. Zərbənin miqyası və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib. Qeyd olunur ki, zərbə strateji əhəmiyyətli zonaya endirilib. Bölgədə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

İsrail İran prezidentinin iqamətgahını vurdu - Təcili

İran prezidentinin iqamətgahı və kəşfiyyat qərargahı da daxil olmaqla, indiyə qədər İran ərazisində təxminən 30 hədəfə zərbə endirilib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

İsrail İrana zərbələr endirir - Katz elan etdi

İsrail dövləti İsrailə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qarşı qabaqlayıcı zərbələr endirib. Sozcu.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib. “Nəticədə, yaxın vaxtlarda İsrail və onun mülki əhalisinə qarşı raket və PUA hücumu gözlənilir”, - o bildirib. O, İsrailin bütün ərazisində fövqəladə vəziyyət elan edən xüsusi sərəncam imzalayıb.

İran İsrailə ballistik raket dalğası buraxdı – Təcili

İranın İsrail istiqamətində ilk ballistik raket dalğasını buraxdığı bildirilir. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb Məlumata görə, İsrail istiqamətində təxminən 30 raket atılıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

Tibbi işçiləri üçün sertifikasiya tələb oluna bilər - komitə sədri

Müasir dövrdə tibbi turizmin əhəmiyyəti son dərəcə artıb. Bu gün tibbi turizm sayəsində ölkələr böyük iqtisadi gəlirlər əldə edirlər. Təəssüf ki, biz ölkə olaraq mövcud potensialımızdan hələ də kifayət qədər istifadə edə bilmirik. Halbuki bunun üçün geniş imkanlarımız var. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçiriləcək ictimai dinləmədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.  “Hesab edirəm ki, bu istiqamətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası birgə fəaliyyət göstərərək tibbi turizmin inkişafı üçün konkret tədbirlər planı hazırlamalı və onu həyata keçirməlidirlər. Qeyd etmək lazımdır ki, tibbi turizmdən əldə olunan gəlir digər turizm növləri ilə müqayisədə 6–10 dəfə daha yüksək ola bilir. Bu baxımdan ölkəmiz bu sahədən əhəmiyyətli maliyyə vəsaiti əldə edə bilər”. Komitə sədri bildirib ki, klinikalarda çalışan təcrübəli mütəxəssislərin və əməkdar tibb işçilərinin bu sahədə fəal iştirakı son dərəcə mühüm əhəmiyyət daşıyır. Bu baxımdan deputat onların beynəlxalq sertifikasiya keçməli olduğunu qeyd edib: “Bu sertifikasiya bir neçə əsas meyara söykənməlidir: mütəxəssisin hansı ali təhsil müəssisəsini bitirməsi, hansı nüfuzlu tibb mərkəzlərində ixtisasartırma və ya təcrübə keçməsi, çalışdığı sahə üzrə beynəlxalq səviyyədə tanınan elmi nəşrlərdə məqalələrinin dərc olunması, peşəkar fəaliyyətinin beynəlxalq platformalarda və rəsmi tibbi resurslarda tanıdılması. Bundan əlavə, klinikalarda aparılan müalicə və cərrahi əməliyyatların statistik göstəriciləri də açıq şəkildə təqdim olunmalı olduğunu bildirib.  O qeyd edib ki, klinikalarda əməliyyatların uğur faizi, ağırlaşma göstəriciləri, pasiyent məmnunluğu reytinqləri göstərilməlidir.  “Tibbi turizm məqsədilə ölkəyə gəlmək istəyən şəxslər məhz bu məlumatlara əsaslanaraq seçim edirlər. Ölkəyə gələn heç bir turist klinikadakı qiymətə yox, bu göstəricilərə baxır”.   Ə.Əmiraslanov qeyd edib ki, tibbi turizmi inkişaf etdirmək istəyiriksə, ölkəmizdə müasir reabilitasiya mərkəzlərinin yaradılması və bu sahədə işin sistemli şəkildə təşkili vacibdir.

Şamaxıdakı zəlzələ təkrarlana bilər? - Qurban Yetirmişli DANIŞDI

“Zəlzələnin yenidən başvermə ehtimalı yoxdur. Təkrarlanma yalnız xırda təkanlar şəklində ola bilər”. Bunu “Yen Sabah”a açıqlamasında Azərbaycan Milli Elmlər Aakademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, 4,7 maqnitudalı zəlzələnin ardınca 3.3 bal gücündə yeni təkan da qeydə alınıb: “Lakin qorxulu heç nə yoxdur. Avterşoklar hesabında enerji boşalması getməlidir ki, tarazlıq bərpa olunsun. Ümumiyyətlə, belə xırda təkanlar tez-tez baş verir. Azərbaycan seysmik zonada yerləşmir. Bizdə yalnız yüngül tərpənişlər baş verə bilər. Narahtlığa əsas yoxdur”. Qeyd edək ki, Şamaxı rayonunda 4,7 maqnitudalı zəlzələ qeydə alınıb. Yerli vaxtla 15:52-də qeydə alınan yeraltı təkanların dərinliyi 12 km olub. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

FHN-dən Şamaxıdakı güclü zəlzələ ilə bağlı AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi Şamaxıdakı güclü zəlzələ ilə bağlı açıqlama yayıb.  Sozcu.az xəbər verir ki, açıqlamada bildirilib:  “Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 27.02.2026-cı il tarixində yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.  Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub. Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”.

Daha bir zəlzələ oldu

Şamaxı rayonunda daha bir zəlzələ qeydə alınıb. Bu barədə Sozcu.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. 3.3 maqnitudalı zəlzələ yerli vaxtla 16:05-də baş verib. Yeraltı təkanın dərinliyi 10 km-dir.

Azərbaycanda güclü zəlzələ oldu

Şamaxı rayonunda 4,7 maqnitudalı zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Qeyd edilib ki, yerli vaxtla 15:52-də qeydə alınan yeraltı təkanların dərinliyi 12 km olub. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı və rəqəmsal texnologiyaların geniş tətbiqi sosial şəbəkələrin ictimai münasibətlər sistemində əhəmiyyətli yer tutmasına səbəb olmuşdur. "Sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir. Beynəlxalq təşkilatların və elmi tədqiqat qurumlarının araşdırmaları, digər ölkələrin təcrübəsi göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunmasına diqqət yetirilməsi, onların psixoloji rifahı və təhlükəsizliyi, sağlam inkişafı üçün xüsusi hüquqi müdafiə və texnoloji mühafizə mexanizmlərinin tətbiqi tələb olunur. Bu yanaşmada rəqəmsal mühitdə uşaqların şəxsi həyatının, ləyaqətinin və təhlükəsizliyinin bilavasitə dövlətlər tərəfindən qorunması tövsiyə edilir. Beynəlxalq təcrübədə, ilk növbədə, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, onlara uşaqlar üçün risklərin azaldılması, məlumatların daha ciddi mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklər müəyyən edən tələblərin tətbiqinin geniş vüsət alması müşahidə olunur. Bu yeni tələblər sosial şəbəkələrin fəaliyyətinin sistemli hüquqi çərçivədə tənzimlənməsi, valideyn nəzarəti, platformadaxili təhlükəsizlik mexanizmləri və yaşa uyğun məzmun filtrləri vasitəsilə uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyini təmin edir, həmçinin onların kritik informasiyanı təhliletmə, davranış və bilgi mədəniyyətinin inkişafına şərait yaradır", - Sərəncamda vurğulanıb. Sərəncama əsasən, Nazirlər Kabineti: aidiyyəti dövlət orqanlarını (qurumlarını), elmi müəssisə və təşkilatları, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə və beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsini təmin etməli; məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi, eyni zamanda mediada valideynlər, müəllimlər və uşaqlara yönələn maarifləndirmə proqramlarının hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər görməli; sosial şəbəkələrdən qanunauyğun istifadənin, belə istifadə zamanı uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işinin həyata keçirilməsi, o cümlədən uşaqların rəqəmsal rifahına dair elmi tədqiqatlar aparılmasının təşviq edilməsi məqsədilə tədbirlər görməli; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Vens: ABŞ-ın İrana hücumu regionda uzunmüddətli münaqişəyə səbəb olmayacaq

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ABŞ-ın İrana potensial hücumunun Yaxın Şərqdə uzunmüddətli münaqişəyə səbəb olmayacağına əmin olduğunu bildirib. Sozcu.az xəbər verir ki, vitse-prezident bu barədə 26 fevral tarixində “The Washington Post“ qəzetinə müsahibəsi zamanı danışıb. "Yaxın Şərqdə illərlə sonu görünməyən bir müharibə aparacağımız fikri – bunun baş vermə ehtimalı yoxdur", - o deyib. Vansin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın nəzərdən keçirdiyi variantlar arasında İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi əməliyyatlar və diplomatik həll variantları var. "Düşünürəm ki, hamımız diplomatik varianta üstünlük verərdik", - deyən Vens bildirib ki, Vaşinqton administrasiyası İranın nüvə proqramına diplomatik həll yolu tapmağa üstünlük verəcək. Amma bütün bunlara baxmayaraq o, hər şeyin İran hakimiyyətinin nə edəcəyindən və nə deyəcəyindən asılı olduğunu bildirib.

ABŞ "Sinaloa" kartelinin liderləri barədə məlumat verənə 10 milyon dollar mükafat təyin edib

ABŞ Meksikanın "Sinaloa" kartelinin liderləri Rene və Alfonso Arsat Qarsiya qardaşlarının tutulmasına kömək edən məlumatlara görə 10 milyon dollar mükafat təklif edib. Sozcu.az-ın məlumatına görə, bu barədə Dövlət Departamenti açıqlama yayıb. Qeyd olunur ki, "Qurbağa" ləqəbi ilə tanınan Rene Arsat Qarsiya və "Axilles" kimi tanınan qardaşı Alfonso Arzat Qarsiya təxminən 15 ildir ki, kartelin bölmələrindən birinə rəhbərlik edir və ABŞ-yə fentanil də daxil olmaqla narkotik qaçaqmalçılığına nəzarət edir. 2014-cü ildə ABŞ hakimiyyəti onları qiyabi olaraq ittiham edib, 2023-cü ildə isə ABŞ-nin Maliyyə Nazirliyi onları narkotik qaçaqmalçılığına görə sanksiya siyahısına salıb. Rene Arzat Qarsiya həmçinin xarici terror təşkilatının fəaliyyətinə dəstək verməkdə, metamfetamin, kokain, fentanil və marixuana qaçaqmalçılığında və çirkli pulların yuyulmasında ittiham olunur. Qeyd olunur ki, ötən ilin fevral ayında ABŞ administrasiyası "Sinaloa" və "Jalisco Nueva Generacion" da daxil olmaqla səkkiz narkotik kartelini xarici terror təşkilatı kimi tanıyıb.report)

Mərkəzdə söküntü: Kompensasiya yetərsizdir

Paytaxtın mərkəzi ərazilərində yaşayırlar, amma mənzillərinin sahəsi kiçik olduğu üçün verilən kompensasiya məbləği ilə yaşadıqları yerin ətrafından mənzil ala bilmirlər. Sozcu.az xəbər verir ki, paytaxtda aparılan söküntü işləri çərçivəsində ev sahiblərinin əsas problemlərindən biri də məhz budur. Məsələn, 30 kvadratmetr sahəsi olan mənzil sökülən zaman kvadratına 2700 manat kompensasiya hesablanarsa, 80 min manatdan bir qədər artıq məbləğ edir ki, bu pulla da ev sahibi yaşadığı əraziyə yaxın yerdən, yəni mərkəz ərazilərdən ev ala bilmir. Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bu mexanizmin təkmilləşdiriliməsinə ehtiyac var - kompensasiya yerinə kiçiksahəli ev sahiblərinə həmin yerə yaxın ərazidən ev verilsin. Deputat Vüqar Bayramov bildirib ki, dövlət ehtiyacları üçün torpaqların alınması zamanı da mövcud imkanlar çərçivəsində vətəndaşlara əlavə dəstək mexanizmləri nəzərdən keçirilə bilər.(Xəzər TV)