Prezident olsayım müharibə olmazdı - Bayden

Əgər mən prezident olsaydım, bu müharibə olmazdı! Sozcu.az xəbər verir ki, bunu ABŞ-nin eks-prezident Co Bayden bildirib. Qeyd edək ki, Co Bayden ABŞ-nin 46-cı prezidentidir. Onun dövründə Rusiya-Ukrayna müharibəsi başlayıb və hələ də davam edir. 

"Atam sağ-salamatdır" - Pezeşkianın oğlu

İran Prezidenti Masud Pezeşkianin oğlu Yusif Pezeşkian "Mehr" agentliyinə açıqlamasında bildirib ki, atam sağ-salamatdır və başına yönələn sui-qəsd cəhdi uğursuz olub. *** 11:43 Pezeşkian hücumlardan zərər çəkməyib. Sozcu.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb. "İran prezidenti İsrail və ABŞ-nin hücumları nəticəsində xəsarət almayıb" - deyə açıqlamada bildirilib. 

ABŞ hələ belə hücum görməyib - KİV

ABŞ tarixində ilk dəfə xarici bazalarına eyni anda genişmiqyaslı hücumlarla üzləşir. Sozcu.az xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzetinin ABŞ-lı bir rəsminə istinadən verdiyi məlumata bildirilir.  Qeyd edilib ki, ABŞ indiyə qədər xaricdəki bazalarına qarşı belə genişmiqyaslı və eyni anda həyata keçirilən hücumlarla qarşılaşmayıb.

İsrail KİV: Xameneinin ofisi tamamilə dağıdıldı

10:51 Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığına zərbə endirilib. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı İsrail mediası yayıb. Zərbənin miqyası və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib. Qeyd olunur ki, zərbə strateji əhəmiyyətli zonaya endirilib. Bölgədə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. *** İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin ofisi tamamilə dağıdılıb. Bu barədə anonim İsrail rəsmisi Kanal12-yə danışıb. Onun sözlərinə görə, Xameneinin həmin vaxt orada olduğu məlum deyil. Mənbə İranın bütün əsas liderlərinin hədəf alındığını qeyd edib.

Xamenei və Pezeşkian hədəf alınıb, nəticə məlum deyil

İsrailin İrana hücumlarında İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei və Prezident Məsud Pezeşkian hədəf alnıb. Sozcu.az xəbər verir ki, bu barədə anonim İsrail rəsmisi "Tams of İsrail"ə danışıb. Bildirilib ki, İranın ali hərbi və siyasi rəhbərliyi hücumların hədəfində olub. Lakin hələlik hücumların nəticələri bilinmir. Qeyd edək ki, bundan əvvəl İran mediası Pezeşkianın öldürülməsi ilə bağlı iddiaları təkzib edib. "Röyters" isə Xameneinin Tehranda olmadığını və təhlükəsiz yerə köçürüldüyünə dair məlumat yayıb.

İran bu ölkələrdəki ABŞ hədəflərini vurdu

İran ordusu Bəhreyn və Qətərdəki ABŞ hədəflərinə hücumlar edib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları görüntülər paylaşıb. Qeyd olunub ki, Qətərdəki “Əl-Udeyd” hava bazası hücuma məruz qalıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

Əziz Nəsirzadə və Qulamhüseyn Möhsün Ejei öldürülüb - KİV

İsrailin hücumları nəticəsində bu ölkənin müdafiə naziri Əziz Nəsirzadə və məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsün Ejei öldürülüb. Sozcu.az xəbər verir ki, məlumatı İsrail mediası yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

Tramp: İran HDQ-ni məhv edəcəyik, küçələrə çıxmayın!

12:03 İranlılar İraqda yüzlərlə amerikalı əsgəri öldürüblər. Bu, kütləvi terror idi və biz artıq buna dözməyəcəyik. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İran xalqına müraciətində deyib. “İran dünyada terrorizmin ən böyük sponsorudur. Onların heç vaxt nüvə silahı olmayacaq. Biz İranın hərbi-dəniz qüvvələrini məhv edəcəyik. Əmin olacağıq ki, onların proksi qüvvələri artıq bizim əsgərlərimizə hücum etməyəcək. Zəmanət verəcəyik ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq. Biz danışıqlar masasına oturduq, amma onlar hər şeydən imtina etdilər. Onlar sadəcə vaxt udmaq istəyirdilər və bütün fürsətləri itirdilər. Biz onların raketlərini məhv edəcəyik. İran polisinə və təhlükəsizlik qüvvələrinə deyirəm, dərhal silahı yerə qoyun, əks halda sizi qaçılmaz ölüm gözləyir”, - o bildirib. Tramp İran xalqına “azadlıq” vəd edib: “İran xalqı ümün azadlıq saatı yaxınlaşır. Evdə qalın və küçəyə çıxmayın, küçə təhlükəlidir. Biz işimizi bitirəndə hakimiyyəti öz əlinizə alacaqsınız. Bu, rejimi devirmək üçün sizin yeganə şansınız olacaq”. Qeyd edək ki, İsrail İrana qabaqlayıcı zərbələr endirməyə başladığını elan edib. ABŞ lideri Tramp Amerika ordusunun bu əməliyyatda iştirak etdiyini açıqlayıb.

Hizbullah İsrailə hücum edəcək - KİV

Hizbullah və Yəməndəki husilərin İsrailə qarşı hücumlara başlayacağı iddia olunur. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

İran Təl Əvivi vurdu

İran ordusu İsrailin paytaxtı Təl Əvivə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

Trampdan İran xalqına müraciət: Əməliyyatlardan sonra...

ABŞ Prezidenti Donald Tramp İran xalqına müraciət edib. Sozcu.az xəbər verir ki, o, İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib. “Çox güman ki, bu, sizin yeganə şansınız olacaq”, - Tramp qeyd edib.

Pezeşkian hücumlar nəticəsində xəsarət alıb?

İran Prezidenti Məsud Pezeşkian İsrail və ABŞ-ın hücumları nəticəsində xəsarət almayıb. Sozcu.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

İranın İsrailə qarşı əməliyyatının adı...

Xəbər verdiyimiz kimi, İsrail səhər saatlarında qarşı qabaqlayıcı zərbələr endirməyə başlayıb. Sozcu.az İran mediasına istinadən xəbər verir ki, buna qarşılıq olaraq İranda əməliyyatlara başlayıb. Məlumata görə, İranın İsrailə qarşı raket əməliyyatının adı “Fateh Khyber” (Xeybərin fəthi) adlanır.

İran ordusunun baş komandanı öldürüldü

İran ordusunun baş komandanı Əmir Hatəminin öldürüldüyü iddia olunur. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

ABŞ İranda genişmiqyaslı əməliyyatlara başladı - Tramp

ABŞ İranda genişmiqyaslı döyüş əməliyyatlarına başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib. “Qısa müddət əvvəl İranda mühüm hərbi əməliyyatlara başladıq. Məqsəd ABŞ vətəndaşlarını İrandan gələ biləcək təhdidlərdən qorumaqdır”, - Tramp bildirib. Qeyd edək ki, daha əvvəl İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

İrana hücum: Təbrizdə də partlayış səsləri eşidilir

İsrailin İrana hücumu zamanı Tehranla yanaşı, başqa şəhərlər də hədəfə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Qeyd olunub ki, İsfahan, Qum, Lorestan, Kirmanşah, Təbriz, Kərəcdə də partlayış səsləri eşidilib.

Xamenei Tehranda deyil - KİV

İranın ali lideri Əli Xamenei paytaxt Tehranda deyil. O, təhlükəsiz yerə köçürülüb. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat verib. Qeyd edək ki, bu gün səhər saatlarından İsrail və ABŞ qüvvələri İrana zərbələr endirməyə başlayıb.

Qum şəhərində nüvə obyektinə hücum edildi

İranın Qum şəhərində nüvə obyektinə hücum edilib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

ABŞ İsraillə birgə İrana zərbələr endirir

ABŞ İsraillə birgə İrana zərbələr endirir. Sozcu.az xəbər verir ki, bunu ABŞ rəsmisi “Əl Cəzirə” telekanalına bildirib. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

Xameneinin ofisinin yerləşdiyi ərazi də vuruldu

Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığına zərbə endirilib. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı İsrail mediası yayıb. Zərbənin miqyası və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib. Qeyd olunur ki, zərbə strateji əhəmiyyətli zonaya endirilib. Bölgədə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

İsrail İran prezidentinin iqamətgahını vurdu - Təcili

İran prezidentinin iqamətgahı və kəşfiyyat qərargahı da daxil olmaqla, indiyə qədər İran ərazisində təxminən 30 hədəfə zərbə endirilib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

İsrail İrana zərbələr endirir - Katz elan etdi

İsrail dövləti İsrailə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qarşı qabaqlayıcı zərbələr endirib. Sozcu.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib. “Nəticədə, yaxın vaxtlarda İsrail və onun mülki əhalisinə qarşı raket və PUA hücumu gözlənilir”, - o bildirib. O, İsrailin bütün ərazisində fövqəladə vəziyyət elan edən xüsusi sərəncam imzalayıb.

İran İsrailə ballistik raket dalğası buraxdı – Təcili

İranın İsrail istiqamətində ilk ballistik raket dalğasını buraxdığı bildirilir. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb Məlumata görə, İsrail istiqamətində təxminən 30 raket atılıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

Tibbi işçiləri üçün sertifikasiya tələb oluna bilər - komitə sədri

Müasir dövrdə tibbi turizmin əhəmiyyəti son dərəcə artıb. Bu gün tibbi turizm sayəsində ölkələr böyük iqtisadi gəlirlər əldə edirlər. Təəssüf ki, biz ölkə olaraq mövcud potensialımızdan hələ də kifayət qədər istifadə edə bilmirik. Halbuki bunun üçün geniş imkanlarımız var. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçiriləcək ictimai dinləmədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.  “Hesab edirəm ki, bu istiqamətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası birgə fəaliyyət göstərərək tibbi turizmin inkişafı üçün konkret tədbirlər planı hazırlamalı və onu həyata keçirməlidirlər. Qeyd etmək lazımdır ki, tibbi turizmdən əldə olunan gəlir digər turizm növləri ilə müqayisədə 6–10 dəfə daha yüksək ola bilir. Bu baxımdan ölkəmiz bu sahədən əhəmiyyətli maliyyə vəsaiti əldə edə bilər”. Komitə sədri bildirib ki, klinikalarda çalışan təcrübəli mütəxəssislərin və əməkdar tibb işçilərinin bu sahədə fəal iştirakı son dərəcə mühüm əhəmiyyət daşıyır. Bu baxımdan deputat onların beynəlxalq sertifikasiya keçməli olduğunu qeyd edib: “Bu sertifikasiya bir neçə əsas meyara söykənməlidir: mütəxəssisin hansı ali təhsil müəssisəsini bitirməsi, hansı nüfuzlu tibb mərkəzlərində ixtisasartırma və ya təcrübə keçməsi, çalışdığı sahə üzrə beynəlxalq səviyyədə tanınan elmi nəşrlərdə məqalələrinin dərc olunması, peşəkar fəaliyyətinin beynəlxalq platformalarda və rəsmi tibbi resurslarda tanıdılması. Bundan əlavə, klinikalarda aparılan müalicə və cərrahi əməliyyatların statistik göstəriciləri də açıq şəkildə təqdim olunmalı olduğunu bildirib.  O qeyd edib ki, klinikalarda əməliyyatların uğur faizi, ağırlaşma göstəriciləri, pasiyent məmnunluğu reytinqləri göstərilməlidir.  “Tibbi turizm məqsədilə ölkəyə gəlmək istəyən şəxslər məhz bu məlumatlara əsaslanaraq seçim edirlər. Ölkəyə gələn heç bir turist klinikadakı qiymətə yox, bu göstəricilərə baxır”.   Ə.Əmiraslanov qeyd edib ki, tibbi turizmi inkişaf etdirmək istəyiriksə, ölkəmizdə müasir reabilitasiya mərkəzlərinin yaradılması və bu sahədə işin sistemli şəkildə təşkili vacibdir.