Moskvaya hücum: Rusiya paytaxtının hava limanları bağlandı

Rusiyada iyulun 19-20-də uçuşların məhdudlaşdırılması səbəbindən 134 təyyarə alternativ aerodromlara yönləndirilib. Sozcu.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb. Bildirilib ki, Şeremetyevoda 78, Vnukovoda 45, Domodedovoda 8, Jukovskidə 3 təyyarə alternativ limana göndərilib. Hazırda məhdudiyyət aradan qaldırılıb və aviaşirkətlər və hava limanları müntəzəm uçuş cədvəlinə qayıtmaq üçün gücləndirilmiş iş rejimində işləyirlər. Qeyd edək ki, Rusiya MN Moskva vilayətində bu gecə 19 PUA vurduğu haqda məlumat yayıb.

2025-ci ilin ən yaxşı 10 ailə avtomobili - SİYAHI

Yalnız bir neçə avtomobil modeli qiymət, keyfiyyət və funksionallıq balansına görə həqiqətən rəqiblərini üstələyir. "What Car?" nüfuzlu nəşrin ekspertləri 2025-ci ilin ən yaxşı on ailə avtomobilini müəyyən edib adlarını çəkərək, bu modellərin hamısının böyük ailəsi olan sürücülər və gündəlik səfərlər üçün uyğun olduğunu vurğulayıblar. Əsas diqqət çox yönlülük, rahatlıq və qənaətdir. Mütəxəssislərin fikrincə, geniş seçimə baxmayaraq, həqiqətən qiymət, keyfiyyət və praktiklik baxımından rəqabətdən yalnız bir neçə avtomobil fərqlənir.  Dominos pizza Reytinqin lideri Toyota Corolla olub. Ekspertlər bu avtomobili hətta standart versiyada etibarlılığı, sərfəli qiyməti, rahat asması və keyfiyyətli avadanlıqları ilə qeyd etdilər. Eyni zamanda, onlar zəif nöqtəni qeyd ediblər - ən əlverişli multimedia sistemi deyil. Siyahıdakı digər avtomobillər: SEAT Leon Skoda Octavia Skoda Scala Honda Civic Cupra Born Audi A3 Volkswagen ID.3 MG4 EV Ford Focus Bütün bu avtomobillər, ekspertlərin fikrincə, ailə sürücüsünün müasir tələblərinə cavab verir: geniş salon, yaxşı idarəetmə və yüksək yanacaq sərfiyyatı. 

Türkiyəli məşhur müğənni yenidən xəstəxanaya yerləşdirildi

Türkiyənin tanınmış bəstəkarı və ifaçısı Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Yağız Yılmaz məlumat yayıb. "May ayında iki dəfə stend taxılan sənətçimiz yenidən xəstəxanaya yerləşdirilib", - o bildirib. Sənətçinin durumu stabildir.

Reşdord "Barselona" ilə nə vaxt müqavilə imzalayacaq?

"Mançester Yunayted"in vingeri Markus Raşfordun "Barselona" ilə müqavilə imzalayacağı vaxt müəyyənləşib. Sozcu.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Oyunçunun bu gün Kataloniyaya səfər edəcəyi gözlənilir. "Barselona"nın 27 yaşlı futbolçu ilə müqavilə imzaladığını isə sabah açıqlayacağı ehtimal olunur.  Daha əvvəl "Barselona"nın Reşfordu birdəfəlik satın alma maddəsi ilə icarəyə götürməklə bağlı danışıqlarda irəliləyiş əldə etdiyi vurğulamışdı. “Barselona”nın baş məşqçisi Hans-Diter Flik ingiltərəli oyunçunun uyğunlaşması və komanda yoldaşları ilə tanışlığının gecikməməsi üçün onun kluba mümkün qədər tez gəlməsini istəyir. Qeyd edək ki, Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirib. 

Media savadlılığı artırılmalıdır - Hikmət Hacıyev

Azərbaycan cəmiyyəti media ilə sıx işləyir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün III Şuşa Qlobal Media Forumu çərçivəsində “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” panelində deyib. Hikmət Hacıyev bildirib ki ki, media savadlılığı daha da artırılmalıdır: “Media savadlılığının, o cümlədən sosial media savadlılığının xüsusilə uşaqlar və məktəblilər arasında artırılması çox vacibdir”.

Göygöldə avtomobil piyadanı vurub öldürdü

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə Göygöl rayon İdman Kompleksinin yaxınlığında baş verib. "Şevrolet" markalı avtomobil 1948-ci il təvəllüdlü Bəndər Əliyevi vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.

Novxanıda dənizdə iki nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. FHN-dən Sozcu.az-a verilən xəbərə görə, məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək.

Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır

Rusiya ilə Azərbaycan arasında hərbi eskalasiya ehtimalını yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezıqar” Teleqram kanalı diplomatik mənbəyə istinadla məlumat yayıb. “Rusiyanın Qafqazda hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər resursu yoxdur. Hərbi güc balansı Rusiyanın xeyrinə deyil, Azərbaycanın NATO üzvü olan Türkiyə ilə hərbi yardım müqaviləsi var. Belarus və Qazaxıstan rəhbərliyinin Bakıya dəstəyi KTMT ölkələrinin iştirakını tamamilə istisna edir”, - məlumatda qeyd olunub. Mənbə bildirib ki, Rusiyanın son illər Cənubi Qafqazda mövqeləri zəifləyib, lakin bu il proseslər daha da sürətlənib: “Türkiyə və ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlamaq təşəbbüsünü ələ keçiriblər, İranın regionda təsiri kəskin şəkildə azalıb, Türkiyə “Qazprom”u regiondan sıxışdıracaq multiqaz qovşağı qurur. Türkiyə Abxaziyaya marağını artırır. Rusiya Cənubi Qafqazdan sıxışdırılır ki, bu da daxili gündəmə təsir edəcək. “Qafqaz məsələsi” yaxın onillikdə Rusiyanın əsas qaynar nöqtəsinə çevrilə bilər”.

Şərqi Azərbaycanda güclü zəlzələ baş verdi

İranın şimalında, Şərqi Azərbaycan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Tufarqan (Azərşəhr) şəhərindən 36 km cənub-qərbdə qeydə alınıb.

Vyetnamda gəmi qəzaya uğradı: 18 nəfər öldü, 12-si isə...

Vyetnamda Halonq körfəzində turist gəmisi qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə “VnExpress” portal məlumat yayıb. Qəza nəticəsində 18 turist ölüb, 12-si isə xilas edilib. Qeyd olunub ki, turist gəmisi Cənubi Halonq körfəzində əlverişsiz hava şəraiti səbəbindən batıb.

Trampdan İrana xəbərdarlıq: Onları məhv edəcəyik

Tehran yeni yerlərdə nüvə obyektləri tikməyə qərar verərsə, onlar məhv ediləcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Tramp qeyd edib ki, İranın hər üç nüvə obyekti tamamilə məhv edilib.

Sumqayıtda ağır qəza: Xəsarət alanlar var

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, “KİA” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. pizza Hadisənin səbəbi araşdırılır.

İlham Əliyevdən ukraynalılara: Heç vaxt işğalla barışmayın!

Məsləhətim Ukrayna vətəndaşlarına - heç vaxt işğalla barışmayın. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablandırarkən deyib. Qeyd edək ki, jurnalist Azərbaycan Prezidentindən müharibə şəraitində Ukrayna xalqına nə məsləhət verə biləcəyini soruşub. “Bu, bizim də etdiyimiz addım olub. Danışıqlar prosesi dövründə - mən 2003-cü ilin sonundan bu prosesin içində olmuşam - 17 il ərzində çoxsaylı təkliflər və görüşlər baş tutub. Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib”, - deyə Prezident əlavə edib.

Rusiyanın cavabı uşaq bağçası səviyyəsində nağıldır - Prezident

Təyyarə qəzası ilə bağlı təəssüf ki, Rusiya rəsmilərindən heç bir cavab ala bilməmişik. Hadisənin üzərindən 7 ay keçib. Bizim üçün hər şey aydındır. Nə baş verdiyini bilirik. Rusiya rəsmiləri də bilirlər. Təyyarə qəzası ilə bağlı bizim tələblərimiz var. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib. Dövlətimizin başçısı deyib ki, ilk növbədə Rusiya rəhbərliyi hadisəni etiraf etməlidir: "Təyyarəni vuranlar cəzalandırılmalı, qurbanların ailələrinə təzminat ödənilməlidir. AZAL-ın özünə də təzminat ödənilməlidir. Daha çox təfərrüat eşitmək istəyirsinizmi? Danışa bilərəm. Bizim pilotlar cəsarət və peşəkarlıq göstərdilər. Təyyarə qəza enişi etdi. Pilotların sayəsində sağ qalanlar oldu. Təyyarə kənardan vurulmuşdu. Təyyarənin Ukrayna dronu ilə toqquşması məlumatı gülüş doğururdu. Bu, uşaq bağçası səviyyəsində olan nağıldır. İki dəfə təyyarəyə hücum edilmişdi. Biz bilirik nə baş verib. Rusiyanın hava məkanı bağlanmamışdı. Hava məkanı təyyarə vurulandan sonra bağlanmışdı. 7 aydır ki, biz cavab ala bilmirik. Bizim Baş prokuror Rusiyanın tədqiqat komissiyasına məktub ünvanlayır. Cavab bu olur ki, tədqiqat davam edir. Biz gözləyirik. Bu o demək deyil ki, biz bunu unuda bilərik. Biz beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Bilirik ki, bu uzun vaxt aparır. Malayziya təyyarəsi vurulandan sonra 10 il tədqiqat aparıldı. Biz inanırıq ki, bu məsələdə ədalət qalib gələcək".

Füzulidə qadın kanalda batdı

Füzulidə qadın kanalda batıb. Sozcu.az xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 1977-ci il təvəllüdlü Leyla İbişovanın Baş Mil su kanalında batdığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sisteminin tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Sozcu.az sərəncamın mətnini təqdim edir: 1. Azərbaycan Respublikasının ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya, kadastr işlərində UTM-ə (xəritə proyeksiyası) əsaslanan WGS-84 (beynəlxalq koordinat sistemi) tətbiq edilsin. 2. Digər geodeziya koordinat sistemləri ilə icrasına başlanılmış və tamamlanmamış layihələr üzrə yerinə yetirilən geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işləri başa çatanadək həmin koordinat sistemlərinin tətbiqi davam etdirilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycanda daha bir futbolçu suda boğuldu

Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Araz çayının Saatlı rayonundan keçən hissəsində Saatlı rayon sakini 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu boğularaq vəfat edib. Sozcu.az xəbər verir ki, 13 yaşlı Kənan “Araz Saatlı” futbol klubunun üzvü imiş. O, klubun U-14 komandasında qapıçı mövqeyində çıxış edirmiş. Xatırladaq ki, iyulun 17-də Bakıda da yeniyetmə futbolçu dənizdə çimərkən boğularaq ölüb. “Zirə” futbol klubunun akademiyasının U-16 komandasının üzvü Fərid Şahverdiyev Şüvəlan çimərliyində bədbəxt hadisə nəticəsində həyatını itirib.

Avtomobil 67 yaşlı süpürgəçi qadını vurdu

Mingəçevirdə avtomobil 67 yaşlı süpürgəçi qadını vurub. Sozcu.az "Report"a istinadla, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, sürücü 2005-ci il təvəllüdlü V.Salmanov avtomobillə yolu süpürən 1958-ci il təvəllüdlü R.Ağayevanı vurduqdan sonra idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Qəza nəticəsində qadın və sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

İsrail Türkiyə ilə “qonşu” olacaq, əgər...

İsrail druzlara yalan vədlər verərək addım-addım bölgəni işğal etməyə hazırlaşır. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Suriyadan olan tədqiqatçı Amar əl-İsavi deyib. “Bu işğala son qoyulmasa, İsrail Hatay, Hasəkə və Rakka sərhədində Türkiyəyə “qonşu” olacaq. Druzistan və İsrail Kürdüstanı qurmaqla.. Bunun qarşısı alınmalıdır. Biz burada türk təyyarələrini görmək istəyirik”, - tədqiqatçı əlavə edib. Qeyd edək ki, İsraillə Suriya arasında atəşkəslə bağlı razılaşmanın əldə olunması ilə bağlı məlumat yayılıb.

AB-nin sanksiya qoyduğu azərbaycanlı kimdir?

Avropa Birliyi Azərbaycan vətəndaşı 1958-ci il təvəllüdlü Əhməd Kərimova sanksiya tətbiq edib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərində yerləşən rəsmi adı “2 Rivers Group” olan və “Coral Energy” adı ilə tanınan neft ticarəti şirkətinin səhmdarıdır. Məlumata görə, bu şirkət Rusiya neftinin mənşəyini gizlədərək ticarətini həyata keçirir. “2 Rivers Group” şirkətinin Rusiyanın kölgə donanmasındakı (beynəlxalq nəzarət və sanksiyalardan yayınmaq məqsədilə istifadə olunan, mənşəyi və sahibliyi gizlədilən donanma) gəmilərin böyük hissəsinə nəzarət etdiyi bildirilir. AB Əhməd Kərimova Rusiya Federasiyasının əsas gəlir sahəsi olan neft sektoruna qoyulan qadağaları pozduğu üçün sanksiya tətbiq edib. Qeyd edək ki, Ə.Kərimovun adı Rusiyaya qarşı 18-ci sanksiyalar paketinə salınıb.

Tramp Putini diz çökdürə bilər - Zelenski

Yalnız sərt təzyiq Kremli güzəştə getməyə məcbur edə bilər və ABŞ prezidenti Donald Tramp buna qadirdir. Sozcu.az xəbər verir ki, bu fikri New York Post-a müsahibəsində Vladimir Zelenski səsləndirib. Zelenskinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin silahlı münaqişəyə son qoymaq üçün kompromisə hazır deyil. Eyni zamanda, o vurğulayıb ki, Tramp Rusiya liderini “diz çökdürmək” gücünə malikdir və bu, Rusiyada “ictimai partlayış”a səbəb ola biləcək sərt məhdudlaşdırıcı tədbirlərin sürətləndirilməsi ilə mümkün ola bilər. “O, bunu hiss etməlidir”,- deyə Zelenski bildirib. Zelenski həmçinin qeyd edib ki, Ağ Ev rəhbərinə sanksiyalara verdiyi dəstəyə görə çox minnətdardır.bakupost)

İrana casusluq edən İsrail əsgəri həbs edildi

İsrailin daxili təhlükəsizlik xidməti Şin Bet, polis və hərbi kəşfiyyatın birgə əməliyyatı nəticəsində İranın kəşfiyyat xidmətləri ilə əlaqədə şübhəli bilinən bir İsrail əsgəri saxlanılıb. Sozcu.az Əl Ərıbiyyə telekanalına istinadən xəbər verir ki, saxlanılan hərbçi pul qarşılığında İran tərəfinə dövlət təhlükəsizliyi ilə birbaşa əlaqəli olmayan məlumatlar ötürüb. Bu məlumatlara İsrail ərazisinə düşən raketlərin fotoşəkilləri və hərbi dinləmələrin videoyazıları da daxildir. İsrail rəsmiləri hadisəni ciddi casusluq faktı kimi qiymətləndirərək istintaqın davam etdiyini bildiriblər. Eyni gün ərzində daha bir casusluq hadisəsi qeydə alınıb. Negev bölgəsindən olan 33 yaşlı bir müəllimin də İran kəşfiyyatı ilə əməkdaşlıq etdiyi və onların tapşırıqlarını yerinə yetirdiyi bildirilir.

NATO "Patriot"ları mümkün qədər tez Ukraynaya çatdıracaq - Komandan

Ukraynaya əlavə "Patriot" hava hücumundan müdafiə sistemlərinin tezliklə yerləşdirilməsi üçün hazırlıqlar gedir. Sozcu.az xəbər verir ki, bunu NATO-nun baş komandanı Aleks Qrinkeviç bu gün "Reuters"ə bildirib. Almaniyanın Visbaden şəhərində keçirilən konfransda o, "Patriot"ların mümkün qədər tez Ukraynaya çatdırılmasına çalışdıqlarını vurğulayıb. ABŞ prezidenti Donald Tramp bu həftə Ukraynadakı müharibə ilə bağlı Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirdiyini açıqlayıb və Kiyevə daha çox raket və digər silahlar vəd edib. O, çərşənbə axşamı bildirib ki, Almaniyadan bir neçə "Patriot" raketi artıq Ukraynaya gedir.

Ukraynada yeni müdafiə naziri təyin edildi

Ukrayna Ali Radası Denis Şmıxalın müdafiə naziri təyin edilməsinə səs verib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın xalq deputatı Yaroslav Jeleznyak Telegram-da bildirib. O qeyd edir ki, Şmıxalın namizədliyini 267 xalq deputatı dəstəkləyib. Xatırladaq ki, Denis Şmıxal dünənə qədər baş nazir postunu tuturdu.