Valideynlərin bir çoxu övladını rus bölməsinə göndərmək üçün xüsusi yollar axtarır

Azərbaycanda 2025-ci il üzrə ümumi təhsil üçün ayrılmış büdcə 2 milyard 347 milyon manatdır. Bu vəsaitin təxminən 400 milyon manatı – yəni 17 faizi – məhz rus bölməsində təhsilin saxlanmasına sərf olunur. Halbuki bu qədər vəsaitlə dövlət dilində tədrisin keyfiyyətini yüksəltmək, müəllim hazırlığını gücləndirmək, dərsliklərin məzmununu yeniləmək, məktəbləri yeni tədris resursları ilə təmin etmək mümkün olardı. Söhbət rus dilindən yox, təhsil siyasətində prioritetlərin düzgün qurulmamasından gedir. Əgər dövlət dili Azərbaycan dilidirsə, o zaman büdcədən maliyyələşən ümumi təhsil də yalnız dövlət dilində olmalıdır. Təhsil haqqında Qanunun 19.2-ci maddəsinə görə, ümumi təhsil Azərbaycan dilində aparılmalıdır. Digər dillərdə təhsil yalnız xüsusi zərurət olduqda, mədəni və etnik azlıqlar üçün nəzərdə tutulub. Amma Bakı və digər şəhərlərdə rus bölməsi artıq alternativ yox, paralel sistemə çevrilib və bu, həm hüquqi, həm maliyyə, həm də strateji baxımdan ciddi uyğunsuzluq yaradır. Rus bölməsinə ayrılan vəsaitin təyinatını dəyişmək siyasi yox, elmi-pedaqoji yanaşmadır. Əgər həmin 400 milyon manat yerli müəllimlərin ixtisasartırma proqramlarına, məktəb avadanlıqlarının yenilənməsinə, müasir tədris vəsaitlərinin hazırlanmasına və yeni nəsil dərsliklərə yönəlsəydi, nəinki azərbaycan bölməsi güclənərdi, həm də cəmiyyətin içindəki “rus bölməsi daha keyfiyyətlidir” stereotipi ciddi şəkildə sarsılardı. Çünki bu mifin kökündə məhz keyfiyyət fərqi durur – yoxsa dil yox. Bu gün valideynlərin bir çoxu övladını rus bölməsinə göndərmək üçün xüsusi yollar axtarır. Niyə? Mən rus dilinə qarşı deyiləm. Mən yanlış təhsil siyasətinə qarşıyam. Dövlət büdcəsi hesabına aparılan tədris yalnız dövlət dilində olmalıdır – amma bu tədris yüksək keyfiyyətli, rəqabətqabiliyyətli və xalqın ehtiyaclarına uyğun olmalıdır. Əgər 400 milyon manatı xərcləyiriksə, onun faydasını Azərbaycan cəmiyyəti görməlidir – təkcə müəyyən bir dil qrupu deyil. Artıq prioritetləri düzgün müəyyənləşdirməyin vaxtıdır. Təhsil siyasəti tarazlıq tələb edir – maliyyədə, dildə, keyfiyyətdə. Əks halda, biz təkcə pulları yox, gələcəyimizi də səhv istiqamətə yönəltmiş olacağıq. Kamran Əsədov, təhsil ekspeti

ABŞ-ın Ukraynaya hərbi yardımı... – Podolyak

ABŞ tərəfindən Ukraynaya hərbi yardımın göstərilməsi davam edəcək. Bu məqsədlə hökumət nümayəndə heyətləri səviyyəsində danışıqlar aparılır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib. “Anlamaq lazımdır ki, yardım davam edəcək. Ukrayna prezidenti də vurğulayıb ki, bu istiqamətdə rəsmi məsləhətləşmələr davam edir. ABŞ ballistik raketlərə qarşı mübarizədə vacib olan unikal silah növlərinə malikdir və bunu anlayır”, - Podolyak qeyd edib. O, yardımın dayandırılması ilə bağlı yayılan xəbərlərin daha çox ABŞ-dakı daxili siyasi mübarizənin əksi olduğunu bildirib: “Bu məsələyə sakit yanaşmaq lazımdır. Avropa tərəfdaşları yardımın davam etməsində maraqlıdır və baş verənlərə dərhal reaksiya verirlər”. Podolyak əlavə edib ki, ABŞ-ın anbarlarında çoxlu sayda raket və əks raket sistemləri mövcuddur: “Bunların istehsalı da davam edir. Bu da ABŞ-ın silah ehtiyatlarının tükənməsi ilə bağlı iddiaların doğru olmadığını göstərir. Onlar iştirak etdikləri hərbi kampaniyaları və istehsal imkanlarını nəzərə alaraq planlama aparırlar. ABŞ-ın planlaşdırma səviyyəsi yüksəkdir və hansı münaqişədə nə qədər raketdən istifadə etməyin mümkün olduğunu yaxşı bilirlər”. O, ABŞ-ın Ukraynaya yardımını davam etdirməsinin reputasiya baxımından da vacib olduğunu bildirib.

Ermənistana yeni konstitusiya lazımdır - Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb. Sozcu.az erməni mediasına istinadən xəbər verir ki, o, bu barədə Konstitusiyanın qəbul edilməsinin 30 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə bildirib. "Ermənistan xalq səsverməsi ilə təsdiqlənmiş yeni konstitusiyaya ehtiyac duyur. Xalqın doğma hesab edəcəyi konstitusiyaya ehtiyac var", - o bildirib. Onun sözlərinə görə, yeni konstitusiya ölkənin bu gün mövcud olduğu reallığı əks etdirən konkret məqsədə malik olmalıdır.

Mingəçevirdə çayda katerlər toqquşdu: Yaralılar var

Mingəçevir şəhərində Kür çayında iki kater toqquşub. Sozcu.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində azı beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya aparılıblar. pizza mizza Faktla bağlı araşdırma aparılır.

Komada olan Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı Hüseynov Sübhan İlham oğlu vəfat edib.  "Unikal"ın əldə etdiyi məlumata görə, 1999-cu il təvəllüdlü ehtiyatda olan baş leytenant Ucar rayonunun Qazyan kəndindəndir.  Məlumata görə o, bir müddət öncə Ucar rayon Mərkəzi Xəstəxanasında qıl dönməsi səbəbi ilə əməliyyat olunub. S.Hüseynov burada narkozun təsirindən komaya düşüb. Daha sonra onu Bakıdakı özəl xəstəxanaların birinə çatdırıblar. Maliyyə çatışmazlığı səbəbindən Qobustan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən baş leytenant komadan ayılmağı bacarsa da, bu gün dünyasını dəyişib.  Marqarita pizza O, doğulduğu Qazyan kəndində dəfn olunacaq. 

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - Rəsmi

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcburi olması hazırda müzakirə predmeti deyil. Sozcu.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda məktəbəhazırlıq təhsilinin məcburi olması müzakirə predmeti olmadığı üçün bu barədə hər hansı dəyişiklik layihəsinin hazırlanmasına ehtiyac yaranmayıb. Qeyd edilib ki, “Ümumi təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq ümumi təhsil pilləsinin ayrıca bir mərhələsidir. Müvafiq qanunun digər bəndinə əsasən, Azərbaycanda ümumi orta təhsil icbaridir.

Rəhbər şəxslərin əmək müqavilələrinə xitam verildi

Cari ilin ilk yarımilində orta ixtisas təhsili müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, aparılmış monitorinq və yoxlamaların nəticələri, həmçinin yaş həddinə çatma ilə əlaqədar bəzi rəhbər şəxslərlə əmək müqavilələrinə xitam verilib. Bu barədə Sozcu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan islahatların aparıldığı müəssisələr sırasında Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Masallı Dövlət Regional Kolleci, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec, eləcə də UNEC nəzdində Sosial-İqtisadi Kollec yer alır. Hazırda adıçəkilən kolleclərin bir qismində yeni direktor təyinatları həyata keçirilib və bu proses mərhələli şəkildə davam etdirilir. Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində ümumilikdə 38 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə mütəmadi olaraq monitorinq və auditlər aparılır, nəticələr əsasında zəruri tədbirlər görülür.

19 yaşlı gənc Kürdə boğuldu

09:43 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. *** Sabirabadda Kür çayında boğulan şəxsin meyiti tapılıb. Bildirilib ki, çayda çimərkən boğulan kənd sakini 2006-cı il təvəllüdlü Eldəniz Sabir oğlu Məmiyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Trampdan HƏMAS-a cavab: Bu tarixdə...

HƏMAS-la atəşkəs danışıqları gələn həftə başlaya bilər. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Qeyd edək ki, HƏMAS daha əvvəl Qəzza sektoru ilə bağlı danışıqlara dərhal başlamağa hazır olduğunu açıqlayıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1228-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 025 260 hərbçi, 10 990 ədəd tank, 22 953 ədəd zirehli döyüş maşını, 29 921 ədəd artilleriya sistemi, 1 428 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 191 hava hücumundan müdafiə sistemi, 420 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 54 148 ədəd avtomobil texnikası, 43 609 ədəd PUA, 3 439 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 925 xüsusi avadanlıq itirib.

Onlar gömrük vergilərindən silah kimi istifadə edir...

Hazırda bəzi böyük ölkələr gömrük vergilərindən silah kimi istifadə edir, iqtisadi və ticarət əməkdaşlığında təhlükəsizlik anlayışından sui-istifadə edir, milli maraqları hər şeydən üstün tuturlar. Sozcu.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib. “Bu hərəkətlər sənayedə tədarük zəncirlərinin sabitliyini ciddi şəkildə pozur və beynəlxalq birliyin ümumi maraqlarına ciddi ziyan vurur”, - nazir əlavə edib.

Əhalinin çox hissəsi kasıb və işsizdir...

İşsizlik və kasıblıq meydan sulayır... Əhalinin çox hissəsi kasıb və işsizdir... Zəngin neft ölkəsinin vətəndaşıyıq, kasıbıq, mənzilimiz yoxdur, kirayədə yaşayırıq... Bu, ədalətlidirmi? Haqq-ədalət belə olurmu? Şair-jurnalist kimi düşünürəm ki, elə birbaşa mətləbə keçsək daha önəmli olar yəqin ki...  Ölkə əhalisinin bir qədər ağır, çətin, dərdli, qəm-qüssəli olan sosial-iqtisadi durumuyla bağlı fikirlərimi bildirmək istəyirəm.  Sözün həqiqi mənasında işsizlik, kasıblıq, hətta yoxsulluq sürətlə hökm sürür... Məncə, ölkədəki ürəkləri ağrıdan sosial vəziyyətlə yanaşı, həllini tapa bilməyən digər məsələlərə də toxunsaq, yəqin ki, çox-çox yerinə düşər.  Azərbaycanda çoxlu sayda, hətta demək olar minlərlə ailələr var ki, kirayə "ev"lərdə (əgər o evlərə ev demək mümkünsə) zülüm içərisində, çox çətinliklə, əzab-əziyyətlə, kasıblıq, yoxsulluq girdabında çabalayaraq əzablı günlərlə ac-yalavac yaşayırlar. Yoxsul, kasıb, çoxuşaqlı, aztəminatlı ailələr səfalət içərisində sürünərək zülümnən, əzab dolu günlərlə, bir çox qayğılarla baş-başa yaşamaq məcburiyyətində qalıblar.  Elə mən də, ailə üzvlərim də min-bir əzablı ömür-gün yaşayan, evsiz - mənzilsiz olan ailələrdən biriyik desəm, çox doğru olar. Çox təəssüf olsun belə xoşagəlməz hallara.  Nazirlər Kabinetinin rəhbəri - Baş nazir, həmçinin hökumət üzvləri, yüksək vəzifəli şəxslər, məmurlar, məgər Azərbaycan vətəndaşlarının bu ağrılı-acılı, bu əziyyətli sosial durumunu görmürlər ki? Əgər görürlərsə, bəs onda bu məmurlar nə işlə məşğul olur ki, əhalinin çox hissəsi belə ağır, çətin, dözülməz gün-güzəranda neçə illərdir qanadı qırılmış quşlar kimi can üstündə çırpına-çırpına qalıb? Bir qarnı ac, bir qarnı tox, ac-yalavac qalan, işləmək üçün öz ölkəsində iş tapa bilməyən, yavan çörəyə möhtac olan ailələrin üzvləri də neft-qaz ölkəsi zəngin Azərbaycanın VƏTƏNDAŞlarıdır axı... Yəni Azərbaycanın saysız-hesabsız, hətta saymaqla bitməyən sərvətləri olduğu halda, ölkə əhalisinin çox hissəsi kirayə damlarda, zirzəmilərdə, soyuq daxmalarda, kommunal şəraiti olmayan, döşəməsi asfalt-daş olan, nəmli, kiflənmiş divarlarından qara su axan  yarımtikililərdə, uçuq-sökük komalarda nə üçün əzablı günlərlə kirayədə yaşamalıdır? Digər ciddi bir nüansı da qeyd edim. Azərbaycanda çox bahalıqdır, ərzağın və dərmanların qiyməti elə bahadır ki... Kasıb təbəqə ailəsinin ehtiyacı olan ərzaqları aylarla ala bilmir. Sosial-iqtisadi baxımdan vətəndaşlar çox böyük əziyyət çəkir. Uşaqlar evdə ac-yalavac qalır. Cənab məmurlar, jurnalist olaraq həqiqəti qələmə alıram. Çünki yazdıqlarımın şahidiyəm.  Məmurların nəzərinə çatdırıram ki, həmçinin ölkədə kommunal qiymətlər həddindən artıq yüksəkdir. İlahi, qəlbim yana-yana söyləyirəm ki, əksər ailələrin sosial baxımdan dolanışıq səviyyəsi çox-çox ağırdır, hətta, demək olar ki, yüzlərlə ailələr dözülməz haldadır. Yeri gəlmişkən, məmurlara dahi şair Mirzə Ələkbər Sabirin bu gün də aktual olan bir neçə düşündürücü misrasını xatırladıram.   "Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Qoy mən tox olum özgələr ilə nədir karım, Dünyavü cahan ac olur olsun, nə işim var?! Səs salma, yatanlar ayılar, qoy hələ yatsın, Yatmışları razı deyiləm kimsə oyatsın"... Bir daha xatırladıram ki, şairin bu misraları bugünümüzlə üst-üstə düşür, səsləşir.  Minlərlə ailələr var ki, soyuducusunun içində ərzaq yoxdur, demək olar ki, soyuducusu bomboşdur. İnsanlar işsiz və kasıb olduğu üçün normal şəkildə qidalana bilmir. Çünki kasıb, aztəminatlı ailələrdə böyüyən uşaqların çoxusunun valideynləri işsizdir, onlar işləmək istəsə də amma iş tapa bilmir.  Ürək ağrısıyla deyirəm, Azərbaycanda neçə illərdir ki, işsizlik həlli tilsimə düşən çox böyük problemə çevrilib. Düşünürəm ki, əgər belə olmasaydı, hər il ölkəmizin yüzlərlə vətəndaşı öz doğma yurdu olan Azərbaycanı tərk edib Rusiyaya, hətta Qərb ölkələrinə, Avropaya köçüb getməzdilər.  Çox təəssüflər olsun ki, paytaxt Bakıda, regionlarda yeni iş yerləri açılmır. Yəni  zavodlar, fabriklər, iri sənaye müəssisələri tikilmir. Ölkədə iş yerlərinin açılmaması isə işsizliyə səbəb olur. Əgər bəzən hansısa kiçik iş yerləri açılırsa, bu, çox- çox az hallarda olur.  Bütün bunlarla yanaşı bir məsələni də vurğulayım ki, Qarabağ iqtisadi rayonunda, eləcə də işğaldan azad edilən şəhər və rayonlarda xeyli müddətdir tikinti-quruculuq işləri davam edir. Belə ki, bu rayonlada bəzi iş yerləri açılır. Amma məlum olduğu kimi bu, çox azdır, yəni yetərli deyil. Həmin rayonlarda açılan iş yerlərində isə təbii ki, illər əvvəl o rayonlardan köçkün düşmüş və Qarabağ işğaldan azad olunduqdan sonra öz el-obasına qayıdan vətəndaşlar işləyir.   Yenidən evi-mənzili olmayan vətəndaşların kirayələrdə yaşamaq məsələsinə qayıdıram. Kirayə "ev"lərdə ömrümüz-günümüz qaralır, cavan canımız çürüyür, dərd dolu ürəyimiz üst-üstə qubar bağlayır.  Amma məmurlar, eləcə də yüksək vəzifəli şəxslər bər-bəzəkli villalarda, şah sarayına bənzər təmtəraqlı saraylarda zənginlik içində komfortlu həyat yaşayırlar.  Sual olunur ki, nə üçün belə olmalıdır? Axı bu necə olur ki, ölkənin kasıb təbəqəsi, eləcə də yoxsullar, çoxuşaqlı və aztəminatlı ailələr kirayələrdə dözülməz, məşəqqətli sosial vəziyyətdə sürünə-sürünə yaşayır, vəzifəli şəxsər, məmurlar, nazirlər, nazir müavinləri, komitə sədrləri, icra başçıları və digər vəzifəli şəxslər isə hündürmərtəbəli yaşayış evlərində Avropa təmirli 5 - 6 otaqlı mənzillərdə, göz oxşayan villalarda, hətta milyonlarla ölçülən bahalı bağ evlərində xoşbəxtlik içində ömür yaşayırlar.  Cənab məmurlar, necə bilirsiniz, sizcə, Azərbaycandakı haqq-ədalət budurmu? Məmurların, vəzifəli şəxslərin ailələri villalarda xoşbəxtlik içində yaşamalıdır, kasıblar, yoxsullar, mən və ailə üzvlərim, həmçinin ev-eşiksiz olan ailələr kirayə daxmalarda çərləyib çürüməliyik? Onu deyə biərəm ki, bunun bircə adı var. Qanunsuzluq, ədalətsizlik, haqsızlıq... Məlumdur ki, aylıq əmək haqqı ilə villalar, saraylar, möhtəşəm bağ evləri tikmək qəti mümkün deyil. Deməli, belə məlum olur ki, məmurlar, yüksək vəzifəli şəxslər hansısa yollarnan dövlətin büdcəsini talayır, korrupsiya ilə məşğul olur, xalqın və ölkənin sərvətindən ölkə büdcəsinə daxil olan milyonları, milyardları neçə illərdir ki, oğurlayıb yağmalayırlar. Haqq-ədalət belə olmur axı cənablar. Cənab məmurlar, ölkənin ziyalı xanımı kimi, şair-jurnalist kimi sizlərdən xahiş edirəm ki, zəngin neft ölkəsi olan Azərbaycanın kasıb, vətəndaşlarının həyatını hərdənbir olsa da, zəhmət olmasa vaxt edin düşünün... Çünki kirayə daxmalarda səfalət içində, əzablı günlərlə yaşadığımz məşəqqətli həyat ömrümüzü-günümüzü qapqara günlərə bürüyüb. Əzablar içərisində ömür sürmək kaş biləydiniz ki, kasıb vətəndaşları necə incidir, qəm-qüssəli ürəyimizi neçə yerə parçalayır.  Məmurlar, insafınız olsun, vətəndaşları tuş etdiyiniz bu səfalətdən, bu kasıblıqdan, qara günlərdən ağ günlərə çıxarın. Məncə, yetər daha kasıb ailələrin ağrılı-acılı günlərdə zülümlə yaşayaraq əzab çəkməsi.  Yaxşı-yaxşı düşünün. Nəhayət, vətəndaşları üz-üzə qaldıqları bu əzabdan, bu səfalətdən çıxarın. Yaxşı bilirsiniz ki, dilənçi günündə yaşayan kasıb ailələrin övladları da  Azərbaycanlı və Azərbaycan VƏTƏNDAŞıdı. Ataların hər zaman aktual olan məsəli var:  "Alma məzlumun ahını,  Çıxar ahəstə-ahəstə"... Yazıya sözardı: Jurnalist XALQın haqq səsidir! Mən, jurnalistəm. Xalqın bugünkü çətin, ağır və çox dözülməz sosial-iqtisadi vəziyyətini yazıb mətbuatda işıqlandırmaq jurnalist kimi peşə borcumdur... Bütün jurnalistlər sussa, həqiqəti yazmasa XALQın problemləri necə işıqlanar və məmurlar bu problemlərdən necə xəbərdar olar?... Elə bu baxımdan da bu yazıda bəzi problemlərdən söz açdım... P. S. Süleymana qalmayan dünya, sizlərə də qalmayacaq cənablar... Bir az düşünün... P. S. S. Bu dünyadan heç kəs pul, var-dövlət, villa aparmır. Hər şey bu dünyada qalır... P. S.S.S. Axirətin məhşər günün unutmayın. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Tramp Zelenskiyə söz verdi: Araşdıracaq...

Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı zamanı Donald Tramp Kiyevə hərbi yardımın həqiqətən dayandırılıb-dayanmadığını öyrənməyə söz verib. Sozcu.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Axios” məlumat yayıb. Adı açıqlanmayan ukraynalı rəsmi və söhbətdən xəbəri olan digər mənbə jurnalistlərə bildirib ki, Tramp Rusiyanın Ukraynaya son hücumlarından xəbərdardır və ona kömək etmək istəyini bildirib. “Tramp hava hücumundan müdafiə ilə bağlı yardım etmək istədiyini və əgər bir şey varsa, nəyin dayandırıldığını araşdıracağını söylədi”, - mənbə bildirib. Qeyd edək ki, Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.

Rusiyada atışma: ölü və yaralı var

Rusiyanın Nalçik şəhərində atışma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə regionun hüquq-mühafizə orqanlarından TASS-a məlumat verilib. "İlkin məlumata görə, naməlum şəxslərin yol-patrul xidməti bölməsinə hücumu olub. Bir polis əməkdaşı yaralanıb", - agentliyin mənbəsi bildirib. Hücum edənlərdən biri öldürülüb və onun şəxsiyyəti müəyyənləşdirilir.

Ermənistan Rusiyaya nota verdi

Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfirə bildirilib ki, Rusiyanın Dövlət Dumasının bəzi deputatlarının dövlət çevrilişi cəhdinin qarşısını almaq üçün Ermənistan hüquq-mühafizə orqanlarının qanuni hərəkətləri ilə bağlı şərhləri və açıqlamaları təkcə təəccüb deyil, həm də hiddət doğurur. Səfirə XİN-in notası təqdim edilib.

Şəmkirdə 3 uşaq göldə batdı - İkisi qardaşdır

18:45 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin (uşaq) göldə batması barədə məlumat daxil olub. FHN-dən Sozcu.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. *** Şəmkir rayonunun Qədimqala kəndində suni göldə batan 7 yaşlı Rəvan Nadirli və onun qardaşı 9 yaşlı Fərdi Nadirlinin meyitləri sudan çıxarılıb. Teleqraf-ın məlumatına görə, hazırda Fövqaladə Hallar Nazirliyin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 4 yaşlı İsmayıl Nadirlinin meyitinin axtarışları davam edir. Məlumat üçün bildirək ki, hər üç uşaq sözügedən kənddə yaradılan süni göldə çimərkən boğulublar. *** Qədimqala kəndində suni göldə batan İsmayıl Nadirlinin də meyiti sudan çıxarılıb. İ.Nadirli digər iki uşağın əmisi oğludur.

Bu tarixdən ölkədə şiddətli istilər başlayır

Artıq bir neçə gündür ki, Qərbi Avropa isti hava dalğalarının təsiri altındadır. Əksər ərazilərdə temperatur 40 dərəcənı aşıb və rekord göstəricilər yenilənib. Xüsusilə İspaniya, Portuqaliya, İtaliya və Yunanıstanda kəskin istilər hökm sürür. İspaniyanın cənubunda hətta 46 dərəcə temperatur qeydə alınıb. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. G.Məmmədova qeyd edib ki, ölkəmizdə isə şimal axınlarının təsiri nəticəsində son günlər mülayim və nisbətən sərin hava şəraiti müşahidə olunur. Gələn həftənin ikinci yarısından başlayaraq isə ölkə ərazisində cənub axınlarının üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi və normadan yuxarı olacağı gözlənilir: “Belə ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35, Aran rayonlarında 39, dağətəyi rayonlarda 35, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olacağı proqnozlaşdırılır”.

Putin bunu istəmir və bu, pisdir - Tramp

Putinin Ukraynadakı müharibəni bitirmək niyyətində olduğunu düşünmürəm və bu, çox pisdir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Tramp həmçinin bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışmağı planlaşdırdığını təsdiqləyib. Qeyd edək ki, Trampla Putinin telefon danışığı ötən gün baş tutub.

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır

Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib. İndi Azərbaycanın Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa etdiyini deyən dövlətimizin başçısı diqqətə çatdırıb: “Böyük Qayıdış Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır”.

Azərbaycanda şəxsiyyət vəsiqəsinə yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Dəyişiklik Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə təklif olunur. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur. Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti yaranıb. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur. Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır. Qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur. Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur. Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur. Beləliklə, təklif olunan bu dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, həmçinin, sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Solovyov Bakını hədələdi: Türkiyədən reaksiya

Türkiyə mətbuatı Kremlin təbliğatçısı, faşist çıxışları ilə diqqət çəkən Vladimir Solovyovu Azərbaycanı hədələməkdə ittiham edib. Sozcu.az xəbər verir ki, “Türkiyə Today” nəşri Solovyovun iyunun 30-da “Vladimir Solovyovla axşam” verilişində səsləndirilən Moskva-Bakı münasibətlərin pisləşməsi ilə bağlı sözlərini "kəskin xəbərdarlıq" adlandırıb. “Solovyov Rusiya ilə Azərbaycan arasında 300 kilometrlik sərhədi xatırladıb və xəbərdarlıq edib ki, Bakının son hərəkətləri Moskva ilə böyük münaqişə ilə nəticələnə bilər”, - məlumatda deyilib. pizza hut Nəşr həmçinin bildirib ki, Solovyov Rusiya ilə Azərbaycan arasında münasibətlərin pisləşməsi ilə bağlı mümkün hərbi nəticələrə eyham vurub.

Şərurda ŞOK! Deputat sakini döydü

Naxçıvan MR Ali Məclisinin deputatı Əli Abbasov Şərur rayonun Şəhriyar kəndində sakin B.B- ni yumruqla döyüb. Qısqanclıq zəminində baş verən hadisəyə deputatın kənddə etik olmayan hərəkətlər etməsinin səbəb olduğu bildirilir.  Sozcu.az xəbər verir ki, bu haqda xəbəri “Gündəlik Naxçıvan” yayıb. Sakinlərin bildirdiklərinə görə, deputat tez-tez kəndə gələrək, xoşa gəlməyən hərəkətlər edirmiş: “Onun son gəlişində isə, məlum mübahisə baş verib. Mübahisə zamanı deputat sakini yumruqla vurub.  pizza B.B. həm deputatın etdiklərinin, həm də döyülməsinin qisasını almaq üçün bıçaq götürüb, onun yaşadığı Siyaqut kəndinə gəlib. Burada Əli Abbasovu bıçaqlamaq istəyərkən, sonuncunun əmisi oğlu qabağa keçib və bıçaq ona dəyib. Yaralanan şəxs xəstəxanaya götürülüb, B.B. isə həbs olunub”.  Hadisənin şahidi deyib:  “Davadan sonra Əli müəllim kəndə gəlib, qohumlarını bir yerə yığıb, kömək istəyib. Deyib ki, “məni öldürməyə gələcəklər, kömək edin”. Sonrakı hadisələr bizim gözümüzün önündə oldu. Qonşu kənddən gələn şəxs onu bıçaqla vurmaq istədi. Bu vaxt deputatın əmioğlusu ara girmək istəyəndə bıçaq ona dəydi. Polis gəlib, bıçaqlayanı tutdu. Yaralanan şəxsi isə, xəstəxanaya apardılar, indi vəziyyəti yaxşıdır” Şərur rayon Polis İdarəsindən döyülmə və bıçaqlanma hadisəsini təsdiqləsələr də, əlavə məlumat vermək istəmədilər.

Şənbə günü hava necə olacaq?

Milli Hidrometeorologiya Xidməti iyulun 5-də gözlənilən hava proqnozunu açıqlayıb. Sozcu.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. pizza sifarişi Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-32° isti, dağlarda gecə 5-10° isti,gündüz 12-17° isti olacaq.

Binəqədidə kanalizasiya fəlakəti - FOTO

Binəqədi qəsəbəsinin II Mədən küçəsində yerləşən 90-cı korpusun qarşısında çirkab suları küçəyə axır. Sozcu.az milli.az xəbər verir ki, bu vəziyyət uzun müddətdir davam edir və əsas səbəb kanalizasiya sisteminin köhnəlməsidir. Köhnə və istismar müddətini tamamlamış borular artıq ərazidəki yükü daşıya bilmir. Nəticədə kanalizasiya suları tez-tez küçəyə axır, həm antisanitariya yaradır, həm də ətrafda pis qoxu yayılır. Sakinlər bildirib ki, kanalizasiya demək olar hər gün daşır, hər gün də müvafiq qurumun əməkdaşları gəlib tutulmuş borunu açmağa çalışırlar. Pepperoni pizza İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, həmin məsələ ilə bağlı məlumat müvafiq rayon sukanal idarəsinə verilib. Gün ərzində problem aradan qaldırılacaq. Xatırladaq ki, hazırda Binəqədi şosesində kanalizasiya xətti qurulur, lakin bu yeni tikilən yaşayış binası üçün nəzərdə tutulub.